Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-83/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “0,4350 ha və 0,3027 ha torpaq sahələri üzərində ümumbirgə mülkiyyət hüququnun mərhum X10, X14 ilə birlikdə məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayon Aqrar İslahat Komissiyasının qərarlarına əsasən Qax rayonu, Zəyəm kəndində X10 və X11 verilmiş torpaq sahələrində hüquq sahiblərinin adlarında düzəliş olunaraq torpaq sahələrində mərhum atası X3 adının hüquq sahibləri siyahısına əlavə olunması və həmin torpaq sahələrinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-970/2022 saylı qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “0,4350 ha və 0,3027 ha torpaq sahələri üzərində ümumbirgə mülkiyyət hüququnun mərhum X10, X14 ilə birlikdə məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum atası X10 və bacısı X11 Qax rayon Aqrar İslahat Komissiyasının qərarlarına əsasən Qax rayonu, Zəyəm kəndində torpaq sahələri verilmişdir. İddiaçı, mərhum atasının adına olan torpaq sahələrini sənədləşdirmək üçün müraciət edən zaman məlumatı olmuşdur ki, atası X12 və ailə üzvlərinin adına verilmiş 0.19 ha həyətyanı və 0.3027 kvm torpaq sahələrində hüquq sahiblərinin siyahısında atasının adı qeyd olunmamışdır. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında X12 və X4 adlarına Qax rayonu, Zəyəm kəndində yerləşən 0.46 ha pay torpaq sahəsinə kod 4030718, JN-295 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 295-ci sıradadır. X12 və X4 adları qeyd olunmuş həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında adları qeyd olunmamışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Hüquq sahibləri siyahısına ad əlavə olunması ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-250/2023 nömrəli məktubunda qeyd etmişdir ki, vətəndaş İddiaçı 29 sentyabr 2021-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Qax rayonu Aqrar islahat komissiyasının qərarına əsasən mərhum atası X15 və ailə üzvlərinə ayrılmış 4361.47 kv.m. həyətyanı torpaq sahəsində və 3027 kv.m. pay torpaq sahəsinin subyektlər siyahısında atasının adı qeyd olunmadığı üçün düzəlişlər aparılaraq həmin torpaq sahələrinə dair X3 və X5 adlarına çıxarışın verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı Qax rayonu, Zəyəm kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə X20 və X6 adına JN-295 KOD 40307018 nömrəli torpağa mülkiyyət hüququna dair 02 dekabr 1998-cı il tarixli Dövlət aktının olduğu, bundan başqa Qax rayonu Zəyəm kəndində yerləşən 3027 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı X33 kitabında X5 adına uçota alınmış A seriyalı 168367 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 295-ci sırada X12 adının olduğu, lakin digər subyektin X16 deyil X2 qeyd olunduğu, həmçinin Qax rayonu Zəyəm kəndində yerləşən 4361.47 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı X33 kitabında X5 adına uçota alınmış A seriyalı 162042 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 249-cu sırada yalnız X5 göstərildiyi əsas götürülərək vətəndaşa xx.xx.2021-ci il tarixli **********98 saylı imtina məktubu verilmişdir. Qeyd olunmalıdır ki, aqrar islahat komissiyalarının qərarı əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi və ya hər hansı düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Bundan başqa, sözügedən torpaq sahələri ilə bağlı tərtib edilmiş sənədlərin bir qismində “X16", digər qismində isə “X17” kimi qeyd olunmuş şəxsin eyni və ya fərqli fərdlər olduğunun, eynidirsə hansı adın düzgün olduğu, ayrı-ayrı şəxslər olduğu təqdirdə isə mülkiyyət hüququnun tanınması üçün hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aid işdir. Yuxarıda qeyd olunanlara əsasən, Qax rayonunun Zəyəm kəndində yerləşən 0.4361 ha həyətyanı və 0.3027 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri ilə bağlı İddiaçı mərhum atası X3 X16 ilə birlikdə ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsi tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 53 nömrəli Qax rayon Zəyəm kənd Ukrayna adına Kolxozun qaytanlanmış torpaq kitabının arxiv arayışından görünür ki, X12 adının qarşısında 0,19 ha torpaq sahəsi qeyd edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 75-1 nömrəli Qax rayon Zəyəm kənd İnzibati Ərazi Nümayəndəliyi Zəyəm kolxozunda aqrar islahatı ilə əlaqədar Zəyəm kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahından arxiv çıxarışından görünür ki, X20 ailə üzvü X7 adının qarşısında 0,19 ha torpaq sahəsi qeyd olunmuşdur. - AZ-İİ 189516 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. - A 168367 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında tərtib edilmiş, hüquq subyekti X14, təyinatı –kənd təsərrüfatı məhsulları istehsalı, torpaq sahəsinin ölçüsü 3027 kv.m qeyd edilmişdir. - A 162042 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında tərtib edilmiş, hüquq subyekti X14, təyinatı – həyətyanı, torpaq sahəsinin ölçüsü 4361,47 kv.m qeyd edilmişdir. - JN-295 kod 40307018 Dövlət Aktından görünür ki, Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13 X18 ilə birlikdə 0,46 ha torpaq sahəsi ayrılmışdır. - Qax rayonu Zəyəm kəndi üzrə 1996-2000-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 210 №-li şəxsi hesabdan çıxarışdan görünür ki, təsərrüfat üzvləri olaraq X20 və X14, təsərrüfatın sahibliyində olan torpaq sahəsi 0,19 ha, əkin yeri 0,46 ha, çoxillik əkmələr 0,80 ha qeyd edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısından görünür ki, X15 və X7 adının qarşısında 0,19 ha torpaq sahəsi qeyd edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 75/H-1 nömrəli Qax rayon Zəyəm kənd Ukrayna kolxozunun “Qaytanlanmiş torpaq kitabı”ndan arxiv çıxarışından görünür ki, X3 adının qarşısında 0,19 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********50 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, X8 təsərrüfatının yerləşdiyi torpaq sahəsi 0.19 ha olub, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi, yaşayış məntəqəsi torpaqları daxilində uqodiyası həyətyanı olmaqla X5 A162042 xüsusi mülkiyyətində olub, İddiaçı istifadəsindədir. Tələbdə qeyd edilən 0,19 ha torpaq sahəsi A 168367 nömrəli plan ölçü sənədində qeyd edilmiş 3027 kv.m torpaq sahəsindən 275 metr (qərb istiqamətində) məsafədə yerləşir və üst-üstə düşmə yoxdur. Sözü gedən 0,19 ha torpaq sahəsi A 162042 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4361.47 kv.m torpaq sahəsi ilə qismən üst-üstə düşür. A 168367 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 3027 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxillik əkmə, sahəsi 0.35 ha olub, X5 mülkiyyətindədir. - Qax rayon İcra Hakimiyyyətinin xx.xx.2023-cü il 5-57/2-3/38-2023 nömrəli məktubundan görünür ki, Qax rayon İcra Hakimiyyyətinin arxiv materiallarında X11 qəyyum təyin edilməsi ilə bağlı heç bir sənəd aşkar edilməmişdir. - Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 024/31 nömrəli məktubundan görünür ki, Qax Rayon Məhkəməsində “X7 məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə mülki işə baxılmamışdır. - Qax rayonu İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 28 nöməli arayışından görünür ki, mərhum X15 öldüyü günədək xx.xx.1999-cu il tarixədək Qax rayonu Zəyəm kəndində yaşamışdır. Mərhumun ölümündən sonra ümumilikdə aşağıdakı vərəsələri qalmışdır: - oğlu: İddiaçıxx.xx.1951, qızı: X14- xx.xx.1954, X21- xx.xx.1962. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından (təsərrüfatbaşına kitabdan çıxarış və torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan) görünür ki, Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə mərhum X13 pay torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsinin ölçüsü JN-295 kod 40307018 Dövlət Aktında 0,46 ha qeyd edilmişdir. Torpaq sahəsinin ayrıldığı digər subyekt isə sözügedən aktda X18 qeyd edilsə də, iş materialları ilə müəyyən edilir ki, mərhum İsmixan Hacıyevin “Gülyanaq” adlı ailə üzvü olmamış və torpaq payı ayrılmış həmin subyektin adı “X14” olmuşdur. İş materiallarında olan Qax rayonu Zəyəm kəndi üzrə 1996-2000-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 210 №-li şəxsi hesabdan çıxarışdan görünür ki, təsərrüfat üzvləri olan X20 və X1 olan torpaq sahəsi 0,19 ha, əkin yeri 0,46 ha, çoxillik əkmələr 0,80 ha qeyd edilmişdir. Bununla belə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış torpaq sahəsinin 0.46 ha hissəsinə Dövlət Aktı tərtib edilmişdir. 3027 kv.m hissəsinə isə A 168367 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və həmin sənəddə hüquq subyekti X7 adı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, həmin sənəddə yalnız Güləndam Hacıyevanın adının qeyd edilməsi ayrılmış torpaq sahəsinin yalnız onun mülkiyyətinə verilməsi kimi nəzərdən keçirilə bilməz. Belə ki, işdə olan təsərrüfatbaşına kitabdan çıxarış və torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, torpaq islahatı aparılan zaman X20 və X14 eyni təsərrüfatda olmuş, ayrılmış torpaq sahəsi də təsərrüfat üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. JN-295 kod 40307018 Dövlət Aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi iki ailə üzvünə birlikdə ayrıldığından, məhkəmə hesab edir ki, A 168367 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 3027 kv.m torpaq sahəsinin də faktiki olaraq X20 və X7 ümumi birgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, plan-ölçü sənədində yalnız Güləndam Hacıyevanın adının qeyd edilməsi ilə bağlı cavabdeh orqanın dəlili tamamilə əsassızdır (inzibati praktika da onu göstərir ki, plan-ölçü sənədlərində yalnız bir təsərrüfat üzvünün adı qeyd edilir). Həmin torpaq sahəsinə aid mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0.35 ha olmaqla kənd təsərrüfatı təyinatlıdır, uqodiyası çoxillik əkmədir. Həyətyanı torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq torpaq sahəsinin ölçüsünü 0.19 ha qeyd etmiş və buna müvafiq olaraq mərhum atasının qanuni istifadəsində həmin ölçüdə torpaq sahəsinin olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. İşdə olan təsərrüfatbaşına kitabdan çıxarış və torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 0.19 ha qeyd edilmişdir. Məhkəmə icraatının gedişində iddiaçı tələbin həcmini artıraraq torpaq sahəsinin ölçüsünü 0,4350 ha qeyd etsə də, 0.19 ha torpaq sahəsindən artıq hissəyə dair sözügedən torpaq sahəsinin mərhum atasına ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş, A 162042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş torpaq sahəsinin ölçüsünə istinad etsə də, torpaq sahəsinin 0.19 ha–dan artıq hissəsinə mərhum atasının aidiyyətinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 0.19 ha torpaq sahəsindən artıq hissəyə münasibətdə tamamilə əsassızdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinə dair mütəxəssis rəyi əldə edilmiş, müəyyən edilmişdir ki, iddia olunan 0,19 ha torpaq sahəsi A 162042 nömrəli planölçü sənədində qeyd edilmiş 4361.47 kv.m torpaq sahəsinin hüdudları daxilindədir. Mütəxəssis rəyində qeyd edilmiş qismən üst-üstə düşməyə və yeruquluşu sənədindəki konfiqurasiya fərqinə münasibətdə məhkəmə qeyd edir ki, "X22 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X22 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X22 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 0,19 ha və 0,3027 ha torpaq sahələri üzərində ümumbirgə mülkiyyət hüququnun mərhum X10, X14 ilə birlikdə məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulur. İddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.