Məhkəmə qərarları › İş №2-1(116)-841/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-841/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-841/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon X3 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə X10, X6, X8, İddiaçı, X11, X7 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 18,09 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN 105, kod: 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair akt tərtib edilmişdir. Şəki rayonu "Sarıca" X5 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı ilə kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X5nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla, 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X5 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci il tarixli 02 nömrəli protokol qərarı ilə Sarıca bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərara alınmışdır. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrli qərarı ilə "Sarıca" X5ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nin xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK-nin xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. Şəki rayon AİK-nin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyri-müm-künlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sarıca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. Tərəfindən 21 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün DƏDRX-nin 12 saylı X16 müraciət edilmişdir. Cavabdeh orqan isə xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Şəki rayonu Sarıca kəndində torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2,58 ha, 2,70 ha və 2,91 ha kimi hesablanmışdır. "Sarıca" X5 Yerli X3 xx xxxx 1998-ci il tarixli 4 saylı, xx.xx.2001- ci il tarixli (say göstərilməyib) qərarı, xx.xx.2001-ci il tarixli 02 saylı, xx.xx.2002-ci il tarixli 02 saylı qərarları, Şəki rayon X3 xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli 02 saylı və xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3,0 ha-ya çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, müraciətə əlavə etdiyiniz bələdiyə tərəfindən təsdiqlənmiş sxemdə göstərilən torpaq sahəsi Qayabaşı kəndinin iznbati ərazisinin BEF-də yerləşdiyindən və sadalanan qərarlarla uyğunsuzluq təşkil etdiyindən, həmçinin "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından ərizənizin icrası mümkün olmamışdır. Eyni zamanda onu da qeyd etmişdir ki, xidmət haqqının ödənilməsi zəruridir. Cavabdeh orqanın imtinasını aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, torpaq islahatı aparılan zaman adambaşına düşən pay norması 3 ha olmuş və Şəki rayon AİK-nin xx.xx.1998-ci il tarixli 61 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarlarında da bu hal öz əksini tapmışdır. Adambaşına düşən 3 ha torpaq sahəsi ilə bağlı bələdiyyəyə torpaq vergisini ödəyir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçıya iddia ərizəsində olan nöqsanları aradan qaldıraraq, yeni iddia ərizəsinin verilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə “2.91 ha kərislə onlara verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ərizəsi düzgün tərtib olunmadığından, məhkəmə tərəfindən ona xx.xx.2020ci tarixli nömrəli yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qeyd edilmişdir ki, cavabdehin sizə göndərdiyi xx.xx.2020-ci il tarixli **********74 nömrəli imtina məktubundan məlum olmuşdur ki, tələbinizdə qeyd etdiyiniz kimi 21 ha torpaq sahəsinin deyil, 2.91 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etmisiniz. Odur ki, Sizə iddia tələbinizdə dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyiniz torpaq sahəsinin 2.91 ha olaraq qeyd etməyiniz, həmçinin iddia tələbinizdə qeyd etdiyiniz şəxslərin (X10, X6, X8, X11, X7 və X2) mülkiyyət hüququnun qeydə alınması üçün iddia ərizəsində iddiaçılar olaraq qeyd olunması və iddia ərizəsinin həmin şəxslər tərəfindən və ya etibarnamə əsasında səlahiyyətli şəxs tərəfindən imzalanması təklif olunmuşdur.Hazırkı tələblə bağlı göstərilən nöqsanların aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Yardım məktubu iddiaçının ünvanına xx.xx.2020-ci il tarixində göndərilmiş və xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. Belə ki, hazırkiiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməmişdir, belə ki, iddiaçı tələbində “Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdiyi halda cavabdeh orqana 2.91 ha torpaq sahəsinə çıxarış verilməsi üçün müraciət etmişdir. Bundan başqa iddiada Şəki rayonu Sanca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələb olunduğu halda mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan X10, X6, X8, X11, X7 və X2 cavabdehə müraciət etmədiyi və iddia ərizəsinin onlar tərəfindən imzalanmadığı məlum olmuşdur. İddiaçı diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilərlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar