Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-839/2020 07.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdehin nümayəndəsi X20 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı "JN-00xx xxx 40402037 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda olmayan 2,5 ha torpaq sahəsi üzərində X4, İddiaçı Rəcəb oğlunun, X1, X9, İsgəndərova Bənövşə Məzahir qızının və X12 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki Rayon X16 (bundan sonra - AİK) xx.xx.1998-ci il tarixli 54 nömrəli qərarı ilə X6, İddiaçı Rəcəb oğluna, X3, X13, İsgəndərova Bənövşə Məzahir qızına və X5 təsərrüfatı məhsulları istehsalı məqsədilə 15,50 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-00xx xxx 40402037 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Şəki rayonu "Sarıca" X19 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı ilə kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X19nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki Rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X19 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci tarixli 02 nömrəli protokol qərarı ilə Sarıca Bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərara alınmışdır. Şəki Rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə "Sarıca" X19ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nın xx.xx.1998-ci il tarixli 4 nömrəli qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. Şəki Rayon AİK-in xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyri-mümkünlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sarıca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********76 nömrəli məktubla bildirmişdir ki, Şəki rayonu "Sarıca" X19 Yerli AİK-in qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3 hektara çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından və iddiaçının müraciətə əlavə etdiyi bələdiyyə tərəfindən təsdiqlənmiş sxemdə göstərilən torpaq sahəsi əkin üçün nəzərdə tutulmayan örüş sahəsi olduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "Şəki rayonu Sarıca kəndində yerləşən 18 ha torpaq sahəsi üzərində X4, İddiaçı Rəcəb oğlunun, X1, X9, İsgəndərova Bənövşə Məzahir qızının və X12 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək JN-00xx xxx 40402037 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda olmayan 2,5 ha torpaq sahəsi üzərində X4, İddiaçı Rəcəb oğlunun, X1, X9, İsgəndərova Bənövşə Məzahir qızının və X12 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, torpaq islahatı aparılan zaman adambaşına düşən pay norması 3 ha olmuş və Şəki Rayon X16 xx.xx.1998-ci il tarixli 61 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarlarında da bu hal öz əksini tapmışdır. Bundan başqa, o, adambaşına düşən 3 ha torpaq sahəsi ilə bağlı bələdiyyəyə torpaq vergisi ödədiyini də bildirmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki Rayon AİK-in xx.xx.1998-ci il tarixli 54 nömrəli qərarından görünür ki, Səfərbəyov Möhbəli Həmid oğluna, Səfərbəyova Safura Möhüddün qızına, Səfərbəyov Xanlar Möhbəli oğluna, X10 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədilə 12,92 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-00xx xxx 40402037 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. - İşdə olan, Şəki rayonu "Sarıca" X19 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarından görünür ki, kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X19nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki Rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X19 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. - İşdə olan, Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci tarixli 02 №-li protokol qərarından görünür ki, Sarıca Bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərara alınmışdır. - İşdə olan, Şəki Rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə "Sarıca" X19ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nın xx.xx.1998-ci il tarixli 4 nömrəli qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. - İşdə olan,Şəki Rayon AİK-in xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarından görünür ki, dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyrimümkünlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sarıca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********76 nömrəli imtina məktubundan görünür ki, Şəki rayonu "Sarıca" X19 Yerli AİK-in qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3 hektara çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından və iddiaçının müraciətə əlavə etdiyi bələdiyyə tərəfindən təsdiqlənmiş sxemdə göstərilən torpaq sahəsi əkin üçün nəzərdə tutulmayan örüş sahəsi olduğundan ərizənin icrası mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X23, Naxçıvan Muxtar Respublikası X23, rayon və X28 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. İşdən göründüyü kimi, Şəki rayonu Sarıca kəndində torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2,58 ha, 2,70 ha və 2,91 ha kimi hesablanmış, "Sarıca" X19 Yerli X16 xx.xx.1998-ci il tarixli 4 nömrəli, xx.xx.2001-ci il tarixli qərarı, xx.xx.2001-ci il tarixli 02 nömrəli, xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarları və Şəki rayon X16 xx.xx.1998-ci il tarixli 61 nömrəli, xx.xx.2002-ci il tarixli 02 nömrəli, xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3,0 hektara çatdırılsa da, kompleks yerquruluşu xəritə materiallarında Sarıca kəndində təkrar islahat aparılmasına dair məlumat əksini tapmamışdır. Müəyyən edildi ki, iddiaçıya və ailə üzvlərinə əlavə olaraq verilmiş 2,5 ha torpaq sahəsi örüş olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aiddir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci hissəsinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin maddənin 3-cü hissəsinə görə, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaqlara aiddir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə görə, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi, iddiaçının və ailə üzvünün faktiki istifadəsində olan 2,5 ha torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsidir, örüş sahələrinin isə xüsusi mülkiyyətə verilməsi qadağandır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh həmin 2,5 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı "JN-00xx xxx 40402037 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda olmayan 2,5 ha torpaq sahəsi üzərində X4, İddiaçı Rəcəb oğlunun, X1, X9, İsgəndərova Bənövşə Məzahir qızının və X12 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-839/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-839/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver