Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-835/2022 29.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 25.01.2022-ci il tarixli 05/9-243/15 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki Şəhər İcra Hakimiyyəti başçısının Böyük Dəhnə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 04.06.1971-ci il tarixli 12 nömrəli ölüm haqqında ilkin akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 25.01.2022-ci il tarixli 05/9-243/15 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 04.06.1971-ci il tarixli 12 nömrəli ölüm haqqında ilkin akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx xxxxx 1971-ci ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuşdur. 30 aprel 1971-cü ildə iddiaçının doğumu Şəki rayonu Böyük Dəhnə kənd soveti tərəfindən qeydiyyata alınaraq AZ № ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bu yaxınlarda iş yerindən iddiaçıya bildirmişdir ki, onun barəsində ölüm haqqında akt qeydi mövcuddur. Buna görə də iddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə məhkəməyə ünvanladığı 05.03.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra olunur. Göstərilənlərə əsasən müraciətin təmin edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. 1977185 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. X8, anası X4r. Cavabdehin 05.03.2022-ci il tarixli məktubuna əlavə olunmuş 30.04.1971-ci il tarixli 42 nömrəli “Doğum akt qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971ci il tarixdə anadan olmuşdur. X8, anası X4r. Akt qeydi X29 30.04.1971-ci il tarixli arayışına əsasən tərtib edilmişdir. Cavabdehin 05.03.2022-ci il tarixli məktubuna əlavə olunmuş 30.04.1971-ci il tarixli 43 nömrəli “Doğum akt qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. X8, anası X4r. Akt qeydi X29 30.04.1971-ci il tarixli arayışına əsasən tərtib edilmişdir. Cavabdehin 05.03.2022-ci il tarixli məktubuna əlavə olunmuş 04.06.1971-ci il tarixli 12 nömrəli “Ölüm haqqında akt qeydi”nin təsdiq edilmiş surətində qeyd olunur ki, İddiaçı 03.06.1971-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən çıxarışından görünür ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. Çıxarışda 28.01.2015ci il tarixdə verilmiş AZE seriyalı 105457 nömrəli şəxsiyyət vəsiqəsinin olması, həmçinin 03.06.1971-ci il tarixdə İddiaçı öldüyü qeyd edilmişdir. Əhalinin Dövlət Reyestri məlumatlarına iddiaçının hazırkı görünüşünü əks etdirən fotoşəkil əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən çıxarışından görünür ki, X2 Səlimə Nurməmməd qızının keçmiş həyat yoldaşıdır. 05.09.1996-cı il təvəllüdlü X24 və 19.12.1998-ci il təvəllüdlü X21 İddiaçı övladlarıdır. Cavabdehin 01.04.2022-ci il tarixli məktubuna əlavə olunmuş 10.08.1992-ci il tarixli 16 nömrəli “Nikahın bağlanması haqqında” akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X20 ilə (Əliyeva) İddiaçı arasında nikah bağlanmışdır. Cavabdehin 01.04.2022-ci il tarixli məktubuna əlavə olunmuş 30.08.2014-cü il tarixli 5300 7 0111 nömrəli “Nikahın pozulması haqqında” akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X20 ilə Əliyeva (Cabbarova) Səlimə Nurməmməd qızı arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 17.07.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Şəki ŞİH başçısının Böyük Dəhnə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.04.2022-ci il tarixli 17 nömrəli məktubunda qeyd olunur ki, X10 ilə bağlı nümayəndəlikdə heç bir təsdiq edilmiş sənəd olmadığına görə məhkəmənin sorğusuna cavab verilmir. İddiaçı yaxınlarından, bacı və qardaşlarından alınmış məlumat Məhkəməyə göndərilmişdir. İddiaçı və X10 xx.xx.1971-ci ildə Şəki rayonu Böyük Dəhnə kəndində əkiz dünyaya gəlmişdilər. 04.06.1971-ci ildə əkizlərdən biri X10 vəfat edib . Ölüm haqqında olan AKT nümayəndəlikdə yoxdur. Atası: X17-vəfat edib. Anası: X6-vəfat edib. Hal-hazırda İddiaçı sağdır, Şəki şəhəri Sabit Rəhman küçəsi ev 9 mənzil 10-da qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır və işləyir. X26 filialının 81 nömrəli məktubuna əlavə olunmuş 4 nömrəli təsərrüfatbaşına kitabının təsdiq edilmiş surətindən görünür ki, X11 ailə üzvləri sırasında İddiaçı və X7 adları qeyd olunmuşdur. Kitabda 1980-1982-ci illər üzrə İddiaçı adının düzəlişlə yazıldığı müəyyən olunmuşdur. 1983-1985-ci illər üzrə qeydlərdə İddiaçı adı qeyd edilmişdir. 28.04.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X5 izahatlarında ailələrində xx.xx.1971-ci il tarixdə iki əkiz qız uşağının dünyaya gəldiyini, bacılarından Səkinənin bir neçə ay sonra vəfat etdiyini, Səlimənin isə sağ qaldığını bildirmişlər. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... 193-cü maddəyə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır... 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir... 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X17 və X1 ailəsində xx.xx.1971-ci il tarixdə iki əkiz qız övladı dünyaya gəlmiş, adları doğum akt qeydlərində Səlimə və Səkinə kimi qeyd edilmişdir. Uşaqlardan biri 03.06.1971-ci il tarixdə vəfat etmişdir. Vəfət edən şəxs X10 olsa da nümayəndəlik tərəfindən səhvən İddiaçı münasibətdə ölüm akt qeydi tərtib edilmişdir. Lakin sonradan ailəyə məxsus təsərrüfatbaşına kirablarda müxtəlif illərdə İddiaçı adı sağ olan ailə üzvləri qismində göstərilmişdir. Eyni zamanda İddiaçı ******* nömrəli, 30.04.1971-ci il tarixli Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi (yeni şəxsiyyət vəsiqəsinin nömrəsi: AA*******) verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı barəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının Böyük Dəhnə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 04.06.1971-ci il tarixli, 12 nömrəli “Ölüm haqqında” akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-835/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-835/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver