Məhkəmə qərarları › İş №2-1(116)-813/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-813/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-813/2024 13.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13 avqust 2024-cü il tarixli, 2-1(116)-813/2024 saylı Qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi 0,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 173A KOD 40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı şəhadətnamə əsasında 0.22 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədi verilməsi ilə bağlı cavabdehə müraciət etmiş,iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşdüyü məlum olmuşdur. Qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən X9 və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşdüyündən xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizənin icrasından imtina olunmuş və İddiaçı xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-792/2023 nömrəli bildirşlə məlumat verilmişdir. Əlavə olaraq məlumat veririk ki, qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşür. Buna görə də onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1-0027-8/2023 (**********83) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhəkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN 173A KOD 40100038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. 173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindən görünür ki, X3 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 2.19 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Balakən rayon İtitala İcra Nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarından görünür ki, X2 təsərrüfatı barədə məlumat qeyd edilmişdir.

5. Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarının surəti.

6. Balakən rayon İtitala kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, iddiaçının adı qeyd edilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-42/2-2270/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı mümkün hesab edilən hissədə əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırkı iddia tələbinə əsasən hüquqi marağı İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsası qeydiyyata alınması nəzərdə tutulan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşdüyü məlum olmuşdur. Qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən X9 və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üstüstə düşməsi və qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşməsi ilə bağlıdır. İşin hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi vəfat edənədək iddiaçının faktiki istifadəsində olmuşdur. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçıya verilmiş JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-173 nömrəli Dövlət Aktının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. İddiaçı JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Dövlət Aktına əsasən verilmiş torpaq sahələrinin TEKUİS əsasında xüsusiyyətləri ilə bağlı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin naturada ölçüləri 0.21 ha olmaqla bütövlüklə Balakən rayonu İtitala bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları daxilində tikinti altında olan torpaqlar kimi işlənilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur və torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən yerləşmə vəziyyəti, naturada istifadə vəziyyəti, döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə qismən üst-üstə düşür. JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.22 ha torpaq sahəsinin cizgisi ilə 173 nömrəli Dövlət Aktına əsasən verilmiş 173Q cizgisində göstərilən 0.07 ha torpaq sahəsi və digər mülkiyyətçi X4 adına tərtib edilmiş 119 nömrəli Dövlət Aktında göstərilən 119W cizgisində göstərilən 0.03 ha torpaq sahələri üst-üstə düşür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ayrılan torpaq sahəsinin JN-173 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşməsi həmin sənədin tərtibi zamanı koordinatların doğru tərtib edilməməsi ilə bağlı olmuşdur.Belə ki,iddia olunan torpaq sahəsinin yaşayış məntəqələri torpaqları daxilində olmasına dair mütəxəssis rəyindən də göründüyü kimi həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmadığından yanlışlıqla Dövlət Aktının koordinatları ilə əhatə edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki,iddia olunan 0,22 ha torpaq sahəsinin 0,21 ha hissəsi naturafa istifadə edilir ki,onun da 0,03 ha hissəsi digər Dövlət Aktına əsasən mülkiyyətə verilmişdir.Həmçinin,şəhadətnaməyə əsasən iddia olunan torpaq sahəsinn ölçüsü 0,20 ha-dır.Odur ki,iddia tələbi mümkün olan 0,19 ha hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN 173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,18 ha həyətyanı torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X5,X6, X1 və X8 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq,çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar