Məhkəmə qərarları › İş №2-1(116)-84/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-84/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-84/2020 28.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-106 kod 40303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 2,54 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “JN-106 kod 40303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 2,54 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Onlar iddia ərizəsini belə əsaslandırmışlar ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 29.06.2000-ci il 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onların mülkiyyətinə 2,54 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 28.12.2000-ci ildə JN-106 kod 40303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Onlar həmin 2,54 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara çıxarış verilməsini cavabdehdən xahiş etsələr də, cavabdeh 27.03.2019-cu il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, onlar güya torpaq sahəsinin 1,2153 ha hissəsini özgəninkiləşdirmişlər. Cavabdehin imtinası əsassızdır. Belə ki, onlar torpaq sahəsini özgəninkiləşdirməmişlər. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İşdə olan, 2,54 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə iddiaçıların müraciətinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27.03.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, ərizədə qeyd olunan 2,54 ha torpaq sahəsinin 1,2153 ha hissəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Torpaq sahəsinin qalan 0,9320 ha və 0,3911 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquq sahiblərinin şəxsiyyətini təsdiq edən sənədlərin və dövlət rüsumunun ödənilməsi barədə qəbzin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə təqdim edilməsi zəruridir. Cavabdeh hazırkı iddiaya qarşı 23.08.2019-cu il tarixli etirazını da eyni dəlillərlə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, 2,54 ha torpaq sahəsinin 1,2153 ha hissəsinin alqı-satqısına dair müqavilə 21.11.2007-ci ildə bağlanaraq Qax Rayon DNK tərəfindən 4Ə-531 nömrəsi ilə təsdiq edilmiş, həmin müqavilə ilə torpaq sahəsi X2 və sonuncunun adına 01.08.2008-ci ildə ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırkı işə məhkəmə iclasında baxıldığı zaman İddiaçı1 izahatında bildirdi ki, onun və ailə üzvlərinin tələbi iddia ərizəsini tərtib edən şəxs tərəfindən səhv yazılmışdır. O, JN-106 kod 40303018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 2,54 ha torpaq sahəsinin 1,2153 ha hissəsini 2007-ci ildə X1 və hazırda həmin alqı-satqı ilə bağlı heç bir mübahisə yoxdur. 2,54 ha torpaq sahəsinin alqı-satqıdan sonra qalan hissəsi X6 tərəfindən zəbt edilmişdir. Onun tələbi həmin şəxsin torpaq sahəsindən çıxarılmasından ibarətdir. Bundan başqa, iddia ərizəsində onun arvadı və 2 nəfər oğlu da iddiaçı kimi göstərilsələr də, iddia ərizəsi onlar tərəfindən imzalanmamışdır. Kim tərəfindən imzalandığını bilmir. Göründüyü kimi, mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, bu mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlmiş olsun. Lakin hazırkı işdə iddiaçılarla cavabdeh arasında hər hansı inzibati mübahisə yoxdur. Cavabdeh iddiaçıların mülkiyyətində olan 2,54 ha torpaq sahəsinin satılmış hissəsi çıxılmaqla, qalan hissəsinə iddiaçıların mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmir, hüquq sahiblərinin şəxsiyyətini təsdiq edən sənədlər və dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut təqdim ediləcəyi halda qeydiyyat aparacağını bildirir. İddiaçıların hüquqi marağı həmin qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasında deyil, 2,54 ha torpaq sahəsinin satılmamış hissəsinin X6 tərəfindən zəbt olunmuş hissəsindən çıxarılmasındadır. Belə olan halda, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-106 kod 40303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 2,54 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar