Məhkəmə qərarları › İş №2-1(116)-837/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-837/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-837/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı N91-N95-ci illərdə 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Goranboy- Ağdarə, Kəlbəcər və Ağdam istiqamətlərində gedən döyüşlərdə həmçinin Goranboy Tərtər döyüşlərdə fəal iştirak etmişdir. Hərbi xidmət dövrü N91-N95-ci ilin olan dövrü əhatə edir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müharibə veteranı adı verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, Abşeron Hərbi Prokurorunun xx.xx.2001-ci il tarixli cinayət işi üzrə icraatın xitam edilməsi barərə qərara əsasən, iddiaçı xidmet keçdiyi hərbi hissəni tərk etdiyindən, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnaməsindən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında məlumat mövcuddur. Belə ki, o, Yevlax Rayon Xalq Məhkəməsinin xx.xx.N96-cı il tarixli hökmü ilə CM-nin 143 maddə 4 hissəsi ilə təqsirli bilinib 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ali Məhkəmənin xx.xx.N97-ci il tarixli qərarı ilə hökm dəyişdirilib cəzası 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına endirilib. xx.xx.N97-ci ildə Azərbaycan Respublikasının CM-nin 50 maddəsinə əsasən 1 il 3 ay 4 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğun xx.xx.2001-ci il tarixli CM-nin 242 “A” B maddələri fərarilik etdiyindən həbs olunmuşdur. xx.xx.2001-ci il tarixdə CPM-nin 154-156 165 maddələri ilə başqa yerə getməmək barədə iltizamla azad olunmuşdur. xx.xx.2001-ci il tarixdə Abşeron Hərbi Prokurorluğun qərarı ilə 6184 saylı cinayət işinin icraatına AR CPM 39.1.12 maddələri ilə əsas xitam verilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı N №-li hərbi hissədə xidmət etməsilə bağlı müəyyən edilmişdir ki, o, xx.xx.N92-ci il tarixdə hərbi hissəni özbaşına buraxıb getmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Qeyd olunan faktla bağlı İxtisaslaşdırılmış hərbi prokurorluq tərəfindən onun barəsində xx.xx.2000-ci il tarixdə CM-nin 242-ci maddəsinin “a” bəndiilə cinayət işi başlanmışdır. xx.xx.2001-ci il tarixdə İddiaçı əməli CM-nin 334.1-ci maddəsinə tövsif edilmişdir. İddiaçı CM-nin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 6185 №-li cinayət işinin icraatına xx.xx.2001-ci il tarixdə Abşeron hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas; kitab; xx.xx.N92-xx.xx.N99; səh.-23, sıra-56) Yevlax RHK-dan çağırılmış, N69-cu il təvəllüdlü İddiaçı komandirin xx.xx.N92-ci il tarixli 40 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və komandirin rin xx.xx.N93-cü il tarixli 68 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 68 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Mingəçevir RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, N69-cu il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N92-ci il tarixli 40 №-li əmrilə (əsas: §1, səh.-26, sıra-N) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi" hərbi rütbəsi verilmişdir. Bildiririk ki, N №-ii hərbi hissə komandirinin may N93-cü il tarixli nizami hissə üzjə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X1 Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir RHK-dan çağırılmış, N69-cu il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N92-ci il tarixli 40 №-li əmrilə (əsas; § 1, sıra N, əmrdə vəzifəsi göstərilməyib) “sıravi" hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 97 №-li əmrində sıravi K.S. Musayevin (əsas: § 4, səh 60, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) döyüş bölgəsinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may-dekabr N93-cü il və yanvar- dekabr N94-cü il tarixii nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91-ci il oktyabrın 9dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq müharibə veteranı sayılmırlar. İş mteriallarından görünür ki, iddiaçı, xx.xx.2000-ci il tarixdə CM-nin 242-ci maddəsinin “a” bəndiilə cinayət işi başlanmışdır. xx.xx.2001-ci il tarixdə İddiaçı əməli CMnin 334.1-ci maddəsinə (fərarilik) tövsif edilmişdir. xx.xx.2001-ci il tarixdə Abşeron hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda). Odur ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması müəyyən edilmədiyindən və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs hesab edildiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar