Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-826/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Şordəhnə kəndində yerləşən və İnventar nömrəsi 1339 olan Yaşayış evinin texniki pasportu” işlənib verilən ailənin mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınlb reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Şordəhnə kəndində yerləşən və İnventar nömrəsi 1339 olan Yaşayış evinin texniki pasportu” işlənib verilən ailənin mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınlb reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-826/2024 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2023-cü il tarixli 187 saylı arxiv arayışına əsasən Ağdaş rayonu Şordəhnə kəndinə aid olan 1996- 2000-ci illərin 9 nömrəli təsərrüfatbaşına kitabının 508/409 nömrəli təsərrüfatı barədə məlumatdan görünür ki, həmin təsərrüfat X1 adına olmaqla təsərrüfatında — X7 (ailə başçısı), X9 (h.yoldaşı), İddiaçı (oğlu) və X8 (qızı) olmaqla 0.08 ha torpaq sahəsinin olması göstərilmişdir. Həmin torpaq sahəsində tikilialtı sahə 191.5 kv.m olan fərdi yaşayış evi inşa edilmiş, tikinti və torpaq sahəsinə aid xx.xx.1993-cü il tarixdə İnventar nömrəsi 1339 olan Yaşayış evinin texnini pasportu işlənib verilmişdir. Yuxarıda göstərilən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kımı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarış verilməsi tələbi ilə cavabdehı müraciət edildi. Oradan onların nümayəndəsinə xx.xx.2023cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, sənədləşdirilməsi nəzərdə tutulan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi elektron xəritə bazasında (DWJ) və TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla ləğv olunmuş DT və XK-nın Ağdaş rayon şobəsı tərəfindən verilmiş torpağa mülkiyyət huququna dair Dövlət aktına əsasən digər şəxsin mülkiyyətində olan ərazidə yerləşir. Bu səbəbdən tələbdən imtina edilmiş və məhkəməyə müraciət etmək bildirilmişdir. İddiaçı da məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Məlumat olaraq bildirik ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər toplusu qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sənədləşdirilməsi nəzərdə tutulan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi elektron xəritə bazasında (DWJ) və X5 X6 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla ləğv olunmuş DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən JN-120 nörməli dövlət aktının koordinatları daxilində olan ərazidə yerləşir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. xx.xx.1993-cü il tarixli, 1339 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, tikilialtı sahə 191.5 kv.m olan fərdi yaşayış evi inşa edilmiş, tikinti və torpaq sahəsinin hüquqi subyekti X3r.
3. JN 120 saylı kod 90305048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X10 və ailə üzvlərinə 3.79 ha torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdaş rayonu Şordəhnə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X7 və ailə üzvlərinin adı qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2385/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Ağdaş rayonu Şordəhnə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb reyestrdən çıxarışın verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 08 oktyabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçının nümayəndəsinin iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2385/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçı X2 naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin və fərdi yaşayış evinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Qülbəndə bələdiyyəsinin əhatə etdiyi Şordəhnə kəndinin “X5 Uçotu informasiya Sistemi"dəki xəritəsinə əsasəsən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı(kateqoriyası)- kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaqlar, uqodiyası-əkin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi - Ağdaş rayonu, Şordəhnə kəndi sakinin X11 və ailə üzvləri (JN-120 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən). Fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı. iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evi JN-120 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasında Ağdaş rayonu, Şordəhnə kəndi sakinin X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evi DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və TEKUlS-ə əsasən JN- 120 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmin sənəd əsasında təkrar mülkiyyət hüququ qeydə alınmamışdır. Göründüyü kimi iddia olunan torpaq sahəsi və fərdi yaşayış evi aqrar islaahat zamanı JN-120 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,79 ha pay torpaq sahəsinin daxilində yerləşir.Həmin torpaq sahəsinin TEKUlS-ə əsasən yerləşmə vəziyyətindən görünür ki,iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla Dövlət Aktının koordinatları ilə əhatə olunur.Odur ki,qüvvədə olan qeyd alınmış hüquq mövcud olduğu halda təmin torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Şordəhnə kəndində yerləşən və İnventar nömrəsi 1339 olan Yaşayış evinin texniki pasportu” işlənib verilən ailənin mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınlb reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə