Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-851/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı “İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı 1986-ci ildən İsmayıllı şəhəri Təbriz küçəsi ev 7 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinin tikilməsi üçün yaşadığı yerin yanında İsmayıllı bələdiyyəsinin ehtiyyat fondunda olan 0,06 ha torpaq sahəsinin ona satılması xahişi ilə İsmayıllı bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və İsmayıllı şəhər Qarabağ qəsəbəsi adlanan ərazisindən 0.06 ha torpağın ona satılması qərara alınmışdır. Ona satılmış və həmin qərara müvafiq olaraq, xx xxx 2011-ci il tarixdə "xxxxxxxxxx" ASC-nin İsmayıllı filialından İsmayıllı bələdiyyəsinin **********AZM15 saylı hesabına (qəbz №27) 720.00 (yeddi yüz iyirmi) manat ödəniş aparılmışdır. İsmayıllı bələdiyyəsinin xx xxx 2011-ci il tarixli 06 saylı qərarına əsasən torpağın alqı- satqısına dair akt tərtib etməklə, İsmayıllı bələdiyyəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsü DT və XK-i tərəfindən dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 109 nömrə ilə uçota alınmışdır. Bundan sonra İsmayıllı bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planınından çıxarış tərtib edilərək ona təqdim olunmuşdur. Daha sonra, sözügedən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarışın verilməsi üçün DƏDRXnin X7 müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satılmasını əsas tutaraq sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb, çıxarış verilməsindən imtina etmişdir. Hesab edir ki, işə əlavə olunmuş İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsinin İsmayıllı Bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 211 nömrəli məktubundan görünür ki, 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmasına etiraz edilməmişdir. İş materiallarında olan DT və XK-nin İsmayıllı rayon Şöbəsinin İsmayıllı bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 161 nömrəli məktubundan görünür ki, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmasına etiraz etməmişdir. İşə əlavə olunmuş İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi fərdi ev tikmək məqsədi ilə ona satılması qərara alınmışdır. xx xxx 2011-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsi ona 720.00 (yeddi yüz iyirmi) manata satılmış və həmin akt İsmayıllı rayon Torpaq şöbəsində xx xxx 2011-ci il tarixdə 109 nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2011-ci il tarixli 06 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən İsmayıllı bələdiyyəsinin hesabına torpağın alqı-satqısına görə 27 saylı qəbzlə 720.00 (yeddi yüz iyirmi) manat ödəniş aparmışdır. İşə əlavə olunmuş İsmayıllı Bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planınından çıxarış tərtib edilərək ona təqdim olunmuşdur ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya 600 m2 torpaq sahəsi İsmayıllı rayon Torpaq şöbəsində xx.xx.2011-ci il tarixdə 109 nömrə ilə qeydiyyata alınmışdır. İsmayıllı şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 815 nömrəli arayışına əsasən, o, xx.xx.1986-ci ildə İsmayıllı şəhərində anadan olmaqla, hal-hazıra kimi İsmayıllı şəhəri Təbriz küçəsi 7-də qeydiyyatda olmaqla həmin evdə yaşayır və yaşadığı müddət ərzində həmin evdən qeydiyyatdan çıxmamışdır. DƏDRX-nin X6 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********41 nömrəli cavab məktubunda, cavabdeh sözügedən torpaq sahəsinin onun adına qeydiyyata alıb, çıxarış verilməsindən həmin məktubda sadalanan səbəblərə görə imtina etmişdir. Beləliklə, işin faktiki hallarını, eləcədə təqdim olunmuş materialları ilə müəyyən olunduğunu nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutub hesab edir ki, İsmayıllı bələdiyyəsinin ərazisində daimi yaşadığından və eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğundan və bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarına əsasən 600 m 2 ha torpaq sahəsi ona satıldığından, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alıb, çıxarışın verilməsi öhdəliyinin qoyulmasını tələb etməkdə haqlıdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. xx xxxxxxx 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Cavabdehin hüquqlarını qeydiyyata alınmamasıdan imtina edilməsinin əsas kimi istinad etdiyi alqı-satqı predmeti olan torpaq sahəsi üzərində İsmayıllı bələdiyyəsinin hüquqlarının qeydə alınmadığı hissəsinə münasibət bildirir ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Lakin nəzərə almaq lazımdır ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiyasından görünür ki, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər, bir şərtlə ki, vətəndaş bələdiyyənin ərazisində daimi yaşamasın və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmasın. Cavabdehin etirazının dəlilləri: İddiaçı İsmayıllı bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0.06 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin satılmasına dair 22.04. 2011-ci il tarixli 06 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “xx xxxxxxx 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “xx xxxxxxx 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə xx xxxxxx 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk alqısatqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilər. Eyni zamanda bildirmək istəyirik ki, mübahisəli torpaq faktiki torpaq sahəsi 0.06 hektardır, torpaq sahəsi İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinantları arasında fərq yoxdur. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 06 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən İsmayıllı Bələdiyyəsinin hesabına torpağın alqı-satqısına görə 27 saylı qəbzlə 720.00 (yeddi yüz iyirmi) manat ödəniş aparmışdır. İş materiallarında olan İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi fərdi ev tikmək məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır. İş materiallarında olan DT və XK-nin İsmayıllı rayon şöbəsinin İsmayıllı Bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 161 nömrəli məktubundan görünür ki, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,06 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etməmişdir. İş materiallarında olan xx xxx 2011-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, xx.xx.2011-ci il tarixli 06 saylı qərar ilə bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsi iddiaçıya 720.00 (yeddi yüz iyirmi) manata satılmış və həmin akt İsmayıllı rayon Torpaq şöbəsində xx xxx 2011-ci il tarixdə 109 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsinin İsmayıllı Bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 211 nömrəli məktubundan görünür ki, 0,06 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. xx xxxxxxx 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 üzərinə İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsiöhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-851/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-851/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver