Məhkəmə qərarları › İş №2-1(116)-823/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-823/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-823/2021 28.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qəbələ Şəhər Polis Şöbəsinə qarşı “üçüncü şəxslər X5, X31, X23, X13, X14, X15, X1, X32, X16, X6, X24, X25, X7, X9, X33, X17, X10, X26, X18, X19, X11, X20, X27 və X2 iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin, binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslərin onların mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin 07.06.2021-ci il tarixli sərəncamına cavab olaraq 12.06.2021-ci il tarixli 14/144-17117-1221 nömrəli məktubunda bildirmişdir ki, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X5, X31, X23, X13, X14, X15, X3, X32, X16, X6, X24, X25, X7, X9, X33, X17, X10, X26, X18, X19, X11, X20, X27 və X12 11.06.2021-ci il tarixdə DİN-in mərkəzi verilənlər bazasından çıxarılaraq, onların şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilmişdir. Məhkəmə tərəfindən məktubun iddiaçının tələbinin təmin olunması ilə bağlı olubolmamasının dəqiqləşdirilməsi məqsədilə cavabdehə 22.06.2021-ci il tarixli sorğu göndərilmiş və bu barədə məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Cavabdeh məhkəmənin sorğusuna 06.07.2021-ci il tarixli 14/144-19217-1221 nömrəli cavabında bildirmişdir ki, məktub iddiaçının tələbinin təmin olunması ilə bağlı məlumat xarakterlidir. İddiaçılar 26.07.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, bildirmişlər ki, cavabdeh Qəbələ Rayon Polis X8 bölməsindən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmaları barədə məlumat almışlar, iddia tələbləri məhkəmədənkənar həllini tapmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddia ərizələrinin baxılmamış saxlanılması baradə qərar qəbul edilməsini xahiş edirlər. Ərizəyə qoşma kimi əlavə edilmiş İddiaçı2 nümayəndəsi X4 Asan-Qəbələ tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 12.07.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, üçüncü şəxslər ünvan 1 ünvanında qeyddiyyatda deyil. Məhkəmə cavabdehin 12.06.2021-ci il tarixli məlumatını, məhkəmənin sorğusuna 06.07.2021-ci il tarixli cavabını və iddiaçıların 26.07.2021-ci il tarixli ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıların tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq qərar qəbul etmişdir. Azərbayjan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1822/2020 nömrəli inzibati iş üzrə 07.10.2020-ci il tarixli qərarında da eyni mövqedən çıxış edilmişdir. Göstərilənlərə əsasən və İPM-in 67.3, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh Qəbələ Şəhər Polis Şöbəsinə qarşı “üçüncü şəxslər X5, X31, X23, X13, X14, X15, X1, X32, X16, X6, X24, X25, X7, X9, X33, X17, X10, X26, X18, X19, X11, X20, X27 və X2 iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar