Məhkəmə qərarları › İş №2-1(116)-859/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-859/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-859/2025 30.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 qarşı «işsizlikdən sığorta ödənişinin geri qaytarılması ilə bağlı məktubun əsassız hesab edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Hazırkı İddiaçı «İşsizlikdən sığorta haqqında» Qanuna əsasən 1 iyun 2022-ci il tarixdən aylıq 345 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuş və 6 ay ərzində ona 2.070 manat məbləğində həmin təyinat üzrə vəsait ödənilmişdir. X4 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən iddiaçıya 24 iyun 2024-cü il tarixli 3-17-2/2-H-34947/2024 nömrəli məktub ünvanlanmış və məktubda müvafiq araşdırmalar zamanı onun mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olmasının aşkarlandığı bildirilmiş və bu səbəbdən də qanunvericiliyə əsasən ona artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü qaydada Filiala qaytarılması təklif olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh X4 Mərkəzi Mühasibatlıq və Təyinat Filialına qarşı «işsizlikdən sığorta ödənişinin geri qaytarılması ilə bağlı məktubun əsassız hesab edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), ondan mülkiyyətində torpaq sahəsinin olması barədə məlumat istənilmiş və o, torpaq sahəsinin ona məxsus olduğunu, lakin atasının istifadəsində olmasını bildirmişdir. Lakin hər hansı arayış tələb olunmamışdır. Bundan sonra iddiaçıya işsizliyə görə 6 ay ərzində ümumilikdə 2.070 manat pul ödənilmişdir. Vəsait onun uşaqlarının dolanışığına sərf olunmuşdur. Sonradan iddiaçı işləməyə başladığından, müavinətin verilməsi dayandırılmışdır. 24 iyun 2024-cü il tarixdə onun ünvanına işsizlikdən sığorta ödənişinin geri qaytarılması barədə məktub göndərilmişdir. İddiaçı məktuba etiraz etmiş və bildirmişdir ki, ödənişlə bağlı müraciət zamanı ondan arayış tələb olunmamışdır. İddiaçı 3 ay sonra torpaq sahəsini atasına bağışlamışdır. Bu səbəbdən işsizliyə görə sığorta ödənişinin geri qaytarılması barədə məktub əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Cavabdeh Dövlət Məşğulluq Agentliyi (iddia ərizəsində cavabdeh kimi X2 və Təyinat Filialı göstərilsə də, bu hal formal xəta kimi qiymətləndirilir və cavabdeh kimi Agentlik qəbul edilir) «İşsizlikdən sığorta haqqında» Qanunun 13.1, 18.0.1-ci maddələrinə, Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş «Sığorta ödənişinin verilməsi Qaydası»nın 6.2-ci bəndinə istinad edərək iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, iddiaçının məlumatları təkrar araşdırılarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi elektron informasiya sisteminin müvafiq altsistemində kənd təsərrüfatına yararlı torpaq payının olduğu aşkarlanmışdır. Ona görə də iddiaçıya həmin vəsaitin könüllü geri qaytarılması barədə 24 iyun 2024-cü il tarixli 3-17- 2/2-H-34947/2024 nömrəli məktub göndərilmişdir. Bu məktub artıq ödənilmiş sığorta ödənişinin könüllü geri qaytarılması ilə bağlıdır. İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddiaya inzibati məhkəmə icraatında baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 mübahisə predmeti olan məktubun qanunsuz sayılmasını xahiş etdi və iddiaya inzibati məhkəmə icraatında baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). «İşsizlikdən sığorta haqqında» Qanunun 13.1-ci maddəsinə görə sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və «Məşğulluq haqqında» Qanunun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: (13.1.1) dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, «Dövlət qulluğu haqqında» Qanunun 33.1.2-ci maddəsinə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; (13.1.2) işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, «Dövlət qulluğu haqqında» Qanunun 33.1.3-cü maddəsinə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; (13.1.3) əmək müqaviləsinin müddəti qurtardıqda, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; (13.1.4) müəssisənin mülkiyyətçisi dəyişdikdə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; (13.1.5) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; (13.1.6) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. Həmin Qanunun 13.2-ci maddəsinə görə bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: (13.2.1) bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada. Həmin Qanunun 18-ci maddəsinə görə sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: (18.0.1) «Məşğulluq haqqında» Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş «Sığorta ödənişinin verilməsi Qaydası»nın 6.2-ci bəndinə görə «İşsizlikdən sığorta haqqında» Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X6 qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdeh X1 ödənilmiş sığorta ödənişinin könüllü qaydada qaytarılması təklifini ehtiva edən 24 iyun 2024-cü il tarixli məktubunun qanunsuz sayılmasını tələb edir, hansı ki, həmin məktub özündə inzibati aktın bütün xassələrini daşımır, yəni ünvanlandığı şəxs üçün hüquqi nəticə yaratmır. Həmin məktubla bağlı ünvanlandığı şəxs kimi hazırkı iddiaçı adekvat müsbət hərəkət etmədiyi halda, tərəflər arasındakı münasibətlər məhkəmə müstəvisinə keçə bilər. Buradan belə nəticə çıxır ki, istər cavabdehin məktubdakı arqumentləri, istərsə də iddiaçının məktubda göstərilənlərin əksinə yönələn dəlilləri məktubun iddiaçıya göndərilməsindən sonra müsbət nəticə olmadıqda, növbəti mərhələ kimi müvafiq (X4 iddiası üzrə) məhkəmə icraatında qiymətləndirilə bilər. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının mübahisələndirdiyi məktub inzibati akt olmadığından, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən hal deyil. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3rşı «işsizlikdən sığorta ödənişinin geri qaytarılması ilə bağlı məktubun əsassız hesab edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar