Məhkəmə qərarları › İş №2-1(116)-82/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-82/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-82/2021 09.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı1, Üçüncü şəxsin nümayəndəsi X17 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və X18 cavabdeh Azərbaycan Respublikası X34 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (Üçüncü şəxs: X9) qarşı “JN-2093 F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə soyadı “Gəncimov” əvəzinə “Əhmədov”, həyat yoldaşının soyadı, adı, ata adının “X11” əvəzinə “İddiaçı2” kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Qəbələ şəhərində digər ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində 0.07 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi JN-2093 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə adlarına rəsmiləşdirilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də torpaq sahəsinin mülkiyyətçiləri olaraq onun, X4, X13 adları qeyd olunmuşdur. Qeyd olunan Şəhadətnamədə onun soyadı “Əhmədov” əvəzinə “Gəncimov”, həyat yoldaşının adı “İddiaçı2” əvəzinə “X11” kimi yazılmışdır. Yalnız oğlu X13 adı düz yazılmışdır. Qeyd olunan JN-2093 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilərək onlara verilmişdir. Məlum olduğu kimi DT və XK-si artıq ləğv edilmişdir. DT və XKsi İəğv edildikdən sonra onun hüquqi varisi kimi Azərbaycan Respublikası X34 Komitəsi və onun tabe qrumu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təsdiq edilmişdir. O da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərak JN-2093 F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun və həyat yoldaşının ad və soyad qrafasında düzəliş edərək 0.07 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin həmin idarədən ona xx xxxxxx 2020-ci il tarixli, **********05 saylı məktubla qanunsuz və əsassız bir imtina cavabı verilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 JN-2093F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadının “Gəncimov" əvəzinə “Əhmədov”, həyat yoldaışının soyadı, adı, ata adının “X11” əvəzinə “İddiaçı2” kimi dəyişməklə reyestrdən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası X34 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 JN-2093F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadının “Gəncimov" əvəzinə “Əhmədov”, həyat yoldaşının soyadı, adı, ata adının “X11” əvəzinə İddiaçı2” kimi dəyişməklə reyestirdən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Eyni zamanda bildirirlər ki, mübahisəli torpaq faktiki torpaq sahəsi faktiki 0.07 hektardır, torpaq sahəsi yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinantları uyğundur. Torpaq sahəsində fərdi yaşayış evi və digər həyət tikililəri inşa edilmişdir. Torpaq sahəsinin istifadəçiləri iddiaçılar İddiaçı1 və İddiaçı2dır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X3 Ruqiyyə Ağasəlim qızının əri olduğunu, onun yoldaşının adının səhvən iddiaçının adına olan şəhadətnaməyə salındığını, iddiaçının da yoldaşının adının səhvən atasının və onun onun adına olan şəhadətnaməyə salındığını bildirib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Vİ-ЖГ seriyalı 388539 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 il X23 arasında xx xxxxxxx 1993-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərin soyadı Əhmədov, arvadın soyadı Əhmədova olmuşdur. İş materiallarında olan A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1965-ci ildə doğulmuşdur. X8, anası X10r. İş materiallarında olan JN seriyalı 2093F nömrəli KOD 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X25 və ailə üzvləri X11, X13 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 384941 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X30 il X11 arasında xx xxxxxx 1997-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərin soyadı Əhmədov, arvadın soyadı Əhmədova olmuşdur. İş materiallarında olan XVİ-ЖГ seriyalı 268299 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.1976-cı ildə doğulmuşdur. X6, anası X7r. İş materiallarında olan A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X30 xx.xx.1966-cı ildə doğulmuşdur. X8, anası X10r. İş materiallarında olan JN seriyalı 1294F nömrəli KOD 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X24 və ailə üzvləri X14, X30, X23, X21, X15 və X12 mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının X34 Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə iddiaçı və ailə üzvlərinə 0.07 ha torpaq sahəsi verilmiş, şəhadətnamə tərtib olunarkən iddiaçının soyadı səhv yazılmış, onun arvadı olan digər iddiaçının adı isə səhvən X24 və ailə üzvlərinin adına tərtib olunmuş JN seriyalı 1294F nömrəli KOD 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə salınmışdır. Hazırki iş üzrə 3-cü şəxsin adı isə iddiaçının ailə üzvü (arvadı) olmadığı halda iddiaçının adına tərtib olunmuş JN seriyalı 2093F nömrəli KOD 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə salınmışdır. 3-cü şəxs iddiaçının qardaşı X17 arvadı olduğu üçün onunla birgə təsərrüfat aparmış və JN seriyalı 1294F nömrəli KOD 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan torpaq sahəsində olan evdə yaşamışdır. Torpaq sahələrinə şəhadətnamələr tərtib olunarkən texniki səhvə yol verilmiş, iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsinə hazırlanmış şəhadətnamədə 3-cü şəxs Əhmədova (Əlizadə) Ruqiyyə Ağasəlim qızının adı qeyd edilmiş, 3-cü şəxsin qanuni istifadələrində olan torpaq sahəsinə hazırlanmış şəhadətnamədə Əhmədov (Abbasova) Nahidə Hacı qızının adı qeyd olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə JN- 2093F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam”ədə İddiaçı1 soyadı “Gəncimov” əvəzinə “Əhmədov”, İddiaçı2 soyadı, adı, ata adının “X11” əvəzinə “İddiaçı2” kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası X34 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-2093F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də İddiaçı1 soyadının “Gəncimov” əvəzinə “Əhmədov”, İddiaçı2 soyadı, adı, ata adının “X11” əvəzinə “İddiaçı2” kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar