Məhkəmə qərarları › İş №2-1(116)-846/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-846/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-846/2020 11.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı (üçüncü şəxslər X12 və X9) “JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X2 Balakən rayonu Qazma kəndində 0.25 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçının atası X5 xx xxxxxx 1987-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra təsərrüfatı iddiaçı idarə etmişdir. Atasının ölümündən sonra Balakən rayonunun Qazma kəndində yerləşən ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızı ərindən boşanaraq atasına məxsus təsərrüfatda yaşamışdır. İddiaçının bacısı şizofreniya xəstəsi oluduğundan iddiaçı bacısına baxmışdır. Atasına məxsus olan təsərrüfata iddiaçının sahiblik etməsinə baxmayaraq Balakən rayonu AİK-nın xx xxx 1998ci il tarixli 06 saylı qərarı ilə həmin torpaq sahəsi bacısı Qoradayeva Möminət Həybullah qızının adına işlənmiş və 0.25 ha həyətyanı torpaq sahəsinə JN 1436A KOD 40103018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Bundan əlavə Balakən rayon AİK-nın həmin tarixli qərarı ilə 0.31 ha kənd təsərrüfatlı təyinatlı məhsulların istehsalı üçün torpaq sahəsi də iddiaçının mərhum bacısı Qoradayeva Möminət Həybullah qızının adına rəsmiləşdirilmişdir. İddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızı xx xxxxxx 2012-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mərhumun qızı X12 iddiaçıdan xəbərsiz həmin əmlaka vərəsəlik işi açdırmış və həmin əmlaka dair sənədləşmə işləri aparmışdır. İddiaçı atasına məxsus olmuş 0.25 ha həyətyanı torpaq sahəsinə özü sahiblik edir və vergilərini də özü ödəmişdir. İddiaçının 8 nəfər bacı və qardaşları olduğu halda həmin şəxslərdən heç birinin adları “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə daxil edilməmişdir. Balakən rayon AİK-nın xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum bacısı Qoradayeva Möminət Həybullah qızının adına işlənmişdir. Bundan əlavə həmin komissiyanın qərarı ilə 0.31 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi də səhv olaraq iddiaçının mərhum bacısı Qoradayeva Möminət Həybullah qızının adına rəsmiləşdirilmişdir. Halbuki, Balakən rayon Dövlət Arxivinin Arxiv arayışından görünür ki, Balakən rayon Qazma kəndi “Bakı” (Moskva) kolxozunun 1987-1996-cı illərə aid protokol kitablarında X2 adında olan həyətyanı torpaq sahəsinin Qoradayeva Möminət Həybullah qızının adına keçirilməsi barədə qeydiyyat aparılmamışdır. İddiaçı qeyd olunan tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tələbdə qeyd olunan məsələnin həllinin onların səlahiyyətlərində olmadığını bildirərək müraciətdən imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının müraciətində qeyd olunan məsələnin 18 saylı X14 səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Şəki İnzbati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(84)-28/2017 saylı qərardadı ilə “X3 adına Balakən rayonu, Qazma kəndində olan evin təsərrüfatbaşı kitabında İddiaçı1 adının üstündən xətt çəkilməsi ilə bağlı edilən düzəlişlərin əsassız və qanunsuz hesab edilməsi, həmin düzəlişlər əsasında verilmiş JN- 1436A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də aparılmış qeydiyyatın qanunsuz sayılması” tələbinə dair İddiaçı1 iddiası mümkün sayılmamışdır. Bununla belə, Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-309/19 qərarı ilə “Balakən rayonu Qazma kəndində yerləşən, mərhum atası X1 miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçının adına reyestrdən arayışın verilməsi” tələbinə dair İddiaçı1 iddiası təmin edilməmişdir. Bildirilir ki, mübahisələndirilən fərdi yaşayış evi üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. JN-1436A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və JN-1436 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə bağlı 18 saylı X14 arxiv fondunda toplanmış hüquqi və texniki sənədlərin təsdiq edilmiş sürətləri məhkəməyə təqdim olunmuşdur. İş üzrə üçüncü şəxs X12 iddiaçının tələbinə münasibət bildirmək məqsədi ilə məhkəməyə ünvanladığı ərizədə bildirmişdir ki, bu, İddiaçı1 oxşar işlər üzrə qaldırmış olduğu 5-ci iddiadır və bu işlərlə bağlı 27 (iyirmi yeddi) məhkəmə prosesi keçirilmişdir. Hər dəfəsində İddiaçı1 qaldırmış olduğu iddialar təmin edilmədiyi halda, yenidən, təkrar-təkrar eyni əsasla və eyni predmet barəsində növbəti əsassız iddiası vasitəsi ilə üçüncü şəxsi incidir və vaxtını alır. Bu üsulla iddiaçı həm də lüzumsuz yerə məhkəmənin vaxtını alır. İddiaçı1 uğursuz olacağını bilə-bilə qəsdən bu iddiaları qaldırır. Hazırda qaldırmış olduğu iddialarla bağlı həm Balakən Rayon Məhkəməsində, həm də Şəki İnzibati Məhkəməsində işlərə dəfələrlə baxılmış, iddiaları ya mümkünsüz sayılmış ya da təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan JN-14xx xxx 40103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.2000-ci il tarixli 08 saylı Qərarı ilə 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN – 1436A KOD 40103018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 06 saylı Qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddaçının bacısı Qoradayeva Möminət Həybullah qızı xx.xx.2012-ci ildə vəfat etdikdən sonra onun əmlakı vərəsələri arasında bölünmüş, Qazma kəndində yerləşən 0.31 ha əkin torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahələrinin ¾ hissələri iddiaçının mərhum bacısının qızı, hazırkı iş üzrə üçüncü şəxs X10 payına, həmin torpaq sahələrinin ¼ hissəsi isə iddiaçının mərhum bacısının oğlu, hazırkı iş üzrə üçüncü şəxs X6 payına düşmüş və həmin torpaq sahələri dövlət reyestri tərəfindən qeydiyyata alınaraq onlara iş materiallarına əlavə edilmiş müvafiq Çıxarışlar verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(84)-28/2017 nömrəli qərardadı iləhəmin iş üzrə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı “X3 adına Balakən rayonu Qazma kəndində olan evin təsərrüfatbaşı kitabında İddiaçı1 adının üstündən xətt çəlikməsi ilə bağlı edilən düzəlişlərin əsassız və qanunsuz hesab edilməsi, həmin düzəlişlər əsasında verilmiş JN 1436A KOD 40103018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə aparılmış qeydiyyatın qanunsuz sayılması” barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(84)-349/2018 nömrəli Qərarı ilə həmin iş üzrə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı “arxiv arayışında göstərilən Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası X4 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 09 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli Qərarı ilə təmin edilmiş, iddi rədd edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-309/19 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 09 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə başqa məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verilməsinə çalışmışdır ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir. Bütün iddiaların predmeti axır nəticədə ev və torpaq sahəsidir ki, həmin predmet barəsində də yekun məhkəmə qərarları var. Ümumiyyətlə aqrar islahat komissiyaları artıq mövcud deyil və ölkədə aqrar islahat başa çatmışdır. İddiaçı həmin dövrdə aqrar islahat komissiyasının qərarından müvafiq qaydada şikayət verməmiş və bunun üçün müəyyən olunmuş prosessual müddətləri ötürməklə qeyd olunan imkanı itirmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 və onun nümayəndəsi vəkil İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı (üçüncü şəxslər X12 və X9) “JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar