Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-83/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən 0,724 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonunun Şəbiyan kəndində yerləşən JN 167, Kod: 40713038 olan torpağa mülkiyyət hüququna X30ı ilə mülkiyyətə verilmiş 1,21 ha torpaq sahəsinin 0,8202 ha hissəsində dövlət aktında adları göstərilən iddiaçı-İddiaçı və onun ailə üzvləri X12, X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-83/2024 saylı qərardadı ilə İsmayıllı rayonu Keyvəndi bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən 0,724 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə (X9 və X7) kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,90 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-0036, kod 40713038 nömrəli torpağa mülkiyyət hüququna X30ı tərtib edimişdir. Həmin torpaq sahəsi uzun illər onlar tərəfindən əkilib-becərilmiş, təyinatı üzrə istifadə edilmişdir. Təxminən 2006-cı ildə ona pul lazım olduğu üçün həmin torpaq sahəsinin 0,69 ha hissəsi 06 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yaşayan X22 300 manat pul müqabilində satılmışdır. Daha sonra ona və ailə üzvlərinə 06 fevral 2006-cı il tarixli, 4Ə-1-161 nömrəli alqısatqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,21 hektar torpaq sahəsinə JN-167, kod: 40713038 olan torpağa mülkiyyət hüququna X30ı tərtib edimişdir. Həmin dövlət aktı 30 avqust 2006-cı ildə Dövlət aktı qeydiyyat kitabında 15300 nömrə ilə qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerdə qalan torpaq sahəsi onlar tərəfindən istifadə edilmiş, torpağın bütün vergiləri ödənilmiş, əkin-biçin işləri ilə əlaqədar olaraq ona dövlət tərəfindən müvafiq subsidiyalar ödənilmişdir. Daha sonra mülkiyyətində olan 1,21 hektar torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən torpaq sahəsinin 0,3896 hektar hissəsinə xüsusi mülkiyyət hüququ tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh orqanın 14 noyabr 2022-ci il tarixli, **********87 nömrəli məktubu ilə onlara bildirilmişdir ki, qeyd olunan 0,8202 hektar torpaq sahəsi başqa vətəndaşa satılmışdır. Həmin torpaq sahəsinin satılmaması cavabdehə bildirilsə də, şifahi olaraq sənədlərdə texniki səhv getdiyi bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, mülkiyyətində olan 1,90 hektar torpaq sahəsinin yalnız 0,69 hektar hissəsini 06 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yaşayan X2. Yerdə qalan 1,21 hektar torpaq sahəsinə JN 167, KOD: 40713038 olan torpağa mülkiyyət hüququna X30ı tərtib edimiş və ona verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı Rayon Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə verilmiş 15 dekabr 2022-ci il tarixli, 1620 nömrəli məktubda da göstərilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixində 0.8202 ha torpaq sahəsinə dair verilmiş yüklülük və məhdudiyyət arayışına əsasən heç bir notariat əməliyyatı aparılmamışdır. JN 167, KOD: 40713038 olan torpağa mülkiyyət hüququna X30ında adları göstərilən şəxslərdən X12 2016-cı ilin mart ayının 22-si vəfat etmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İsmayıllı rayonu Şəbiyan kəndində İddiaçı İsmayıllı rayon, Aqrar islahat Komissiyasının 24 avqust 1999-cu il tarixli, 56 saylı qərarı ilə JN-0036 saylı “Torpağa Mülkiyyət Hüququna X30”ına əsasən mülkiyyətinə 1,90 ha torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin 0,69 ha hissəsi 06 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri sakini X5 və həmin alqısatqı müqavilə əsasında JN-0167 saylı yeni “Torpağa Mülkiyyət Hüququna X30”-ı tərtib edilərək verilmişdir. İddiaçı İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən 1,21 ha torpaq sahəsinin 0,3896 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsinin 0,69 ha hissəsi 06 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri sakini X5 və həmin alqı-satqı müqavilə əsasında alıcı X19 adına DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən 26 may 2006-cı il tarixli yeni JN- 0160 saylı yeni “Torpağa Mülkiyyət Hüququna X30”-ı tərtib edilmişdir. Sözü gedən JN- 0167 saylı yeni “Torpağa Mülkiyyət Hüququna X30”-ında göstərilən 1.21 ha torpaq sahəsinin 0.8202 ha hissəsi JN-0160 saylı yeni “Torpağa Mülkiyyət Hüququna X30”-ındakı torpaq shəsinin daxilində göstərilmişdir. 24 noyabr 2011-ci il tarixli X25 alqı-satqı müqaviləsi əsasında JN-0160 saylı “Torpağa Mülkiyyət Hüququna X30”-ı göstərilən həmin torpaq sahəsini yeni alıcı X20 təkrar satılmışdır. Həmin alqı satqı əsasında 31 yanvar 2012-ci il tarixli ********** qeydiyyat X17 adına Çıxarış tərtib edilərək verilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Z-İİ 769688 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Şəbiyan kəndində yerləşən yerləşən 0,3896 ha torpaq sahəsi üzərində İddiaçı, X10 və X8 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-0036 kod 40713038 Dövlət Aktından görünür ki, İsmayıllı RAİK-nın xx.xx.1998ci il tarixli 56 nömrəli qərarı ilə İddiaçı, X10 və X9 birlikdə 1,90 ha torpaq sahəsi ayrılmışdır. - İsmayıllı rayon dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli 4Ə-1- 161 nömrəli müqavilədən görünür ki, İsmayıllı rayon Şabiyan kəndində yaşayan İddiaçı xx.xx.1999-cu il JN0036 kod ********* torpağa mülkiyyət hüququna X30ına əsasən İsmayıllı rayon Şabiyan kəndində yerləşən 0,69 ha torpaq sahəsini X3. - JN-0167 kod 40713038 Dövlət Aktından görünür ki, İsmayıllı rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-1-161 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,21 ha torpaq sahəsi üzərində İddiaçı, X10 və X8 mülkiyyət hüququ qeydə alınmışdır. - JN-0160 kod 40713038 Dövlət Aktından görünür ki, İsmayıllı rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-1-277-278, xx.xx.2006-cı il tarixli 4Ə-1-157, 159-162, 164, xx.xx.2006-cı il tarixli 4Ə-1-95-110, xx.xx.2006-cı il tarixli 4-1-201, xx.xx.2006-cı il tarixli 4Ə-1-171 nömrəli alqı-satqı müqavilələri ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 49 ha torpaq sahəsi üzərində X21 mülkiyyət hüququ qeydə alınmışdır. - MA seriyalı ******* nömrəli tarixli çıxarışdan görünür ki, İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən 2,579319 ha torpaq sahəsi üzərində X17 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəylərindən aşağıdakılar qeyd edilmişdir:
1. xx.xx.2006-cı ildə iddiaçı tərəfindən X5 0,69 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyinə görə sözügedən satılmış 0,69 hektar torpaq sahəsinin JN-0036 nömrəli Dövlət Aktının hansı planşet cizgisində əks olunduğunu müəyyənləşdirmək mümkün olmamışdır.
2. JN-0036 nömrəli Dövlət Aktının 36Q cizgisində göstərilmiş 0,8202 hektar torpaq sahəsi İlkin alqı-satqı müqaviləsi bağlandıqdan sonra İslahat xəritəsində 160 nömrəli Dövlət aktının 160 S saylı cizgisi kimi göstərilmişdir.
3. X1 1,21 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər olmadığından iddia olunan 0,8202 hektar torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün olmamışdır.
4. JN-0167 nömrəli Dövlət aktında qeyd edilmiş torpaq sahəsi X13 X14 (TEKUİS) öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat vermək mümkün deyildir.
5. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada iddiaçının istifadəsində olan 1,53 hektar torpaq sahəsi İsmayıllı rayonu Şəbiyan kənd inzibati ərazi sərhəddi daxilində Kənd Təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid ərazidə yerləşir. X13 X16 (TEKUİS) əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada iddiaçının istifadəsində olan 1,53 hektar torpaq sahəsinin 0,806 hektar hissəsi TEKUİS-də Hüquqların Dövlət Reyestrində qeydiyyata alınmış **********09 saylı çıxarış əsasında mülkiyyətə verilmiş 2,58 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Yerdə qalan 0,724 hektar torpaq sahəsi TEKUİS-ə əsasən Kənd Təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası əkin olan, bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. - xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əlavədən görünür ki, TEKUİS məlumatlarına əsasən 0,724 hektar torpaq sahəsinin 0,7134 hektar hissəsi sərrüfatı təyinatlı torpaqları daxilində bələdiyyə mülkiyyətinə aid uqodiyası əkin olan ərazidə. 0,0106 hektar hissəsi bələdiyyə mülikyyətində yol yerində yerləşir İslahat xəritəsinə əsasən 0,724 hektar torpaq sahəsinin 0,0590 mhektar hissəsi Kənd Təsərrüfatı təyinatı, torpaqlar, daxilində uqod.yas. örüş olan ərazidə, 0,0665 hektar hissəsi isə JN-0036 nömrəli Dövlət aktının 36Q cizgisində göstərilmiş 0,8202 torpaq sahəsi ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra 160 nömrəli Dövlət aktının 160S cizgisi ilə üst-üstə düşür.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna X30larının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı özü İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən 0,724 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı RAİK-nın xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı ilə İddiaçı, X10 və X9 1,90 ha torpaq sahəsi ayrılmış və JN-0036 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir (üç cizgidə: 36Q planşeti – 8202.31 kv.m, 36W planşeti - 8098.10 kv.m, 0036 planşeti – 2479.06 kv.m). xx.xx.2006-cı il tarixli 4Ə-1-161 nömrəli müqavilə ilə JN-0036 nömrəli Dövlət Aktının 0036 planşetində qeyd edilmiş 2479.06 kv.m hissəsi tamamilə, 36W planşetində qeyd edilmiş torpaq sahəsinin 0.44 ha hissəsi, cəmi 0.69 ha torpaq sahəsi X6, yerdə qalan 1,21 ha torpaq sahəsinə dair İddiaçı, X10 və X8 adına JN-0167 saylı Dövlət Aktı tərtib edilmişdir. İddiaçının ümumibirgə mülkiyyətində qalan 1.21 ha torpaq sahəsinin 0.3896 ha hissəsinə (JN-0036 nömrəli Dövlət Aktının 36W planşetində qeyd edilmiş alqı-satqıdan sonra iddiaçıda qalan hissəsinə) xx.xx.2022-ci il tarixdə **********2 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir və həmin hissədə mübahisə mövcud deyil. JN-0036 nömrəli Dövlət Aktının 36Q planşetində qeyd edilmiş 8202.31 kv.m torpaq sahəsinə münasibətdə isə cavabdeh orqan hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək sözügedən torpaq sahəsinin alqı-satqıdan sonra X19 adına tərtib edilmiş JN-0160 saylı Dövlət Aktının torpaq sahəsinə daxil edildiyini, daha sonra isə xx.xx.2011-ci il tarixdə sözügedən torpaq sahəsinin yeni alıcıya (X20) satılmasını bildirmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddia olunan torpaq sahəsi - JN-0036 nömrəli dövlət aktının 36Q planşetində qeyd olunan 0,8202 ha torpaq sahəsidir. İddiaçı ilə Anar Ələkbərov arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddia olunan torpaq sahəsi islahat xəritəsində JN-160 nömrəli dövlət aktının 160 S planşetində göstərilmişdir. Bununla belə iddiaçı ilə Anar Ələkbərov arasında bağlanmış alqı-satqı müqaviləsinin JN-0036 nömrəli Dövlət Aktının 36Q planşetində göstərilən torpaq sahəsinə heç bir aidiyyəti olmamışdır Sonradan xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə JN-160 nömrəli dövlət aktının 160 S planşetində qeyd edilmiş 2,579319 ha torpaq sahəsi Anar Ələkbərov tərəfindən Qaze Həsənovaya satılsa da, iddia olunan torpaq sahəsinə münasibətdə sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. . JN-0036 nömrəli dövlət aktının 36Q, JN-160 nömrəli dövlət aktının 160S planşetinin və hazırkı iş üzrə mütəxəssis rəyin əlavə edilmiş yerquruluşu planının müqayisəli tədqiqindən görünür ki, iddia olunan torpaq sahəsi hazırda da, Qaze Həsənovaya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşməklə bələdiyyə mülkiyyəti olaraq TEKUİS-ə işlənmişdir. Yəni, cavabdeh orqan iddiaçının satılmayan torpaq sahəsinin (36Q) Ələkbərov Anarın adına tərtib edilmiş dövlət aktının 160 S planşetinə qeyd edilməsinin düzgün olmadığını bilmiş, Qaze Həsənovanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən həmin səhvi aradan qaldırmışdır. Odur ki, məhkəmə hesab edir ki, artıq qüvvədə olmayan məlumatlara istinad etməklə cavabdeh orqanın müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən 0,724 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.