Məhkəmə qərarları › İş №2-1(116)-86/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-86/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-86/2021 11.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı “Şəki rayonu, Sarıca kəndində yerləşən 18 ha torpaq sahəsi üzərində Hacıəliyeva Növrəstə Nəbi qızı, İddiaçı, X7, X8 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu, Sarıca kəndində yerləşən 18 ha torpaq sahəsi üzərində Hacıəliyeva Növrəstə Nəbi qızı, İddiaçı, X7, X8 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Şəki rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 54 saylı qərarı ilə 15.50 ha kənd təsərrüftatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonradan “Sarıca” taxıl istehsalı kooperativinin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha olmaqla ümumilikdə 2841 ha torpaq sahəsi xüsusi mülkiyyətə ayrılmışdır. Yerli AİK-nın xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK-nın xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpaqğı verilməsi qərara alınmışdır. İddiaçı cavabdeh orqana 2.58 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Beləki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********75 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********52 nömrəli etiraz məktubunda qeyd edilir ki, verilən müvafiq qərarlara əsasən adambaşına düşən pay norması artırılaraq 3.0 ha-ya çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, qeydiyyata alınmalı torpaq sahəsinin təsdiqlənmiş yerləşmə sxemi əlavə edilmədiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-00xx xxx 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən müəyyən edilir ki, Şəki rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 54 saylı qərarı ilə 15.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********06 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətinin nəticə hissədində qeyd edilir ki, iddiaçının JN-00xx xxx 40402037 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsinin dəqiq ölçüsü 15.50 hektardır. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin dəqiq ölçüsü 18.88 hektardır. İddiaçının dövlət aktında göstərilən torpağı ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşmür və bu hal tərtib edilmiş sxemdə öz əksini tapmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçıya məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, o, tələbində qeyd etdiyi kimi 18 ha torpaq sahəsinin deyil, 2.58 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Odur ki, iddiaçıya iddia tələbində dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsinin 2.58 ha olaraq qeyd etmək, həmçinin iddia tələbində qeyd etdiyi şəxslərin (Hacıəliyeva Növrəstə Nəbi qızının, İddiaçı, X3, X5 və X1) mülkiyyət hüququnun qeydə alınması üçün iddia ərizəsində iddiaçılar olaraq qeyd olunması və iddia ərizəsinin həmin şəxslər tərəfindən və ya etibarnamə əsasında səlahiyyətli şəxs tərəfindən imzalanması təklif olunmuşdur. İddiaçıya göndərilən yardım məktubu xx.xx.2020-ci il tarixdə imza edilərək qəbul edilmişdir. Məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan tələbin dəqiqləşdirilməsinə dair ərizədə iddiaçı ona ünvanlanan yardım məktubunda qeyd edilən nöqsanları aradan qaldırmamış və yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarına əlavə edilən cavabdehin xx.xx.2020-ci il tarixli **********75 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********52 nömrəli etiraz məktubundan müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etməmişdir. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək 2.58 ha torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin iddia tələbində 18 ha torpaq sahəsi üzərində Hacıəliyeva Növrəstə Nəbi qızı, İddiaçı, X7, X8 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Bundan başqa məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığı üçün mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı “Şəki rayonu, Sarıca kəndində yerləşən 18 ha torpaq sahəsi üzərində Hacıəliyeva Növrəstə Nəbi qızı, İddiaçı, X7, X8 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 300 manat 96 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X4 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: ********** hesab: AZ23AİİB********************) köçürülsün. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar