Məhkəmə qərarları › İş №2-1(116)-837/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-837/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-837/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X4 cavabdehin nümayəndəsi Hacı-X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-123F, KOD 40408028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarının faktiki istifadəyə uyğunlaşdıraraq 0.18 ha torpaq sahəsi üzərində həmin şəhadətnamədə adları göstərilən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Şəki rayon Bideyiz kəndində yerləşən 1997-1999-cu illər üzrə 08 nömrəli təsərrüfatbaşına kitabından çıxarışa əsasən mərhum atası X2 məxsus 0,29 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-837/2023 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-837/2023 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-123F, KOD 40408028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarının faktiki istifadəyə uyğunlaşdıraraq 0.18 ha torpaq sahəsi üzərində həmin şəhadətnamədə adları göstərilən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X6 01 may 2009-cu il tarixdə ölmüşdür. 2022-ci ilin fevral ayında iddiaçının ərizəsi əsasında Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Bundan sonra iddiaçı 2022-ci ilin iyun ayından DƏDRX-nın 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək mərhum atasının 1997-1999-cu illər üzrə 08 nömrəli təsərrüfatbaçına kitabın 34 saylı şəhifəsində 1961-ci ildə inşa olunmuş ikimərtəbəli fərdi yaşayış evinin və 0.29 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına reyestrdən çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsindən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Şəki rayonu Bideyiz kəndində yerləşən 0.27 ha torpaq sahəsinə X3 və ailə üzvlərinin adına JN-123F, KOD 40408028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 24 may 2006-cı il tarixli şəhadətnamənin olduğu, lakın Daşınmaz əmlakın qeydiyyatı layihəsinə” uyğun ərazi idarəsinə təhvil verilmiş elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin istifadəçi kimi X8 və ailə üzvləri göstərildiyindən və həmin toraq sahəsi faktiki İddiaçı istifadəsində olmadığından iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - JN-059F saylı Şəhadətnamənin surətindən görünür ki, 0.34 ha torpaq sahəsi X21 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - JN-123F, KOD 40408028 saylı Şəhadətnamənin surətindən görünür ki, 0.27 ha torpaq sahəsi X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. JN-123H, KOD 40408028 saylı Şəhadətnamənin surətindən görünür ki, 0.09 ha torpaq sahəsi X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə 41 nömrəli protokol,edilmiş 1999-cu il tarixli Şəki rayonu Bideyiz kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X3 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, 0,09 ha torpaq sahəsi üzərində X6 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ,fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2812/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki,X6 və qeyrilərinə JN 123F,, kod 40400828 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə əsasən verilmiş 0.27 ha torpaq sahəsi torpaqların elektron kadastr uşot informasiya sistemləri bazasına əsasən X12 tərəfindən istifadə olunur. İddiaçı tərəfindən faktiki istifadə edilən torpaq sahəsi 0.34 ha olub tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsinin bir hissəsi JN- 123H, kod 40400828 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə düşür. Faktiki istofadə olunan torpaq sahəsi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş X6 və ailə üzvülərinin mülkiyyətindədir. Torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki istifadə olunan torpaq sahəsi JN-123F, kod 40400828 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə əsasən verilmiş 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşmür. 123F, kod 40400828 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə əsasən verilmiş, 0.27 ha torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemləri bazasına əsasən X12 tərəfindən istifadə olunur Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının və ailə üzvlərinin adına “Torpağın mülkiyyətə verilməsi haqqında” iki ayrı Şəhadətnamə verilmişdir. JN-123F saylı Şəhadətnaməyə əsasən 0.27 ha torpaq sahəsi, JN-123H saylı Şəhadətnaməyə əsasən 0.09 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. JN-123H saylı Şəhadətnaməyə əsasən verilmiş 0.09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçı və ailə üzvlərinin təkrar mülkiyyət hüquqları qeydə alınaraq xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir.İddia olunan torpaq sahəsinə verilmiş Şəhadətnamənin koordinatları iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinə deyil, X8 və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinə işlənilmişdir. Araşdırma zamanı Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum X6 və ailə üzvlərinin adına 0,29 ha torpaq sahəsinin qeydə alındığı aşkar edilmişdir.Digər tərəfdən mərhum Ə.Məmmədovun adına 1987-ci ildə verilmiş Fərdi yaşayış evinin texniki pasportunda sənəd üzrə topraq sahəsi 0,29 ha olaraq qeyd edilmişdir. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə Şəhadətnamələr əsasında (0,09 və 0,27 ha) olmaqla torpaq sahələri verilmiş olsa da hazırda JN-123H saylı Şəhadətnamə əsasında mülkiyyət hüququnun qeydə alınması təmin olunmuşdur. Tələb olunan mütəxəssis rəyinə əsasən bildirilmişdir ki,iddiaçının istifadəsində faktiki istifadə edilən torpaq sahəsi 0.34 ha torpaq sahəsi vardır.Həmin topraq sahəsinin 0,09 ha hissəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də iddiaçının istifadəsində olmuş,həmin sahədə yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Şəki rayonu Bideyiz kəndində yerləşən (JN-123H saylı Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.09 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) 0.18 ha torpaq sahəsi üzərində (JN-123F saylı Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılaraq) ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə JN-123F, KOD 40408028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq 0,18 ha torpaq sahəsi üzərində X6,X7, İddiaçı və X9 ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar