Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-845/2024 07.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “cavabdehin iddiaçıya verdiyi imtina qərarını ləğv edib, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin iddiaçıya verdiyi imtina qərarını ləğv edib, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1972-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşdur. 04 iyun 1992-ci ildə Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmış və 16 aprel 1993-cü ilə kimi N nömrəli hərbi hissədə xidmətə başlamışdır. Daha sonra 08 may 1993-cü ildə N nömrəli hərbi hissəyə keçirilmiş və N iyul 1993-cü ilə kimi həmin hərbi hissədə xidmət etmişdir. N avqust 1993-cü ildə yenidən N nömrəli hərbi hissəyə keçirilmişdir. Həmin müddət ərzində Ağdam rayonun düşmən işğalından müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07 avqust 1993- cü ildə Ağdam rayonunun Yusifcanlı və Əfətli kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə güllə yarası almışdır. Bundan sonra 07 avqust 1993-cü ildən 17 sentyabr 1993- cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Həmin vaxt “Sol kürəküstü nahiyənin döş boşluğuna işləməyən dəlib keçən güllə yarası, sol kürək sümüyünün akromial çıxıntısının açıq sınığı” diaqnozu qoyulmuşdur. 10 yanvar 1994-cü ildən 18 yanvar 1994-cü ilə kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar hospitalında müayinə və müalicə olunmuşdur. Həmin vaxt qoyulan diaqnoz “sümük zədələnməsi olmadan sol kürəküstü nahiyyəsinin odlu silahla dəlib keçən güllə yaralanmasının nəticəsi. Kürəküstü nahiyənin uzunmüddətli sağalmayan yarası” olmuşdur. Aldığı xəsarətlər nəticəsində 2000ci ildə üçüncü qrup əlillik təyin edilmişdir. Daha sonra xəsarətləri ağırlaşdığından 2012-cü ildə əlillik qrupmu üçüncü qrupdan ikinci qrupa keçirilmişdir. Hal-hazırda da həmin xəstəliklərdən əzab çəkir. İddiaçı müayinə və müalicə sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına göndərsə də əlillik təyinatından imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası imtina bildirişində qeyd etmişdir ki, diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlilliyin təyini üçün əsas vermir. Tibbi Sosial Ekspert Komissiyasının cavabı ilə razılaşmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bazu sümüyünün yuxarı ucunun sınığı, Sol bazu oynağının odlu silah yaralanmasından sonrakı vəziyyəti.Böyrəyin qazanılma olmaması, Vahid tək qalmış böyrəyin kistası. Xroniki pielonefrit.";.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Şəki şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 351 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürəküstü nahiyyənın döş boşluğuna işləməyən dəlib keçən qüllə yarası. Sol kürək sümüyünün akromial çıxıntısının açıq sınığı. Südük zədələnməsi olmadan sol kürəküstü nahiyəsinin odlu silah dəlib keçən qüllə yaralanmasının nəticəsi. Kürəküstü nahiyənin uzunmüddətli sağalmayan yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda ağrılardan, hərəki məhdudluqdan şikayətlənmiş, sol çiyin nahiyəsində, kürək sümüyü üzərində dən çapıqları müəyyən edilmiş, sol yuxarı ətrafda hərəkət həcmini şimulyasıya edərək məhdudluq nümayiş etdirmişdir. Müayinə zamanı sol yuxarı ətrafda oynaqlarda hərəkət tam, əzələ gücü və tonusu dəyişiksiz, ağciyərlər üzərində vezikulyar tənəffüs, SpO2 -97%, boyu-175, çəkisi 68 kq qeyd edilmişdir” kimi qeyd olunmuş, Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik səbəbi ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında sağtərəfli nefroektomiya əməliyyatı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol kürək və sol çiyin nahiyələrində çapıqlar izlənilmiş, sol bazu oynağında 100 dərəcəyə qədər açma hərəkəti göstərmiş, qarının sağön hipoqastral nahiyəsində çəp əməliyyat çapığı (nefroektomiya) izlənilmiş, aşağı və yuxarı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Akademik M.C.Cavadzadə adına Respublika klinik urologiya xəstəxanasının xx.xx.2023-cü il tarixli Səhhətin müayinə Aktında diaqnoz "Vahid qalmış sol böyrəyin kistası. Xroniki pielonefrit. Kreatinin 79 mkmol/f' kimi qeyd edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında qeyd olunmuş diaqnoz "Odlu silahla yaralanmadan sonra, sol bazu oynağının arxa, sol kürək sümüyü üzərində üst və iç səthlərində kobud dartıcı çapıq toxuması, sol bazu oynağının kəskin yaxınlaşdırıcı kontrakturası, sol dirsək oynağının açıcı kontrakturası (bükmə 93 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması" kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Biokimyəvi analizin nəticəsi “Kreatinin (qanda) 129 mkmol/1 (Norma 53-97 mkmol/l, Sidik cövhəri 8.04 (norma 8.3)” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Ultrasəs müayinəsinin nəticəsi “Sağtərəfli nefroektomiyalı. Sol böyrəyin kistası” kimi qeyd edilmişdir. Təqdim edilmiş hərbi biletində AR MM-nin “Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məlumatı;
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2012-ci il tarixli, 351 nömrəli Qərarı.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-3-17776/2023 nömrəli Qərarı.
4. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə müayinə olunmuş və ona bir illik ikinci dərəcəli əlillik təyin edilmişdir.
5. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş və ona bir illik ikinci dərəcəli əlillik təyin edilmişdir.
6. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş və ona bir illik ikinci dərəcəli əlillik təyin edilmişdir.
7. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş və ona beş illik ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.
9. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.
10. Şəki rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-845/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
12. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3834 nömrəli rəyi .
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir.Müddətin pozulması baş verməmişdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya 2010-cu ildən 2016-cı ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir.Sonuncu dəfə xx.xx.2016-cı il tarixində iddiaçıya beş illik ikinci dərəcəli əlillik təyin edilmişdir.Həmin müddət bitdikdən sonra iddiaçı barəsində müxtəlif vaxtlarda forma 88 göndərişləri verilmiş,əyani müayinə edilmiş və ona “diaqnoz əlillik əlaməti təyin etmədiyi” əsası ilə əliliyin təyinindən imtina edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması barədə ekspertiza təyin edilmişdir.Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T474/2024 nömrəli rəyində deyilir: “1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: “İddiaçı qoyulmuş “Sümük tamlığının pozulmaları, Sol kürək nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol kürək sümüyünün qeyri düzgün bitişmiş sınığı” diaqnozuna rast gəlinmədi. SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı iş materiallarında X1 və Ortopediya İnstitutunun arayışında qeyd edilmiş “Odlu silah yaralanmasından sonra, sol bazu oynağının arxa, sol kürək sümüyü üzərində üst və iç səthlərində kobud dartıcı çapıq toxumaları, sol bazu oynağının kəskin yaxınlaşdırım kontrakturası (uzaqlaşma 15dər.), sol dirsək oynağının kontrakturası (bükmə 93dər.), əzələ atrofiyası, daimi ağrı sindormu və sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu müəyyən edilsə də, əyani müayinədə kürək sümüyü üzərində dəri çapıqları müəyyən edilmiş, sol yuxarı ətrafda hərəkət həcmini simulysiya etməyə çalışmış, oynaqda hərəkət tam, əzələ gücü və tonusu dəyişiksiz olmuşdur. Odur ki, əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının barəsində təqdim edilmiş forma88 göndərişi və onun hazırkı sağlamlıq vəziyyəti yoxlanılmışdır.Nəticədə iddiçı barəsində qoyulmuş “Sümük tamlığının pozulmaları, Sol kürək nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol kürək sümüyünün qeyri düzgün bitişmiş sınığı” diaqnozuna rast gəlinmədiyi müəyyən edilmişdir.Digər tərəfdən də onun hazırkı sağlamlıq vəziyyəti “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə uyğun deyildir. Odur ki,iddiaçı barəsində xx.xx.2023-cü il qiymətləndirmə tarixli forma 88 göndərişi və onun əyani müayinəsinə əsasən qəbul edilmiş “diaqnoz əlilik əlaməti təyin etmir” qərarı əsaslı olmuşdur. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən iddiaçının orqanizminində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “cavabdehin iddiaçıya verdiyi imtina qərarını ləğv edib, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə