Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-83/2020 20.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, iddiaçının vəkili X5, üçüncü şəxs X6 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Zaqatala Rayonu Bəhmətli Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı "Cavabdeh xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarının etibarsız hesab edilməsi barədə" iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən Cavabdeh adına 400 kv.m torpaq sahəsi ilə bağlı A-337266 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəddə onun əsası kimi, Cavabdeh xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə xx.xx.2012-ci il tarixli 05 nömrəli məktubla müraciət edərək, həmin Bələdiyyəyə məxsus, Bələdiyyənin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı ilə Bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatdan keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş və A-337266 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə qeyd olunan 400 kv.m torpaq sahəsinin yaxın ətrafından yüksək gərginlikli elektrik xətti keçdiyinə görə həmin ərazinin 220 kv.m sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən, digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,0220 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Cavabdeh ilə X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, həmin torpaq sahəsi sonuncuya satılmışdır. Həmin 0,0220 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X12 ilə X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, həmin torpaq sahəsi sonuncuya satılmışdır. Həmin 0,0220 ha torpaq sahəsinə X6 mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Bələdiyyənin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ilk dəfə torpaq islahatı gedən zaman ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin verilməsinə dair "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Bundan sonra ikinci torpaq islahatı gedən zaman birinci dəfə verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" götürülərək yeni "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, hər iki "Torpaq sahəsinin planı və ölçüsü" sənədi arasında fərq var. Hazırda Zaqatala rayonu Bəhmətli kəndinin ümumi torpaq xəritəsində həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin satılması ona sonradan məlum olmuşdur. Həmin torpaq sahəsi torpaq islahatından əvvəl onun faktiki istifadəsində olmuş, ona əmlak payı kimi verilən fındıq topaları həmin sahədə yerləşmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarının etibarsız hesab olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli 201 nömrəli məktubda bildirmişdir ki, İddiaçı iddia etdiyi 400 kv.m torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuşdur. Həmin ərazidə çayxana yerləşmiş, bu səbəbdən də aqrar islahat zamanı ərazi heç kimə torpaq payı kimi verilməmiş və bələdiyyə mülkiyyətində saxlanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Cavabdeh xx.xx.2011-ci il tarixli iclas protokolunun 07 nömrəli qərarından çıxarışdan görünür ki, Bələdiyyə aşağıdakıları qərara almışdır:
1. Bəhmətli Bələdiyyəsinin mülkiyyətində ehtiyat fondu torpaq sahəsində sahibkarlıq fəaliyyəti üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 400 kv.m olmaqla bir sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması üçün DTXK-nın Zaqatala rayon şöbəsinə müraciət edilməsi barədə Bəhmətli Bələdiyyəsi sədrinin müavini Akif Şirinovun verdiyi məlumat nəzərə alınsın.
2. Bəhmətli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 400 kv.m olmaqla bir sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması üçün DTXK-nın Zaqatala rayon şöbəsindən xahiş edilsin.
3. Bələdiyyənin alqı-satqı predmeti olan 400 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xahiş edilsin. - İşdə olan, Cavabdeh xx.xx.2011-ci il tarixli iclas protokolunun 07 nömrəli qərarından digər çıxarışdan görünür ki, Bələdiyyə qərara almışdır: Bəhmətli kənd sakini X9 ərizəsi nəzərə alınsın. X11 Bəhmətli Bələdiyyəsinin kəndin perspektiv inkişafına aid kənd təsərrüfatına yararsız torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ciil tarixli seriya MA N-0289551 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən alınmış çıxarışda göstərilən 0,0220 ha torpaq sahəsi sahibkarlıq məqsədi üçün satılsın. Satılmış torpaq sahəsinin hər 0,001 ha torpaq sahəsinin dəyəri 10 (on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat X8 Bankın Zaqatala filialında olan ******************** saylı hesabına əvvəlcədən keçirilməsini təmin etsin. Qərarın icrasına nəzarət Bəhmətli Bələdiyyəsinin mühasibi X.Muradovaya və torpaq işləri üzrə mütəxəssis Q.Kişikova tapşırılsın. - İşdə olan, Azərbaycan Respublikası DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən Cavabdeh adına 400 kv.m torpaq sahəsi ilə bağlı verilmiş A-337266 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəddə onun əsası kimi, Cavabdeh xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı göstərilmişdir. - İşdə olan, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə yazılmış xx.xx.2012-ci il tarixli 05 nömrəli məktubdan görünür ki, həmin Bələdiyyəyə məxsus, Bələdiyyənin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı ilə Bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatdan keçirilməsinin nəzərdə tutulduğu bildirilmiş və A-337266 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə qeyd olunan 400 kv.m torpaq sahəsinin yaxın ətrafından yüksək gərginlikli elektrik xətti keçdiyinə görə həmin ərazinin 220 kv.m sahəsinin sənədləşdirilməsi xahiş edilmişdir. - İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən, digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,0220 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2012-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən göründüyü kimi, Cavabdeh həmin torpaq sahəsini X2. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,0220 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, X12 həmin torpaq sahəsini X1. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,0220 ha torpaq sahəsinə X6 mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hazırkı iddia inzibati aktın etibarsızlığının tanınması haqqındadır. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə görə, hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ vardır. Həmin maddənin 6-cı hissəsinə görə, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2011-ci ildə (cavabdehin qərarının tarixi) qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İddiaçı Durmuşov X17 rayon Bəhmətli kəndinin sakini olmaqla Bəhmətli Bələdiyyəsinin seçicisidir və bələdiyyə qərarının etibarsızlığının tanınmasında onun iqtisadi marağı vardır. Ona görə də məhkəmə hazırkı iddianı mümkün saydı. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü hissəsində deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.6-ci maddəsinə əsasən, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə görə, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Göründüyü kimi, bələdiyyə islaslarında baxılan bütün məsələlərlə, o cümlədən torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı qərarlar qəbul edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Bəhmətli Bələdiyyəsinin etibarsız hesab edilməsi tələb olunan xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı müxtəlif məzmunlu iki ayrı-ayrı nüsxədən ibarətdir. Onlardan birində Bələdiyyənin mülkiyyətində olan 400 kv.m torpaq sahəsi ilə bağlı plan və ölçü (kadastr) hazırlanmasının DTXK-nın Zaqatala rayon şöbəsindən xahiş edilməsi, həmin torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, eləcə də hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xahiş edilməsi nəzərdə tutulduğu halda, digər nüsxədə Bələdiyyəyə məxsus 220 kv.m torpaq sahəsinin X3 qərara alınmışdır. Bu qərarlardan hansının Bələdiyyə tərəfindən həqiqətən qəbul edilmiş olmasını müəyyən etmək üçün Bələdiyyənin 2011-ci il üzrə protokollar kitabı Cavabdehndən tələb edildi, lakin həmin Bələdiyyə xx.xx.2020-ci il tarixli 50 nömrəli cavab məktubunda bildirdi ki, Bəhmətli Bələdiyyəsində nə xx.xx.2011-ci il tarixli 07 nömrəli protokol, nə də protokol kitabı yoxdur. Bundan sonra Zaqatala Rayon Dövlət Arxivinə sorğu edilərək Bələdiyyənin 2011-ci ilə aid protokol kitabı tələb edildi, lakin Arxivin xx.xx.2020-ci il tarixli 24 nömrəli cavab məktubundan müəyyən edildi ki, Cavabdeh 2011-ci ilin sənədlərini Rayon Dövlət Arxivinə təhvil verməmişdir. Bundan başqa, 2011-ci ildə Cavabdeh sədri vəzifəsində işləmiş X14 məhkəmə iclasında şahid qismində dindirildi, lakin o da iclas protokolunun iki müxtəlif məzmunlu nüsxələrinin olmasının səbəbini izah edə bilmədi. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.2-ci maddəsinə görə, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 65.1.6-cı maddəsinə görə, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Cavabdehin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı müxtəlif məzmunlu iki ayrı-ayrı nüsxədə mövcud olduğuna görə həmin qərarın kimə ünvanlandığını müəyyən etmək mümkün deyil. Bu isə, həmin qərarın etibarsız sayılması üçün əsasdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və cavabdehin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı etibarsız sayılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Zaqatala Rayonu Bəhmətli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı etibarsız hesab edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.