Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-853/2022 23.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” tələbinə dair inzibati iş materiallarına yazılı icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.12.2021-ci il tarixli 2-1(112)-12539/2021 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Göstərilən qərardad iddiaçının faktiki olaraq İsmayıllı rayonu Ruslan Bədəlov küçəsi ev 39 ünvanında yaşaması və cavabdeh orqanların səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etməsi ilə əsaslandırılmış, İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisənin ərazi aidiyyətinin Şəki İnzibati Məhkəməsinə aid olması qeyd edilmişdir. Lakin, Şəki İnzibati Məhkəməsi aşağıdakı hallara görə hazırkı işə baxmaq üçün özünü səlahiyyətli saymır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 8.1.1- ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən və ona əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən 26.09.2014-cü il tarixli (qeydiyat nömrəsi:**********) çıxarışdan görünür ki, iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evi Bakı şəhərində yerləşir. İddiaçının tələbindən göründüyü kimi, o, paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında tikinti və şəhərsalma qanunvericiliyinin, tikintidə təhlükəsizlik qaydalarının pozularaq 13 mərtəbəli binanın inşa edilməsini mübahisələndirir. Belə olan halda, mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 11 aprel 2017-ci il tarixli 2 №-li qərarı ilə Bakı şəhəri - Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, konkret halda prosessual qanunvericiliyin tələbi baxımından mübahisənin predmetinin ərazi aidiyyəti Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olmasına baxmayaraq, hazırkı inzibati iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-nin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Şəki İnzibati Məhkəməsi üçün yuxarı məhkəmə instansiyası Şəki Apellyasiya Məhkəməsi olduğuna görə hazırkı iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldım : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” iddiasına dair inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-853/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-853/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver