Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-857/2022 17.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Fizuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Fizuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyünə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 24 sentyabr 1976-cı ildə Fizuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Fizuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 02.11.2021-ci il tarixli 2- 1(120)-1605/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) 10.01.2022-ci il tarixli 2- 1(114)-537/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının 24.09.1976-cı il təvəllüdlü oğlu X3 18 yaşı tamam olmamasına baxmayaraq, 1993-cü ildə könüllü olaraq Fizuli rayonuna getmiş, onu ordu sıralarına qəbul etməsələr də, mülki şəxs kimi həmin rayon ərazisində yerləşən hərbi hissələrin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmiş, hərbiçilərə yaxından köməklik etmişdir. İddiaçının oğlu 17.07.1993-cü ildə Fizuli rayonu və ətraf ərazilərin müdafiəsində iştirak etdiyi zaman düşmən gülləsi ilə qətlə yetirilmişdir. Onun dəfn mərasimi hərbi yoldaşlarının və rayon Hərbi Komissarlığının əməkdaşlarının iştirakı ilə yüksək səviyyədə təşkil olunmuşdur. İddiaçının oğlu Yevlax şəhərində qeydiyyatda olduğuna, yetkinlik yaşına çatmadığına və Fizuli rayonu və rayonun xeyli ərazisi ermənilər tərəfindən işğal olunduğuna, eləcə də arxiv sənədləri məhv olunduğuna görə, oğlunun məhz Fizuli rayonu ərazisində gedən döyüşlərdə düşmən gülləsi ilə vafət etməsi faktını həmin rayonda müəyyən etmək mümkün olmamışdır. Yevaxl Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının mərhum oğlu X1 17.07.1993-cü ildə vəfat etməsi faktı müəyyən olunmuşdur. Bundan sonra iddiaçı oğlu Ramiz Şahmalızadəyə “şəhid” statusunun verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin 18.03.2022-ci il tarixli məktubuna əlavə edilən 11.01.2020-ci il tarixli məktubda qeyd olunur ki, iddiaçının oğlu R.Şahmalızadənin ölüm faktı Yevlax Rayon Məhkəməsinin 13 mart 2019-cu il (iş № 2(039)-874/2019) Qətnaməsi ilə müəyyən edilmişdir. Bu qətnamədə iddiaçının oğlu R.Şahmalızadənin şəhid olması qeyd olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, “şəhid” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 4.1-ci yarımbəndinə əsasən şəxsin şəhid hesab edilməsi, ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhər İcra Hakimiyyətinə təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçının oğlu X1 ölümü haqqında tibbi şəhadətnamə yoxdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli 2-1(116)- 618/2020 nömrəli qərarının surətinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdehnə qarşı “mərhum oğlu X1 şəhid olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İş materiallarından da göründüyü kimi iddiaçı əvvəllər də analoji iddia tələblə məhkəmədə iddia qaldırmış, lakin onun tələbi təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Qərarın qüvvəyə minməsindən sonra hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu 02.02.2022-ci il tarixədək iddiaçının tələbinə dair faktiki və hüquqi hallarda dəyişikliyin olması iş materiallarına əsasən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 16.1-ci və 16.2-ci bəndlərində göstərilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir; qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verilmiş tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Fizuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Fizuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-857/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-857/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver