Məhkəmə qərarları › İş №2-1(116)-818/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-818/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-818/2024 27.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 1937 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə sərhəddə yerləşən, bələdiyyə mülkiyyəti kimi göstərilmiş torpaq sahəsinə sürüşdürülməklə, faktiki sərhəd uyğun xx.xx.2022-ci il tarixli, **********523-10301 reyestr nömrəli texniki pasport, 20 iyun 2022-ci il tarixli A serilayı 783850 və 783851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin cizgilərində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 1937 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə sərhəddə yerləşən, bələdiyyə mülkiyyəti kimi göstərilmiş torpaq sahəsinə sürüşdürülməklə, faktiki sərhəd uyğun xx.xx.2022-ci il tarixli, **********523-10301 reyestr nömrəli texniki pasport, 20 iyun 2022-ci il tarixli A serilayı 783850 və 783851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin cizgilərində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 1937 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə sərhəddə yerləşən, bələdiyyə mülkiyyəti kimi göstərilmiş torpaq sahəsinə sürüşdürülməklə, faktiki sərhəd uyğun xx.xx.2022-ci il tarixli, **********523-10301 reyestr nömrəli texniki pasport, 20 iyun 2022-ci il tarixli A serilayı 783850 və 783851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin cizgilərində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılır və inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar