Məhkəmə qərarları › İş №2-1(116)-820/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-820/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-820/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb olunmaqla) «şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı X2 mülkiyyətinə verilmiş JN-1375A nömrəli şəhadətnamənin iddiaçıya məxsus, DTXK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş A 327720 nömrəli plan-ölçü sənədinə əsasən 599,49 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, DTXK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş A 327720 nömrəli plan-ölçü sənədinə əsasən iddiaçıya məxsus, naturada mövcud olan 599,49 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının gedişində cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin təqdim etdiyi iddiaya qarşı yazılı etirazında bildirlir ki, iddiaçının Ağdaş şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı ərizəsinə Ərazi İdarəsində baxılmışdır. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşma işləri aparılmış və ərizəyə əlavə edilmiş sənədlər ekspertiza edilən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi ləğv edilmiş DTXK Ağdaş rayon şöbəsi tərəfindən digər şəxsin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin zəbt sahəsi kimi işlənmişdir. Həmçinin həmin torpaq sahəsi faktiki olaraq həmin vətəndaşın istifadəsindədir. Bu da iddiaçının 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə ziddiyyət təşkil edir. Surəti iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «DTXK Ağdaş rayon şöbəsi tərəfindən A 327720 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 599,49 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi» tələbinə dair 2-1(116)-1622/2023 saylı iş üzrə DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - 1) İddiaçı adına verilmiş A seriyalı 327720 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 599,49 kv.m torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin istifadəçisi X5 (JN 1375A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən vətəndaşın mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin zəbt hissəsi). Torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmişdir. 2) İddiaçının naturada göstərdiyi və iddia etdiyi mübahisəli torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599,49 kv.m torpaq sahəsi ilə üstüstə düşmür. Hava xətti ilə 1.200 metr məsafə mövcuddur. 3) İddiaçı adına verilmiş A seriyalı 327720 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilində yerləşən 599,49 kv.m torpaq sahəsi X2 mülkiyyətinə JN 1375A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş həyətyanı torpaq sahəsinin zəbt hissəsi ilə, iddiaçının naturada göstərdiyi və iddia etdiyi mübahisəli torpaq sahəsi X3 mülkiyyətinə verilmiş 0,2355 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin 11 iyul 2025-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə inzibati məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdeh tərəf gəlmiş, iddiaçı tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 bildirdi ki, iddiaçı “Torpaq sahəsinin planı və ölçüsü”nü təqdim etmişdir, habuki, həmin sənəd qanunvericiliklə hüquqmüəyyənedici sənədlər sırasına daxil edilməmişdir. Bundan başqa, iddiaçının göstərdiyi torpaq sahəsinə baxış keçirilmişdir. Kadastr planı üzrə torpaq sahəsi başqa yerdə göstərilir, iddiaçının hüquqi marağı daxilində olan torpaq sahəsində yerləşmir. Torpaq sahələri arasında 1 km-dən çox məsafə var. Kadastr planında əks olunan torpaq sahəsindən iddiaçı istifadə etməyib, iddia etdiyi sahə isə başqa şəxsin mülkiyyətinə verilmiş sahədir. Həmin şəxslə iddiaçı arasında 200-300 kv.m torpaq sahəsi ilə bağlı bağışlama məsələsi də olmuşdur. Bununla da iddaçının hüquqi marağı təmin olunmuş sayılır. Hesab olunur ki, iddia mümkün sayılmamalıdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Ağdaş rayonu ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı aşağıdakı iki tələbi irəli sürür: 1) Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi; 2) İddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, iddiaçı həmin tələb üzrə mübahisələndirilən şəhadətnamə ilə başqa şəxsin qanuni istifadəsində olan deyil, onun zəbt etdiyi torpaq sahəsinə iddialıdır. Ona görə də şəhadətnamənin mübahisələndirilməsi məqəsədəçatımlılıq baxımından əlverişli müdafiə vasitəsi sayıla bilməz. Bu səbəbdən də iddiaya həmin hissədə baxılması mümkünsüzdür. İddiaçının ikinci tələbinə gəldikdə isə məhkəmə vurğulayır ki, iddiaçı hazırda “Torpaq sahəsinin planı və ölçüsü”ndə əks olunan koordinatlar üzrə ona ayrılmış torpaq sahəsinin istifadəçisi olmadığından, iddia etdiyi torpaq sahəsi ilə həmin torpaq sahəsinin arasında əhəmiyyətli ölçüdə (1.200 m) məsafə yarandığından və iddia etdiyi torpaq sahəsi başqa şəxsin mülkiyyəti kimi qeydə alındığından, iddiaçının iddia etdiyi torpaq sahəsinə münasibətdə subyektiv hüququ yoxdur. Bundan başqa, həmin torpaq sahəsinə dair başqa şəxsin (X3) adına aparılmış qeydiyyatın əsası kimi bağışlanma müqaviləsi, həmin müqavilənin bağlanmasından əvvəl mülkiyyətçisinin dəyişməsində isə vərəsəlik şəhadətnaməsi dayanır. Yəni həmin qeydiyyat və sənədlərin mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz. Həmçinin iddiaçının reyestrdə müvafiq qeydiyyatın ləğvi ilə bağlı iddia qaldırılmamışdan əvvəl inzibati orqana müraciəti olmamışdır. Bu səbəbdən də iddianın dəyişdirilməsinin iddiaçıya tövsiyə olunması da məqsədəuyğun deyil. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar