Məhkəmə qərarları › İş №2-1(116)-854/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-854/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-854/2021 07.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçı X3 Cavabdeh qarşı "Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə X3 qeydiyyata salınmasının təmin edilməsi və daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı dəyişdirilərək X3 adının da çıxarışda qeyd olunması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə bacısı X3 qeydiyyata salınmasının təmin edilməsi və daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı dəyişdirilərək X3 adının da çıxarışda qeyd olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 29.01.2021-ci il tarixli etibarnamədən görünür ki, X5 iddiaçıya onu təmsil etmək üçün etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsində deyilir ki, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin normanın mənasına görə, nümayəndə bütün prosessual hərəkətləri özünün deyil, təmsil etdiyi şəxsin adından etməlidir. Belə olan halda, iddia ərizəsini İddiaçı nümayəndə kimi imzalasa da, iddia ərizəsində iddiaçı kimi onun adı deyil, təmsil etdiyi X3 adı göstərilməlidir. Bundan başqa, o, iddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərmişdir. Bu da səhvdir. Belə ki, onun iddia tələbi 2 hissədən ibarətdir: 1) ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə X3 qeydiyyata götürülməsi; 2) Daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı dəyişdirilərək X3 adının da çıxarışda qeyd olunması. Həmin tələblərdən birincisinə Mingəçevir Şəhər Polis Şöbəsi, ikincisinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi cavab verməlidir. Cavabdeh isə fiziki şəxs olduğuna görə iddia ərizəsində cavabdeh kimi deyil, üçüncü şəxs kimi göstərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsində deyilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, bir neçə iddia tələbinin bir iddiada birləşdirilməsinin şərtlərindən biri tələblərin eyni cavabdehə yönəlməsidir. Belə olan halda, hazırkı iddia tələbləri bir icraatda birləşdirilə bilməz. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışının dəyişdirilməsi və X3 adının da çıxarışda qeyd olunması barədə iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsindən ibarətdir. Lakin işdə onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməyinizi təsdiq edən sənəd yoxdur. Bundan başqa, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddia ərizəsindən anlaşılan odur ki, hazırkı iddianı verməklə əldə etmək istənilən yekun nəticə Mingəçevir şəhəri M.F.Axundov küçəsi 1 nömrəli evin 12 nömrəli mənzilinə Cavabdeh ilə yanaşı, həm də X3 mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Lakin X1 şəhəri M.F.Axundov küçəsi 1 nömrəli evin 12 nömrəli mənzilinə yaşayış yeri üzrə qeydiyyata götürülsə belə, yaşayış yeri üzrə qeydiyyat icazə xarakteri daşımadığına görə, bu qeydiyyat ona həmin mənzilə mülkiyyət və ya istifadə hüququ verməyəcək. X3 mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olması üçün əvvəlcə onun belə hüququnun mövcud olması müəyyən edilməlidir. Bunun üçün isə o, mənzilin əldə edilməsinə dair əqdi Mingəçevir Şəhər Məhkəməsində mübahisələndirməlidir. Şəki İnzibati Məhkəməsinin 03.05.2021-ci il tarixli məktubu ilə yuxarıda göstərilən formal xətalar İddiaçı diqqətinə çatdırılmış, göstərilən çatışmazlıqların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə İddiaçı göndərilmiş və 16.05.2021-ci ildə ünvana çatdırılmışdır. Məhkəmənin məktubunda göstərilən birinci çatışmazlıq aradan qaldırılaraq eyni iddia ərizəsi iddiaçı X3 adından yazılıb məhkəməyə təqdim edilmiş və məhkəmənin 07.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Yuxarıda sadalanan digər çatışmazlıqlar isə aradan qaldırılmamışdır ki, bu da iddianın mümkün sayılmasını istisna edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı X3 Cavabdeh qarşı "Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə X3 qeydiyyata salınmasının təmin edilməsi və daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı dəyişdirilərək X3 adının da çıxarışda qeyd olunması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar