Məhkəmə qərarları › İş №2-1(116)-835/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-835/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-835/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Qax rayon filialına qarşı "xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Qax rayonu Güllük kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işləmişdir. İddiaçı xx.xx.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, əmək kitabçasında Azərbaycan Mərkəzi Kooperativlər X2 işlədiyi müddətdə əmək haqqı almadığına və qanunvericiliklə müəyyən olunan qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövrlər iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. Bu səbəbdən kifayət qədər sosial sığorta stajı olmadığından əmək pensiyasının təyin olunması mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, əmək kitabçasında göstərilən bütün müddətlər ərzində faktiki işləmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********3 nömrəli etirazında bildirmişdir ki, İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı xx.xx.1974cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağmədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında və xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində işlədiyi dövrlər mübahisələndirilməyərək qəbul edilmiş, lakin əmək kitabçasında qeyd edilən xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətdə əmək haqqı almadığı, həmçinin müəssisənin fəaliyyət göstərmədiyi dövrlər sosial sığorta stajının müəyyən edilməsi zamanı qanunamüvafiq olaraq nəzərə alınmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, БТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işləmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin xx.xx.2019-cu il tarixli 58 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Qax rayon filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı əmək pensiyası hüqunun müəyyən edilməsi zamanı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən 01,06.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında və xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində işlədiyi dövrlər mübahisələndirilməyərək qəbul edilmiş, əmək kitabçasında qeyd edilən xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətdə əmək haqqı almadığı, həmçinin müəssisənin fəaliyyət göstərmədiyi dövrlər sosial sığorta stajının müəyyən edilməsi zamanı qanunamüvafiq olaraq nəzərə alınmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının adına verilmiş БТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, İddiaçı 27.03..1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işləmişdir. Cavabdeh iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinasını belə əsaslandırır ki, iddiaçının Zaqatala Avtobazasında işlədiyi müddətdə əmək haqqı almadığı, həmçinin müəssisənin fəaliyyət göstərmədiyi dövrlər sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün əmək pensiyasının təyinindən imtina edilmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında göstərilən müddətlər onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin xx.xx.2019-cu il tarixli 58 nömrəli arayışı ilə müəyyən edilir ki, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 8 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, məhkəmə iddiaçının əmək kitabçasında (24 il 3 ay 22 gün) və hərbi xidmətlə bağlı onun adına verilmiş arayışda (2 il 8 gün) göstərilən müddətləri topladıqda məlum oldu ki, onun 26 il 4 ay sosial sığorta stajı vardır. Belə olan halda, cavabdeh iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətin sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar