Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-854/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X12 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X3 adına çıxarılmış ünvan 1 ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.05 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 adına çıxarılmış ünvan 1 ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.05 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının anası X1 şəhəri 15-ci bağ küçəsi, 34 saylı bağın tam mülkiyyətçisi olmuşdur. Qeyd olunan mülkiyyət vəsiyyətnamə ilə iddiaçının istifadəsinə verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 avqust 1985-ci il tarixli 241 nömrəli qərarına əsasən qeyd olunan ünvanda yerləşən 0.05 ha torpaq sahəsi iddiaçının anası X7 verilmişdir. Sonradan sözügedən torpaq sahəsi hüquqi əsaslarla xx.xx.2016-cı il tarixli ******* nömrəli çıxarışla X4 adına verilmişdir. Üçüncü şəxs X10 qeyd olunan torpaq sahəsini mübahisələndirmiş və X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-229/2018 nömrəli qərarı ilə X4 adına olan çıxarış ləğv edilmişdir. İddiaçı iddia edir ki, üçüncü şəxsin adına verilən çıxarış qanunsuz olaraq qeydiyyata alınmışdır. Cavabdeh etirazında bildirmişdir ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub Mingəçevir-Xaldan yolunun şimalındakı bağ massivində yerləşən bağçılıq üçün nəzərdə tutulmuş bağ torpaq sahəsidir. İdarənin arxiv sənədlərinə istinadən ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı mərhumə anası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə X10 arasında torpaq mübahisəsi olduğuna görə X10 DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı X4 adına verilmiş 11,06.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə X15 Məhkəməsinə müraciət etmişdir. X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-229/2018 nömrəli qərarı ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində **********41 reyestr nömrəli qeydiyyatın RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin X6 X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)- 229/2018 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Daha sonra 30.01,2019cu il tarixində isə Azərbaycan Respublikası Ali Məhkəmənin X6 Şəki Apellyasiya Məhkəməsinin X6nın xx.xx.2018-ci il tarixli 2-1(107)- 475/2018 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (84)- 229/2018 nömrəli qərarına əsasən X4 adına verilmiş 11,06.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarış ləğv edilmişdir. X15 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)- 36/2017 nömrəli qanuni qüvvəsini almış qərarına əsasən ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.02020-ci il tarixdə məhkəməyə AZ4500/********** nömrəli teleqram göndərərək xəstəliyi ilə əlaqədar təyin olunmuş məhkəmə iclasının tarixinin dəyişilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xəstə olması barədə sənəd-sübut təqdim etmədiyinə görə məhkəmə, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə üçüncü şəxsi və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan materiallardan görünür ki, X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(84)-229/2018 nömrəli qərarı ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində **********41 reyestr nömrəli qeydiyyatın RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin X6 X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-229/2018 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Daha sonra xx.xx.2019-cu il tarixində isə Azərbaycan Respublikasının Ali Məhkəmənin X6 Şəki Apellyasiya Məhkəməsinin X6nın xx.xx.2018-ci il tarixli 2-1(107)- 475/2018 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. X15 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (84)-229/2018 nömrəli qərarına əsasən X4 adına verilmiş xx.xx.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarış ləğv edilmişdir. X15 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-36/2017 nömrəli qanuni qüvvəsini almış qərarına əsasən ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-442/2020 nömrəli qərardadı ilə İddiaçı iddianın yolverilməzliyi səbəbindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə işin faktiki hallarını, yuxarıda qeyd olunan prosessual normaları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X3 adına çıxarılmış ünvan 1 ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.05 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-854/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-854/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver