Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-812/2020 17.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyininincavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxx 1955-ci il tarixdə Göyçay rayon Aşağı Qaraməryəm kəndində anadan olmuşdur. Hal-hazırda həmin ünvanda yaşayır. DSMF-nin Göyçay rayon şöbəsinə əmək pensiyasına çıxmaq üçün müraciət etmiş, lakin kolxozda işlədiyi və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi mümkünsüz sayılmayaraq pensiya təyin edilməmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab etmiş və məhkəməyə 1978, 1980-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi və təhsil aldığı xx.xx.1972-xx.xx.1974-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi iləmüraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı 64 yaş 6 ayında yəni qanunvericiliyin tələbinə uyğun olaraq onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək onun 1978,1980-1996-cı illərdə Göyçay rayon Alxasava kənd Şirvan adına kolxozda işlədiyi dövrün və xx.xx.1972ci il tarixdən xx.xx.1974-cü il tarixdə əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası hesablanması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ fəslinin 3.1.1. maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş ştajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, təqdim etdiyi sənədlərə əsasən ona yaşa görə əmək pensiyası hesablamaq qanunamüvafiq olmamışdır. Beləliklə İddiaçı təqdim etdiyi sənədlərə əsasən iş stajı aşağıdakı qaydadadır: 1978, 1980--1996= 17-04-00 (kolxoz-Arxiv arayışı) (kolxozda illik norma-180 adam gün) 1972.09.01--1974.07.12= 01- 10-11 (təhsil illəri) 1974.11.02--1976.12.14= 02- 01 -12 (Hərbi xidmət) 1977.xx.xx-1977.06.24= 00-03-15 1979.xx.xx-1980.01.24 =03- 11- 00 1998.09.01-- 2002.08.01= 01-00 -00 2019.01.01--2019.07.01=00-06-00 (sosial sığorta şəhadət-nin məlumatına əsasən) Cəmi: 27-06-10 İddiaçı Arxiv arayışından da göründüyü kimi 1978,1980,1981-ci illərdə kolxozun əmək günü uçotu və hesablaşma kitablarında adı Kamal yazılmışdır. Göyçay rayon Alxasava kənd Şirvan adına kolxozda kişilər üçün nəzərdə tutulmuş minimum əmək(adam) günü norması 1977-ci ildən 180 adam günü nəzərdə tutulmuşdur. Bütün bunları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X7 Göyçay rayon şöbəsinə qarşı “1978,1980-1996-cı illərdə Göyçay rayon Alxasava kənd Şirvan adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixdə əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dari iddia ərizəsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İşdə olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 323 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, SHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 92 nömrəli arayışı, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasısının təsdiqlənmiş surəti, Göyçay Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 323 nömrəli arxiv arayışı, 1007 nömrəli atestatın təsdiqlənmiş surəti, DSMF-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubları aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozundaişlədiyi dövr Göyçay rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 323 nömrəli arxiv arayışı və Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********2 nömrəli və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubları ilə öz təsdiqini tapır. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağə ondan ibarətdir ki, tələbində qeyd olunan staj nəzərə alındıqda onun yaşa görə əmək pensiyası almaq üçün tələb olunan minimum 25 il stajı tamamlanacaqdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı 1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-812/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-812/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver