Məhkəmə qərarları › İş №2-1(116)-841/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-841/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-841/2023 27.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X8 adına hazırlanmış JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarışın qismən X10 aid hissədə ləğv edilməsi, həmin çıxarışda X8 adı çıxarılaraq çıxarışda qeyd olunmuş 0,3 ha torpaq sahəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xx.xx.2021-ci il tarixli **********88-10101 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna düzəliş edilərək X8 adının hüquq subyektləri sırasından çıxarılması və fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına hazırlanmış JN- 119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin Şəhadətnamə əsasında iddiaçı və X11 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarışın xx.xx.2021-ci il tarixli, **********88- 10101 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsi, həmin çıxarış da texniki pasportda göstərilən ev və həyətyanı torpaq sahəsi barədə vahid daşınmaz əmlakın iddiaçının adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “X8 adına hazırlanmış JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarışın qismən X10 aid hissədə ləğv edilməsi, həmin çıxarışda X8 adı çıxarılaraq çıxarışda qeyd olunmuş 0,3 ha torpaq sahəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xx.xx.2021-ci il tarixli **********88-10101 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna düzəliş edilərək X8 adının hüquq subyektləri sırasından çıxarılması və fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 24 iyul 2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi müqavilə (müqavilə №254375) bağlamaqla DƏDRX-nin Qəbələ Rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2006-cı il tarixli, 444 №-li arayışa və 3-25 №-li qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus olan, Oğuz rayon Calud kəndində yerləşən fərdi yaşayış evini ondan satın almışdır. O, evi satın alarkən Oğuz rayon Calud kəndində yerləşən evlərin həyətyanı torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanıb hüquq sahiblərinə verilməmişdir. Evi satın alandan uzun müddət sonra ona məlum olmuşdur ki, evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair evin əvvəlki sahibinin, yəni X3 anası olmuş X14 adlı şəxsin adına JN-119A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. X13 da 19 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümü Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 oktyabr 2010-cu il tarixdə 1275 № ilə qeyd edilmişdir. O, X4 yaxın qohumları vasitəsilə xəbər göndərərək satın aldığı evin həyətyanı torpaq sahəsinə dair onun mərhum anası X8 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlandığını bildirmişdir. O, da digər şəxslər vasitəsilə JN-119A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni və X8 ölümünə dair şəhadətnaməni ona göndərərək, qeyd edilən həyətyanı torpaq sahəsinin adına rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Tənzilə Qurbanova ilə birbaşa əlaqə yarada bilməmişdir. O, 24 iyul 2006-cı il tarixli alqı satqı müqaviləsini, JN-119A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni və X8 ölümünə dair şəhadətnaməni cavabdehə təqdim edərək qeyd edilən ev və həyətyanı torpaq sahəsinə dair öz adınna DƏDR-dən çıxarış və fərdi yaşayış evinin texniki pasportunun hazırlanmasını xahiş etmişdir. Həyətyanı torpaq sahəsinin X8 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarış və xx.xx.2021-ci il tarixli, **********88-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu hazırlanıb ona verilmişdir. Hazırda qeyd edilən ev və həyətyanı torpaq sahəsi barədə evin onun, həyətyanı torpaq sahəsinin mərhum X8 adına tərtib edilmiş xx.xx.2021ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarış və xx.xx.2021-ci il tarixli, **********88-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu mövcuddur. İddiaçı cavabdeh orqana müraciət edərək həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin də qeyd edilən müqavilə və digər müvafiq sənədlər əsasında adına qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh iddia tələbinə etirazını X8 adına verilmiş JN-1İ9A saylı Şəhadətnamənin, hamın şəhadətnamə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarış və xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsinin səlahiyyətləri daxilində olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-119A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarı ilə X10 0.30 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2006-cı il tarixli 254375 nömrəli müqavilədən görünür ki, X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2006-cı il 444 nömrəli arayışına və 3-25 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Oğuz rayonun Calud kəndində 1120 kv.m torpaq sahəsində yerləşən 1936-cı ildə saman kərpicdən tikilmiş, üstü kirəmitlə örtülmüş, 41,5 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. - AZ-İİ 178489 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. - xx.xx.2021-ci il tarixli 405-38/159 inventar nömrəli (**********88-10301 reyestr nömrəli) texniki pasportdan görünür ki, Oğuz rayonu Calut kəndində sənəd üzrə 0,3 ha, faktiki sahəsi 0,38738 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyektləri İddiaçı və X12r. Fərdi yaşayış evi 1936-ci ildə tikilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Oğuz rayonu Calut kəndində yerləşən 0.30 ha torpaq sahəsi X8, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2003-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarışın qismən X10 aid hissədə ləğv edilməsi, həmin çıxarışdan X8 adı çıxarılaraq çıxarışda qeyd olunmuş 0,3 ha torpaq sahəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, - xx.xx.2021-ci il tarixli **********88-10101 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna düzəliş edilərək X8 adının hüquq subyektləri sırasından çıxarılması, - fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Oğuz rayonun Calud kəndində 1120 kv.m torpaq sahəsində yerləşən 3 otaqdan ibarət yaşayış evini xx.xx.2006-cı il tarixli 254375 nömrəli müqavilə əsasında X2 almışdır. Sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi X3 qanuni istifadəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçi olaraq X8 adı qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqanın JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan fərdi yaşayış evi və torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin X5 olması işdə olan qeydiyyat vəsiqəsi, o cümlədən fərdi yaşayış evinin texniki pasportu ilə də sübut olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Torpaq islahatı aparılan zaman fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Tənzilə Qurbanovanın adına hər hansı sənəd hazırlanmadığından, həmçinin müvafiq fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsi tərtib edilərkən, habelə alq-satqı müqaviləsi bağlanarkən və digər sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən xx.xx.2006-cı il tarixli müqavilədə ancaq fərdi yaşayış evinin iddiaçıya satılması qeyd edilmişdir. Lakin, yuxarıda istinad olunan normalardan göründüyü kimi iddia olunan torpaq sahəsi də X4 mülkiyyət hüququ ilə məxsus olmuş və fərdi yaşayış evi ilə birgə faktiki olaraq iddiaçının mülkiyətinə verilmişdir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Tənzilə Qurbanovanın torpaq sahəsi üzərində tam mülkiyyət hüququ olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, torpaq sahəsinə münasibətdə iddiaçıya keçmiş mülkiyyət hüququ da tam həcmdə olmuşdur. Belə olan halda xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarışda torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyat, həmçinin xx.xx.2021-ci il tarixli **********88-10101 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda X8 adının hüquq subyekti olaraq qeyd edilməsi mahiyyət etibarilə əsassız olmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X8 adına hazırlanmış JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********88-10301 reyestr nömrəli DƏDR-dən çıxarışın qismən X10 aid hissədə ləğv edilməsi, həmin çıxarışdan X8 adı çıxarılaraq çıxarışda qeyd olunmuş 0,3 ha torpaq sahəsində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, xx.xx.2021-ci il tarixli **********88-10101 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna düzəliş edilərək X8 adının hüquq subyektləri sırasından çıxarılması və fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar