Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-852/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxs X13) “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən X1 adına 7952.78 kv.m torpaq payı üçün hazırlanmış A 130163 saylı xx xxx 2009-cu il tarixdə Dövlət Torpaq Kadastrı kitabında 1952 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə ******* nömrə ilə X9 verilmiş 0.62 ha torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və həmin Çıxarışın verilməsinə əsas olmuş “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 saylı qərarı ilə Bəhmətli kəndi ərazisində yerləşən torpaq sahələrindən iddiaçı və onun ailə üzvlərinin hər birinin mülkiyyətinə 0.50 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri onlara yerində ölçülərək verilmişdir. Lakin iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 7952.78 kv.m torpaq sahəsinə dair A seriyalı 130163 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi səhvən başqa ərizə üzərinə işlənilmişdir. Hansıki həmin ərazi başqa şəxsin istifadəsində olmuşdur. İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi isə iş üzrə üçüncü şəxs X6 adına işlənmişdir. Üçüncü şəxsin adına işlənmiş 0.62 ha torpaq sahəsi 1996-cı ildən iddiaçı və onun ailəsinin mülkiyyətinə verilmiş və onlar həmin torpaq sahəsində fındıq bağı salmışlar. İddiaçı tələbində qeyd etdiyi sənədlərin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sənədlərin ləğv edilməsinin onların səlahiyyətində olmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X7, X3, X2, X8, X7 və İddiaçı Fərayim oğluna (5 nəfər) Zaqatala rayonu, Bəhmətli kəndində Zaqatala rayon AİK-nın 18 iyul, 1996-cı il tarixli, 38 saylı qərarı ilə 0,2564 ha, 0,3397 ha və 0,7952 ha, elecə də Zaqatala rayon AİKnın xx xxxxxxxx 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 1,089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir (cəmi 2,48 ha). Həmin torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən AN 129407, AN 130024, AN 130163 və AN 434821 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Eyni zamanda iş üzrə 3-cü şəxs X9 və X14 (2 nəfər) Zaqatala rayonu, Bəhmətli kəndində Zaqatala rayon AİK-nın 18 iyul, 1996-cı il tarixli, 38 saylı qərarı ilə 0,2113 ha və 0,1682 ha, elecə də Zaqatala rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir (cəmi 0,9995 ha). Həmin torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən AN 128495, AN 130020 və AN 434821 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. İş üzrə 3-cü şəxs X6 və ailə üzvlərinin 0,62 ha torpaq sahəsi üzərində mülkiyyət hüququları dövlət reyestrində xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla yanaşı olaraq X11, X12 və Muradova Hökuma Seyfəddin qızına (3 nəfər) Zaqatala rayonu, Bəhmətli kəndində Zaqatala rayon AİK-nın 18 iyul, 1996-cı il tarixli, 38 saylı qərarı ilə 0,2209 ha, 0,2041 ha və 0,2247 ha, elecə də Zaqatala rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 0,8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir (cəmi 1,4798 ha). Həmin torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən AN 129538, AN 128492, AN 434822 saylı və **********63 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Məlumat üçün bidirilir ki, Zaqatala rayonu, Bəhmətli kəndində adambaşına düşən (pay) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin norması 0,50 hektardır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 130163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 7952.78 kv.m torpaq sahəsindən əmisi istifadə edir. İddiaçının əmisi ona torpaq sahəsindən çıxacağını desə də çıxmamış və torpaq sahəsini istifadə etməyə davam etmişdir. Bu səbəbdən də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının sənəd üzrə torpaq sahəsi tamdır, lakin sənəddə göstərilən torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmir. X9 verilmiş 0.62 ha torpaq sahəsi özünün torpağıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bəhmətli bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 336 nömrəli arayışının surətindən müəyyən edilir ki, mərhum X4 və onun ailə üzvlərinə 2.50 ha pay torpağı verilmişdir. Həmin torpağın 0.40 ha-sı bağ, 2.10 ha-sı əkin sahəsidir. İş materiallarında olan A seriyalı 009640 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 mülkiyyətinə verilmiş və bunun əsasında adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli 1074 nömrəli arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, Bəhmətli kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında X6 ailə ailə tərkibi (özü, həyat yoldaşı X17, qızı Günay Muradova) üç nəfərdən ibarətdir və cəmi 1 ha olmaqla kənd təsərrüfatına yararlı 0.67 ha torpaq sahəsi vardır. İş materiallarında olan A seriyalı 434821 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 6200 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iş üzrə üçüncü şəxs X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 434820 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 10899 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçının atası mərhum X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 130163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 7952.78 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçının atası mərhum X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 130024 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 3397.7 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçının atası mərhum X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 129407 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2564.15 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçının atası mərhum X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 434822 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 8299 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 129538 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2209.85 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 128492 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2041.3 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 130020 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1682.01 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iş üzrə üçüncü şəxs X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 128495 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli 38 saylı qərarı ilə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2113.99 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iş üzrə üçüncü şəxs X6 mülkiyyətinə verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********97 nömrəli imtina məktubu, Bəhmətli bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 336 nömrəli arayışının surəti, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-62/2017 nömrəli Qətnaməsi, A seriyalı 009640 nömrəli, A seriyalı 434821 nömrəli, A seriyalı 434820 nömrəli, A seriyalı 130163 nömrəli, A seriyalı 130024 nömrəli, A seriyalı 129407 nömrəli, A seriyalı 434822 nömrəli, A seriyalı 129538 nömrəli, A seriyalı 128492 nömrəli, A seriyalı 130020 nömrəli, A seriyalı 128495 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X13 məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan A seriyalı 130163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, həmçinin RX seriyalı ******* nömrəli Çıxarış və onun verilməsinə əsas olan A seriyalı 009640 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qanuni əsaslarla, yəni Zaqatala rayonu, AİK-nın müvafiq qərarlarına əsasən tərtib olunduğu üçün cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. İddiaçı izahatında da 130163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 7952.78 kv.m torpaq sahəsindən əmisinin istifadə etdiyini, əmisi ona torpaq sahəsindən çıxacağını desə də çıxmadığını və torpaq sahəsindən istifadə etməyə davam etdiyini, bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etdiyini, sənəd üzrə torpaq sahəsinin tam, lakin sənəddə göstərilən torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmədiyini, X9 verilmiş 0.62 ha torpaq sahəsinin 3-cü şəxsin torpağı olduğunu bildirmişdir. İddiaçının faktiki olaraq 3-cü şəxsə məxsus torpaq sahəsindən istifadə etməsindən istifadə etməsi, onun həmin torpağın qanuni sahibi (mülkiyyətçisi) olmasına dəlalət etmir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 110.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün dövlət rüsumundan ibarət prosessual xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxs X13) “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən X1 adına 7952.78 kv.m torpaq payı üçün hazırlanmış A 130163 saylı xx xxx 2009-cu il tarixdə Dövlət Torpaq Kadastrı kitabında 1952 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə ******* nömrə ilə X9 verilmiş 0.62 ha torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və həmin Çıxarışın verilməsinə əsas olmuş “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-852/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-852/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver