Məhkəmə qərarları › İş №2-1(116)-850/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-850/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-850/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X1rşı “pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat və sağlamlıq üçün təhlükəli şəraitdə işlədiyi müddət nəzərə alınmaqla pensiyasının yenidən 1994-cü ilin yanvar ayının 1-dən hesablanması və indiyədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, cavabdeh orqanı dəqiqləşdirərək DSMF-nun Xüsusi Şərtlərlə X6 Filialı qeyd etmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1306/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1306/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olduğu dövrdə iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh orqanın DSMF-nun 13 saylı Regional Ərazi Filialı ilə əvəz edilməsini və cavabdehin üzərinə, “ona təyin edilmiş pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11361/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmiş, DSMF-nun Xüsusi Şərtlərlə X6 Filialı, əsl cavabdeh DSMF-nun 13 saylı Regional Ərazi Filialı ilə əvəz edilmiş və inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-850/2022 nömrəli qərardadı ilə cavabdeh DSMF-nun 13 saylı Regional Ərazi Filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondu-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə, Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə sonuncu, hüquq varisi DSMF PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında növbəti dəfə tələbini dəqiqləşdirərək “pensiyasının sığorta hissəsinin yenidən hesablanması və 1994-cü il tarixdən məhdudiyyətlə verilmiş pensiyasının qalığının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-850/2022 nömrəli qərardadı ilə iddia tələbinin “1994-cü il tarixdən məhdudiyyətlə verilmiş pensiyasının qalığının hesablanıb ödənilməsi” hissəsi mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ona təyin edilmiş yaşa görə pensiyanın sığorta hissəsinin düzgün hesablanmadığını, həyat üçün təhlükəli işinin nəzərə alınmadığını bildirərək cavabdeh orqana müraciət etmiş və pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan İddiaçıya yaşa görə əmək pensiyası hesablanarkən onun 45 il 4 ay 12 gün sosial sığorta stajının nəzərə alınmasını və hesablamanın həmin müddətə uyğun apararaq pensiyanın ödənilməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, məhkəmə iclasında tələbinin DSMF PHŞ-nin Xüsusi Şərtlərlə X1rşı yox, məhz hazırkı cavabdehə qarşı yönəldiyini, cavabdeh tərəfindən onun hərbi xidmət illəri nəzərə alınmadan 43 illik sosial sığorta stajı əsas götürülməklə hesablamanın aparıldığını, cavabdeh orqana hər dəfə müraciət edərkən ona eyni rəqəmlərin təqdim olunduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsini və pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xaahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının tələbinə uyğun olaraq onun 45 il 4 ay 23 günlük sosial sığorta stajı nəzərə alınmaqla, yaşa görə 31.14 manat əmə pensiyası hesablanaraq ödənilir. İddiaçının pensiyasının sığorta hissəsinin nəyə görə düzgün hesablanmadığını iddia etməsi başa düşülən deyil. Belə ki, onun iddia etdiyi sosial sığorta stajı müddəti tam həcmdə nəzərə alınmışdır. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 010122 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən iddiaçıya xx.xx.1996-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı yönəlmiş tələbi iki hissədən ibarətdir: - pensiyasının sığorta hissəsinin yenidən hesablanması, - 1994-cü il tarixdən məhdudiyyətlə verilmiş pensiyasının qalığının hesablanıb ödənilməsi. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-850/2022 nömrəli qərardadı ilə iddia tələbinin “1994-cü il tarixdən məhdudiyyətlə verilmiş pensiyasının qalığının hesablanıb ödənilməsi” hissəsi mümkün sayılmadığından hazırkı məhkəmə araşdırmasının predmetini iddia tələbinin - “pensiyasının sığorta hissəsinin yenidən hesablanması” ilə bağlı hissəsi təşkil edir. “X3” Qanun: 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı, ilkin iddia ərizəsində “həyat və sağlamlıq üçün təhlükəli şəraitdə işləməsini nəzərə alaraq pensiyasının yenidən hesablanmasını” tələb etdiyini bildirsə də, məhkəmə iclasında verdiyi izahatında pensiyasının sığorta hissəsinin yenidən hesablanması tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan faktiki olaraq onun 45 il 4 ay əmək fəaliyyətini nəzərə almadan pensiya təyin etmiş, o cümlədən hərbi xidmət illəri ümumi sığorta stajına daxil edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1996-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “X3” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İddiaçı xx.xx.1953-cü il tarixdən xx.xx.1956-cı il tarixədək 2 il 11 ay 22 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1952-ci il tarixdən xx.xx.1952-ci il tarixədək, xx.xx.1953-cü il tarixdən xx.xx.1953-cü il tarixədək, xx.xx.1956-ci il tarixdən xx.xx.1957-ci il tarixədək və xx.xx.1957-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək 42 il 5 ay 1 gün əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 45 il 4 ay 23 gün təşkil edir. Sözügedən Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçının hazırda əmək pensiyasının məbləği 331,14 manat təşkil edir və əmək pensiyasının məbləği xx.xx.2011 ci il tarixdən 45 il 4 ay 23 gün sığorta stajına əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: 2006-cı il tarixinədək 45 il 4 ay 23 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (45+(4+23/30)/12)x170=7717,52 - 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2011 -ci il tarixinə indeksləşdirilmiş məbləği 12641,10 manat təşkil edir: 7717,52+8,3%+16,7%+20,8%+1,5%+5,7%=12641,1 - Pensiyanın sığorta hissəsinin hesablanması: 12641,10:144=87,95 Sözügedən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: 01.07.2011- 85 (baza hissə)+87,95 (sığorta hissə)=172,95 01.01.2012- 85 (baza hissə)+(87,95+7,9%) (sığorta hissə)=179,90 01.01.2013- 85 (baza hissə)+(94,90+1,1 %) (sığorta hissə)=180,94 01.09.2013- 100 (baza hissə)+95,94 (sığorta hissə)=195,94 > 01.01.2014- 100 (baza hissə)+(95,94+2,4%) (sığorta hissə)=198,25 01.01.2015- 100 (baza hissə)+(98,25+1,4%) (sığorta hissə)=199,62 01.01.2016- 100 (baza hissə)+(99,62+4,0%) (sığorta hissə)=203,61 01.02.2016- 110 (baza hissə)+103,61 (sığorta hissə)=213,61 01.01.2017- 110 (baza hissə)+(103,61 + 12,4%) (sığorta hissə)=226,46 01.01.2018- 226,46+5,7%=239,37 01.01.2019- 239,37+3%=246,55 01.01.2020- 246,55+16,6%=287,48 01.01.2021- 287,48+11,4%=320,25 01.01.2022- 320,25+3,4%=331,14 Göründüyü kimi, iddiaçının pensiyasının sığorta hissəsi hesablanarkən onun 45 il 4 ay 23 gün sosial sığorta stajı nəzərə alınmış və yuxarıda qeyd olunmuş qaydada indeksasiya aparılaraq ona cəmi, 331.14 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin sığorta hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablandığından, həmin məbləğin yenidən hesablanması ilə bağlı iddiaçının tələbi mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X1rşı “pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar