Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-86/2025 14.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X10 və X2 ümumi birgə mülkiyyətinə verilmsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində İddiaçı və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X10 və X2 ümumi birgə mülkiyyətinə verilmsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində İddiaçı və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1961- ci ildə Ağdaş rayonunun Əmirarx kəndində X15 ilə X2 ailəsində anadan olmuşdur.Doğulduğu 1961-ci ildən bu günə qədər orada 0,3426 ha torpaq sahəsi üzərində atası tərəfindən tikilmiş fərdi yaşayış evində qeydiyyatda olaraq yaşayır. İki il bundan əvvəl Ağdaş rayon məhkəməsinin iddiaçıya göndərdiyi məhkəmə bildirişinə əlavə edilmiş qardaşı oğlu X4 “Süni maneələrin aradan qaldırılması barədə” iddia ərizəsindən iddiaçıya məlum olub ki, Torpaq islahatı zamanı iddiaçının mərhum anasına məxsus təsərrüfatda anası ilə birgə iddiaçı və həmçinin həyat yoldaşı X1, qızı X7, oğlu X11 və oğlu X8 qeydiyyatda olaraq yaşamaqlarına və iddiaçının təsərrüfatı idarə etməyinə, həmin ev və torpaq sahəsində Mülki qanunvericiliyə və Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununa əsasən mülkiyyət hüququmuz olmasına baxmayaraq Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998 - ci il tarixli 16 nömrəli Qərarı ilə yuxarıda qeyd edilən torpaq sahəsinə dair Şəhadətnamə əsasında verilmiş Çıxarışda torpağın mülkiyyətçisi kimi iddiaçının mərhum anası ilə yanaşı iddiaçının adı deyil, Torpaq islahatı keçirilən zaman Ağdaş rayonunun Əmirarx kəndində pasport qeydiyyatında olmayan və faktiki olaraq yaşamayan mərhum qardaşı X16 qeyd edilmişdir. Məsələ ilə bağlı Ağdaş rayonunun Güvəkənd Bələdiyyəsinə etdiyi müraciətə rəsmi cavab olaraq bildirilmişdir ki, Torpaq islahatı zamanı X23 Komissiyası tərəfindən torpaq almaq hüququ olan subyektlərin siyahısı tərtib olunarkən, orada qeydiyyatda olaraq yaşadığına görə qeyd edilən həyətyanı torpaq sahəsi Komissiya üzvlərinin və sədrinin yekdil qərarına görə əslində anası ilə ona verilmiş, lakin texniki səhv ucbatından torpağın sənədində iddiaçının yox, buna heç bir haqqı olmayan qardaşı Əliyev Aydının adı düşmüşdür.Əslində bu sənədə İddiaçı Alcan oğlunun adı qeyd olunmalı idi. X5 Güvəkənd bələdiyyəsi Torpaq qeydiyyat kitabında adına heç bir torpaq sahəsi olmayıb və hal-hazırda yoxdur. Bundan sonra iddiaçı Ağdaş rayon Dövlət Arxivinə müraciət edərək arxivdə saxlanılan təsərrüfatbaşına kitablardan məsələ ilə bağlı məlumat verilməsini xahiş etmişdir və onda arxivdə saxlanılan Güvəkənd kənd nümayəndəliyinin Əmirarx kəndinə aid olan 1991-1992- 1993-1994- 1995-ci illərin 05 №-li təsərrüfatbaşına kitabının 266/159 №-li təsərrüfatı X2 adına olmaqla təsərrüfatında ailə üzvü kimi oğlu X16 və adına 0.25 ha torpaq sahəsinin olması ilə birgə Əliyev Aydının adında qaralama olması faktı aşkar olunub. Eyni zamanda Ağdaş rayon Dövlət arxivinin məlumatına görə arxivdə saxlanılan Ağdaş rayon Güvəkənd kənd nümayəndəliyinin Əmirarx kəndinə aid olan 2001-2002- 2003-2004-2005-ci illərin 07 №-li təsərrüfatbaşına kitabının 476/159 №-li təsərrüfatı X2 adına olmaqla təsərrüfatında X12 (ailə başçısı) və ailə üzvü oğlu X5 olması və onun adına heç bir torpaq sahəsinin olmaması göstərilmişdir. Qeyd edilən fakt Ağdaş rayon Dövlət arxivinin xx.xx.2021 - ci il tarixli 229 nömrəli arayışı, ona əlavə və həmçinin arxivin eyni tarixli 231 nömrəli arayışları ilə təsdiqlənir. İddiaçının mərhum qardaşı X16 1979-cu ildə bizim rayonda qeydiyyatdan çıxaraq 2008-ci ilədək öz ailəsi ilə birlikdə Yevlax şəhərində onlara məxsus olan fərdi yaşayış evində qeydiyyatda olaraq yaşayıb. 2008-ci ildə o, həyat yoldaşı ilə mübahisə edərək ailəsini tərk edib və bizim kənddə qeydiyyata düşərək faktiki olaraq Ağdaş rayonunun Malay kəndində yaşayıbdır. Torpaq İslahatı zamanı iddiaçının mərhum qardaşının anası ilə iddiaçının yaşadığı təsərrüfatda yaşamaması Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021 - ci il tarixli arayışı, Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2021 ci il tarixli 8/132 nömrəli vəkil sorğusuna cavab məktubu, Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021 - ci il tarixli 38 nömrəli arayışı, Güvəkənd kənd sakinləri İldırım Paşayev, Teymur Qasımov, Möhübbət Qasımov, Pənah Gümüşov və Yaqub Sadiqov tərəfindən tərtib edilmiş 27.11. 2021- ci il tarixli Aktla sübut olunur. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq sözügedən dövlət reyestrindən çıxarış ləğv edilmiş DTXK-nin Ağdaş şöbəsi tərəfindən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verildiyi üçün çıxarışda hər hansı bir düzəlişin və həmin çıxarışın ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin 21 iyul 2023-ci il tarixli, 3-21-3-35/2-Ə-0099-8/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. ********** qeydiyyat, **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi ərazisində olan 0.3426 ha torpaq sahəsi X12 və X3 ümumi birgə mülkiyyətindədir.
3. Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021 - ci il tarixli Arayışının təsdiq edilmiş surəti,
4. Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021 - ci il tarixli 27 nömrəli Arayışı və ona əlavə olunmuş X23 Komissiyası tərəfindən Ağdaş rayon Aqrar İslahat Komissiyasına təqdim olunmuş və həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlərin siyahısı,
5. Ağdaş RİHBA-nın Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.09. 2021 -ci il tarixli Arayışı,
6. Ağdaş rayon Dövlət Arxivinin 24.11. 2021- ci il tarixli 229 nömrəli Arayışı və ona əlavə,
7. Ağdaş rayon Dövlət Arxivinin 24.11. 2021- ci il tarixli 231 nömrəli Arayışı,
8. Arayışı Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2021 ci il tarixli 8/132 nömrəli vəkil sorğusuna cavab məktubunun təsdiqlənmiş surəti,
9. Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021 - ci il tarixli Arayışı,
10. Ağdaş rayonu Güvəkənd kənd sakinləri tərəfindən tərtib edilmiş 27.11. 2021ci il tarixli Akt,
11. AZ-İİ 203401 seriya nömrəli ölümü haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
12. A 183566 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Ağdaş rayonu Əmirarx kəndi ərazisində olan 0.3426 ha torpaq sahəsinin hüquqi subyekti X6r.
13. Ağdaş rayon Məhkəməsinin 2(014)-1158/2017 nömrəli qətnamənin surəti.
14. JN-104A kod 90304028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 0.34 ha torpaq sahəsi X12 və X3 adına qeydə alınmışdır.
15. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X17 filialının xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996- 2000-ci və 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X12, X13 və ailə üzvlərinə dair məlumat aşkar edilmişdir.
16. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-367/2024 nömrəli məktubuna əlavə olunmuş, Ağdaş rayonu Əmirarx kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, X12, X13 və ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur.
17. Yevlax rayon Məhkəməsinin 2(039)-2605/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadın surəti.
18. İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli 237946/2017 nömrəli qərarın surəti.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5636/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı
20. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-703/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə İddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçının hüquqi marağı iki hissədən ibarətdir :
1. Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X10 və X2 ümumi birgə mülkiyyətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi
2. Həmin torpaq sahəsi üzərində İddiaçı və X2 ümumi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi; Məhkəmə araşdırmasına əsasən müəyyən edilmişdir ki,mübahisələndirilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat JN-104A kod 90304028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin əsasında aparılmışdır.Hazırkı iddia tələbinə əsasən müvafiq Şəhadətnamə mübahisələndirilmədən qeydiyyatın, onun rəsmiləşdirilməsi forması olan Çıxarışın mübahisələndirilməsi iddianın mümkünlük şərtinə cavb vermir. Bununla bərabər Məhkəmənin yardım etmək vəzifəsi və prosessual qənaət prinsipləri baxımından verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, sözügedən Şəhadətnamə Aqrar islahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “subyektlər siyahısı” əsasında verilmişdir.Həmin Siyahı əldə edilmiş,iş materiallarına əlavə edilmişdir.Siyahıdan müəyyən edilir ki,104 xəritə nömrəsi ilə X10 və X2 adları qeyd edilmiş,ailə tərkibi iki nəfərdən ibarət olmaq göstərilmişdir.Həmin siyahının 147 sıra sayı ilə əks olunan hissəsində İddiaçı və ailə üzvləri (cəmi beş nəfər) qeyd edilmişdir. Eyni əsas Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında da təsbit edilmişdir.Belə ki,Milli Arxiv İdarəsi Respublika X17 filialının xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci və 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X12 və X3 adları eyni təsərrüfatda qeyd edilmişdir.Eləcə də iddiaçı və ailə üzvləri eyni təsərrüfatda rəsmiləşdirilmişdir. Göründüyü kimi müvafiq Şəhadətnamə iddiaçının mərhum anası və qardaşının adına tərtib edilməklə sözügedən 0,3426 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. İddia tələbinin birinci hissəsi mümükünlük şərtinə cavab vermədiyindən,ikinci hissəsi isə birincidən asılıtələb olduğundan həmin tələbə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir.Belə ki,Şəhadətnamənin tərtibindən uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır.İddia tələbinin “hüquqmüəyyənedici sənədin ləğvinə dair” hissəsi mümkün hesab edilmədiyindən iddianın “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” hissəsi də qeydə alınmış hüquq qüvvədə olduğundan mümkün deyildir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin faktiki istifadəsində olmasını,ona vəsiyyət edilməsini bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2024 nömrəli, xx.xx.2024-cü il və 2- 1(102)-571/2024 nömrəli xx.xx.2024 tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X9: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X10 və X2 ümumi birgə mülkiyyətinə verilmsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində İddiaçı və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə