Məhkəmə qərarları › İş №2-1(116)-828/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-828/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-828/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə İddiaçı satılmış 0.12 ha həyətyanı, A № 337272 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Zaqatala rayonu, Muxax kəndində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Muxax Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikilməsi məqsədilə verilmişdir. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən "Torpaq sahəsinin Planı və Ölçüsü" hazırlanaraq verilmişdir. İddiaçı həmin torpaq sahəsini daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq məqsədilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilat torpaq sahəsini daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasından imtina etdi və imtinasının səbəbi kimi isə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanuna xx xxxxxxx 2007-ci il tarixdə edilmiş dəyişiklikliyi əsas göstərmişdir. İmtinada qeyd edilir ki. həmin Qanuna əsasən xx xxxxxx 2007-ci il tarixdən sonra hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi tələb olunur. Ona görə ki, həmin Qanun xx xxxxxx 2007-ci il tarixdə qanunu qüvvəsini almışdır. İddiaçı cavabdehin verdiyi imtina ilə razı deyildir. Ona görə ki, Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İV bəndində deyilir ki, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Deməli Qanunun dərc edildiyi tarix müəyyən edilməlidir. Cavabdeh imtinasında yazır ki, bu Qaunun xx xxxxxx 2007-ci il tarixdə qüvvəyə minmişdir. Lakin bu barədə hər hansı sübut təqdim edə bilmir. İddiaçı isə qeyd edir ki, bu Qanun xx xxxxxx 2007-ci il tarixdən sonra qüvvəyə minmişdir. Ona görə ki, 12-xx xxxxxx 2007-ci il tarixlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon Şöbələrinə məktub ünvanlayaraq həmin Qanunun dərc edilməsi barədə məlumat verilmiş və göstəriş verilmişdir ki. xx.xx.2007-ci il tarixdən sonra həmin torpaqlar hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınır. Deməli iddiaçının mülkiyyətimə verilmiş torpaq sahəsi xx.xx.2007-ci il tarixdə verildiyindən yuxarıda adı çəkilən Qanuna edilmiş dəyişiklik ona şamil edilə bilməz. Buna görə də iddiaçı hesab edir ki. cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil X6 ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə aparmış və “Zaqatala rayon Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə İddiaçı satılmış 0.12 ha həyətyanı A № 337272 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin icraata qəbul edilməsinə etirazının olmadığını bildirdi. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, iddiaçıya Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı X5 ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi İddiaçı Zaqatala rayon Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə akt əsasında bilavasitə satılmışdır. Belə ki, bələdiyyə tərəfindən torpaq sahələrinin bilavasitə satılması xx xxxxxx 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Bundan başqa Zaqatala rayon Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarına əsasən tərtib edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsində qeydiyyata alınmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Qeyd olunan 0,12 ha torpaq sahəsinin qeydiyyatı ilə bağlı 18 saylı X3 məlumat aşkar edilməmişdir. Həmin torpaq sahəsi İdarənin istifadəsində mövcud olan məlumatlarda Zaqatala rayon Muxax bələdiyyəsinə aid KPİ üçün nəzərdə tutulan torpaq sahələri kimi öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. İş materiallarında olan Muxax bələdiyyəsi üzvləri iclasının xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Muxax kənd sakini İddiaçı Muxax bələdiyyə KPİ fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.12 ha torpaq sahəsinin satılması qərar alınmışdır. İş materiallarında olan Zaqatala RİHBA-nın Memarlıq-tikinti şöbəsinin rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeyd olunan 0.12 ha torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsinə şöbə etiraz etməmişdir. İş materiallarında olan AR DTXK-nın Zaqatala rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 353 nömrəli Rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeyd olunan 0.12 ha torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsinə şöbə etiraz etməmişdir. İş materiallarında olan A seriyalı 337272 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon Muxax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə 1200 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********59 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının adına olan A seriyalı 337272 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki qeyd olunan koordinatlara görə həmin torpaq sahəsi Elektron Baza məlumatlarında öz əksini tapan Zaqatala rayonu Muxax kəndinin Kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələri torpaqlarına aid Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətində olan kəndin prespektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidə yerləşir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin xx.xx.2020-ci il tarixli **********45 nömrəli imtina məktubu, Muxax bələdiyyəsi üzvləri iclasının xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının təsdiq edilmiş surəti, Zaqatala RİHBA-nın Memarlıq-tikinti şöbəsinin rəyinin təsdiq edilmiş surəti, AR DTXK-nın Zaqatala rayon şöbəsinin xx.xx.2007ci il tarixli 353 nömrəli Rəyinin təsdiq edilmiş surəti, A seriyalı 337272 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********59 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********65 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. xx xxxxxxx 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Zaqatala rayon Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə İddiaçı satılmış 0.12 ha həyətyanı, A № 337272 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə qeyd olunmuş torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçının nümayəndəsi ərizə verərək, məhkəmə xərcinin iddiaçıya aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə Zaqatala rayon Muxax bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə İddiaçı satılmış 0.12 ha həyətyanı, A № 337272 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə qeyd olunmuş torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 67 manat 20 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar