Məhkəmə qərarları › İş №2-1(116)-849/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-849/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-849/2024 23.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X2 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı adından təqdim olunan iddia ərizəsinə əsasən Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X2 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdim olunan iddia ərizəsi İddiaçı adından təqdim edilsə də onun tərəfindən imzalanmamışdır. İddia ərizəsi X4 tərəfindən imzalanmışdır.İddia ərizəsinə X1 adına olan çıxarış əlavə edilmişdir. Həmçinin, iddia olunan mənzilə məxsus ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Nizami küçəsi, ev 17/35, 26 nömrəli mənzil X3 mülkiyyətindədir. Göründüyü kimi iddiaçı ilə iddia tələbi arasında uyğunsuzluq vardır. Məhkəmənin xx.xx.2024-cü il tarixli yardım məktubu ilə uyğunsuzluğun aradan qaldırılması iddiaçının diqqətinə çatdırılmış və imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilmişdir. İmzalanmış iddia ərizəsi məhkəməyə təqdim edilməyəcəyi təqdirdə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi iddiaçıya izah olunmuşdur. İddiaçı yardım məktubunu xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq yardım məktubuna münasibət bildirməmişdir. Bu səbəbdən də hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələbləri imperativ xarakter daşıyır və verilmiş ərizələrdə mütləq göstərilməlidir. Buna görə də iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarı - bənd 16). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə əməl etmədiyindən və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X2 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar