Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-852/2025 04.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Qəbələ rayonu, Vəndam qəsəbəsi) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti 3) qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı N73-cü il təvəllüdlüdür, N92 – N94-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Həmin dövr ərzində erməni millətçi dəstələrinə qarşı döyüşlərlə yaralanmışdır. Bu barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 3NN nömrəli xx.xx.202Nci il tarxli qərarı da mövcuddur. İddiaçı müvafiq sənədləri əlavə edərək ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını mübahisələndirməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini belə əsaslandırır ki, o, xx xxxx N73-cü il tarixdə Qəbələ rayonunun Vəndam kəndində doğulmuşdur, orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə göndərilmişdir, N2 iyul N94-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Erməni millətçi dəstələrinə qarşı Qarabağda gedən döyüşlərdə iştirak etmiş və 24 dekabr N93-cü il tarixdə Ağdam rayonunun Mərzili kəndində yaralanmışdır. Bundan sonra o, hospitala müalicəyə göndərilmiş və 3 aydan artıq müalicə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət işi və təqsirləndirici material olmamışdır. İddiaçı dəfələrlə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq müraciət etsə də, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq normanın (Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N95-ci il tarixli qərarı ilə təsdiqlənmiş Əsasnamə) dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; - Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə, qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 9 dekabr 2022-ci il tarixli 4/2-84N0 nömrəli arxiv arayışına və digər təqdim olunmuş sənədlərə əsasən iddiaçının N () nömrəli hərbi hissədə N mart N94-cü il tarixdən sonrakı (döyüş əməliyyatları aparılan dövrdə) hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istehfaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdə çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahıya uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranları olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əks halda, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac olmazdı. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtina barədə məktubunun tarixi N5 may 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması isə 29 iyul 2024-cü il tarixə təsadüf etsə də, cavabdeh tərəfin həmin imtinanın iddiaçıya N5 may – 29 iyun 2024cü il tarixləri arasındakı günlərdə hər hansı (rəsmi və ya elektron) qaydada təqdim olunmasına dair sübut və ya dəlili olmadığından, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.N.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Qəbələ rayonunun Vəndam qəsəbəsidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.N.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun NN.N-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun N3.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş AR CM-in 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N95-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X2 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış N5 may 2024-cü il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N0 mart 2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 9 dekabr 2022-ci il tarixli 4/2-84N0 nömrəli arayışına və təqdim olunan digər sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N () nömrəli hərbi hissədə N mart N94-cü il tarixdən sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla buraxılmağınız barədə məlumat olmadığına görə Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. «Vətəndaşların müraciətləri haqqında» Qanunun N4.08-ci maddəsinə əsasən ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası NN noyabr 202N-ci il tarixdə 3NN nömrəli aşağıdakı qərarı qəbul etmişdir: - Qəbələ RHK tərəfindən N92-ci ildə xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 24 dekabr N93-cü il tarixdə aldığı və 25 dekabr N93-cü il tarixdən 26 yanvar N94-cü il tarixə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “Döş qəfəsinin sağ yarısına nüfuz edən dəlib keçən odlu qəlpə yaralanması (24 dekabr N93-cü il) açıq hemopnevmotoraksla, sağ ağciyər zədələnməsi, sağ baldırın orta N/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması” və “25 mart N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Döş qəfəsinin sağ yarısına nüfuz edən dəlib keçən odlu qəlpə yaralanması nəticəsində sağ ağciyərin zədələnməsi (24 dekabr N93-cü il) İ dərəcəli tənəffüs çatışmazlığı ilə (SHXÇDX Qəbələ rayon şöbəsinin 4 noyabr 202N-ci il tarixli N333 nömrəli göndərişi, 4 noyabr 202Nci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş 25 mart N94-cü il tarixli 3894 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N4 oktyabr 2022-ci il tarixli 354-N740R-3222 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N73-cü il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N – 83-cü və 92-ci maddələrinin tələbləri nəzərə alınmaqla verilir. İş materiallarında surəti olan A seriyalı N76NN nömrəli hərbi biletin qeydiyyat kartasında qeyd olunmuşdur ki, həmin sənədin NN-ci (Həqiqi hərbi xidmətkeçmə haqqında məlumat) qrafasında N73-cü il təvəllüdlü İddiaçı N4 aprel N92-ci il tarixdən N2 iyul N94-cü il tarixədək xidmət keçdiyi, 9-cu qrafasında isə (qrafanın məzmununda) SQ-dən ehtiyata buraxılma barədə məlumatın olmadığı göstərilmişdir. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 96 nömrəli əmri ilə həmin tarixdən etibarən N nömrəli hərbi hissədən ezam olunmuş aşağıdakı hərbiçilər 78N nömrəli Əlahiddə tank taborunda qazan payına daxil edilmişlər: - İddiaçı (əmrdə adı tam, atasının adı yazılmamışdır). İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 56 nömrəli əmri ilə sıravi İddiaçı (əmrdə adı tam, atasının adı yazılmamışdır) Ağdam ş. ezamiyyətə getmiş hesab edilmişdir. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N dekabr N93-cü il tarixli N0 nömrəli əmri ilə İddiaçı (əmrdə adı tam, atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün 3-cü MAT-ın komandirinin sərəncamına (istehkam tağımı) göndərilmişdir. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N2 iyul N94-cü il tarixli N2 nömrəli əmri ilə həmin tarixdən etibarən aşağıda adları göstərilənlər uzun müddət qospitalda müalicədə olub hələlik qayıtmadıqları üçün taborun tərkibində qalmaqla ştatdan kənara çıxarılmışlar: - MİT-dan N5. s-vi İddiaçı. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N4 iyul N94-cü il tarixli NN nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin N2 nömrəli N2 iyul N94-cü il tarixli əmrinə əsasən həmin tarixdən etibarən aşağıda adları göstərilənlər uzun müddət qospitalda müalicə olunub hələlik qayıtmadıqları üçün taborda qalmaqla ştatdan kənar çıxarılmışlar: - N5. Sır. İddiaçı. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N93-cü il tarixli 77 nömrəli əmri ilə N nömrəli hərbi hissənin istehkamçı-mühəndis taborunda olan şəxsi heyətin xidmət müddətində tutduğu vəzifəyə əsasən Ağdam döyüş zonasında iştirak etdikləri üçün üç qat əmək haqqı 30 aprel N93-cü ilə kimi: - 46. sır. İddiaçı N aprel N93 – 30 aprel N93 (əmrdə adı tam, atasının adı yazılmamışdır). İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 3N dekabr N92-ci il tarixli 43 nömrəli əmri ilə sır. İddiaçı (əmrdə adı tam, atasının adı göstərilməmişdir) karaula 3N dekabrdan N yanvara getmişdir. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N93-cü il tarixli N43 nömrəli əmri ilə Azərbaycan Respublikasının Ordusunun yaranmasının 2-ci il dönümü münasibəti ilə hərbi xidmətdə xüsusi fərqləndiklərinə görə təşəkkür elan edilmişdir: - sır. İddiaçı (əmrdə atasının adı yazılmamışdır). İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N94-cü il tarixli 67 nömrəli əmri ilə taborda olan silahların lazımi qaydada qorunub saxlanılması üçün aşağıdakı qaydada şəxsi heyətə təhkim edilmişdir: - 6. sır. İddiaçı . . . (əmrdə adı tam, atasının adı yazılmamışdır). İş materiallarında olan Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 2N avqust 2024-cü il tarixli 243N nömrəli məktubu ilə İddiaçı barəsində N () nömrəli hərbi hissə komandirinin 3N dekabr N92-ci il tarixli 43 nömrəli, N aprel N93-cü il tarixli 56 nömrəli, N may N93-cü il tarixli 77 nömrəli, N oktyabr N93-cü il tarixli N43 nömrəli, N dekabr N93-cü il tarixli N0 nömrəli, N mart N94-cü il tarixli 67 nömrəli, N4 iyul N94-cü il tarixli NN nömrəli və N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli 96 nömrəli, N2 iyul N94-cü il tarixli N2 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə göndərilmiş və bildirilmişdir ki, N nömrəli hərbi hissənin “Yaralananların qeydiyyatı” kitabında (əsas: 25 dekabr N93 – 20 aprel N94”, sıra 28) Qəbələ RHK-dan çağırılmış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı 24 dekabr N93-cü il tarixdə Mərzili kəndində yaralanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin avqust – dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin aprel – iyul N92-ci il, avqust – dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N () nömrəli hərbi hissənin N mart N92-ci il tarixdən N0 may N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Göründüyü kimi, müvafiq arxiv materiallarında hazırkı İddiaçı N92 – N94-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı və yaralanması ilə bağlı xüsusatları qismən təsdiqləyən sübutlar mövcud olsa da, Silahlı Qüvvələrdən qanuni əsaslarla tərxis olunması ilə bağlı əmr və ya arxiv arayışı aşkar olunmur. Onun “uzun müddət qospitalda müalicə olunub hələlik qayıtmadığı üçün taborda qalmaqla ştatdan kənara çıxarılması” isə “qanuni əsaslarla tərxis olunma” qismində qiymətləndirilə bilməz. Lakin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, o cümlədən qanuni əsaslarla tərxis olunması ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə müvafiq arxiv materiallarında İddiaçı N92 – N94-cü illərdə döyüş əməliyyatları aparılan zonalarda (o cümlədən Ağdam rayonu ərazisində) xidmət keçməsinə dair sənədlər aşkar olunsa da, onun xidmətdən qanuni əsaslarla tərxis olunması, habelə əlil olmasını (müvafiq qrup əlillik dərəcəsinin verilməsi) təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşır və iddiaçının dəlillərini əsassız sayır. İPM-in 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in N4, 69, 73, 8N.N, 85.N-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(116)-852/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-852/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver