Məhkəmə qərarları › İş №2-1(116)-856/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-856/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-856/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah akt qeydində ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “nikah akt qeydində ata adının dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsin 15.03.2021-ci il tarixli 2-1(114)-567/2021 nömrəli qərardadı ilə Cavabdeh əsl cavabdeh Ağdaş rayon Qeydiyyat şöbəsi ilə əvəz edilmiş və inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 26.05.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq hazırki iddia tələbinin mümkün sayılması üçün daimi yaşayış yerinin Ağdaş rayonu olmasına dair, o cümlədən Ağdaş rayon Qeydiyyat şöbəsinin müraciətin təmin edilməsindən imtinasına, yaxud müraciətini cavabsız saxlamasına dair sübutlar təqdim etməsi təklif edilmiş, bunun üçün 10 gün müddətində vaxt təyin edilmişdir. Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin 21.06.2021-ci il tarixli 1098 nömrəli məktubu əsasında müəyyən edilmişdir ki, məhkəmənin hüquqi yardımla bağlı məktubu M.P.Vaqif küçəsi ev 4 ünvanında qeydiyyatda olan İddiaçı ailə üzvlərinə çatdırılmışdır. Lakin, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, yol verilmiş nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırki iddia tələbinin irəli sürülməsində iddiaçının hüquqi marağı “nikah akt qeydində ata adının dəyişdirilməsi” öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına nail olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, hazırki iş üzrə Ağdaş Rayon Qeydiyyat Şöbəsinin cavabdeh inzibati orqan olaraq müəyyən edilməsi üçün iddiaçı daimi yaşayış yerinin Ağdaş rayonu olmasını sübut etməlidir. Əks halda Ağdaş Rayon Qeydiyyat Şöbəsi iddia tələbinə cavab verməli olan inzibati orqan kimi qəbul edilə bilməz. İddiaçıya izah edilir ki, cavabdeh inzibati orqana qarşı “nikah akt qeydində ata adının dəyişdirilməsi” barədə iddia tələbi ilə müraciət edərkən məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün vacib şərt iddiaçının nikahının hansı qeydiyyat şöbəsi tərəfindən qeydə alınması deyil, iddiaçının daimi yaşayış yerininin hansı ünvan olmasıdır. Buna görə də iddiaçının nikahının Ağdaş rayon Qeydiyyat Şöbəsində qeyd edilməsi hazırki iddia tələbi üzrə Ağdaş rayon Qeydiyyat şöbəsinin cavabdeh inzibati orqan olaraq cəlb edilməsinə əsas yaratmır. İş materiallarında olan, iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış 02.03.2021-ci il tarixli teleqramdan da göründüyü kimi həmin teleqramda iddiaçının 3 aylıq qeydiyyatda olduğu ünvan ünvan 3stafa rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin 09.02.2021-ci il tarixli 319/g nömrəli arayışından görünür ki, iddiaçı Ağstafa şəhəri M.P.Vaqif küçəsi ev 4 ünvanında müvəqqəti qeydiyyatdadır. Eyni zamanda hazırki iddia iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı daimi yaşayış yerinin Ağdaş rayonu olmasına dair sübut təqdim etməklə bərabər, müraciətin təmin edilməsindən cavabdeh inzibati orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi də iş materiallarına əlavə etməli idi. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün məhkəmə yardım etmə vəzifəsini həyata keçirməsinə baxmayaraq, iddiaçı məhkəmənin hüquqi mövqeyinə heç bir münasibət bildirməmişdir. Buna görə də Ağdaş rayon Qeydiyyat şöbəsi hazırki iş üzrə cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqan kimi qəbul edilmədiyindən, tələbin cavabdeh qismində həmin inzibati orana yönəldilməsi mümkün deyildir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah akt qeydində ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar