Məhkəmə qərarları › İş №2-1(116)-861/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-861/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-861/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənildiyi iddia olunan 17918,89 manat pul vəsaitinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənildiyi iddia olunan 17918,89 manat pul vəsaitinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10494/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış 02 fevral 2024-cü il tarixli məktubda, “Müvafiq araşdırma zamanı əmək pensiyanızın hesablanması zamanı iddiaçının mərhum həyat yoldaşı Elxan Qurbanovun vaxtı ilə xidmət keçdiyi sonuncu vəzifəsinə uyğun əmək pensiyasının düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar 2022-ci ilin iyul ayında əmək pensiyanın müvafiq təminat xərcliyinin 80 faizi- 687.08 manat məbləğində müəyyən edilib, həmçinin əmək pensiyanın 17 iyun 2007-ci il tarixindən yenidən hesablanaraq ümumilikdə artıq ödənilmiş 68877.01 manat pul vəsaiti hesablanıb....” Həmçinin məktubda qeyd edilmişdir ki,"... Bununla əlaqədar, artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq 67289.85 manatdan 17918.89 manata azaldılıb. Həmin 17918.89 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədi ilə yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur.” Qeyd edilənlərə baxmyaraq cavabdeh pulu iddiaçıdan razılığı olmadan geri aldıqdan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Aparatına şikayətlər olduqdan sonra 02 fevral 2024-cü il tarixli məktub ünvanlayaraq “qısa müddətə yazılı razılıq” verməyi tələb etmişdir. Cavabdeh orqan X7 Azərbaycan Respublikası Qanunnunun 39.1-ci maddəsini qanun kimi təqdim edərək həmin qanunun qeyd edilən maddəsini artıq kobud şəkildə pozduqları və qanuni hüquqlara hörmət etmədən müdafiə olunmaq kimi hüququ da kobud şəkildə pozaraq öz qanunsuz əməlini iddiaçının hesabına qanuniləşdirməyə cəhd etmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq qanunsuz əsaslarla tutulmuş 17918.89 manat pul vəsaitinin mənə qısa müddətə geri qaytarılmasını təmin edilməsini xahiş etdi. Lakin 06 may 2024-cü il tarixli məktubla təkrar eyn məzmunlu cavab verilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: Hesab edirik ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Mərkəzi Filial tərəfindən iddiaçı özünə (8 yaşına çatmamış övladına baxdığına görə) və övladlarına (X6, X5 və X4) görə 17 iyun 2007-ci il tarixincən mərhum həyat yoldaşı X1 təminat xərcliyinin ümumilikdə 200 faizi miqdarında (hər birinə 50 faizi) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.3-cü maddəsinə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Bu səbəbdən də iddiaçının övladının (Mehin Qurbanova) 8 yaşına çatması ilə əlaqədar ona özünə münasibətdə ödənilən müvafiq təminat xərcliyinin 50 faizi miqdarında əmək pensiyası xx.xx.2011-ci il tarixindən dayandırılıb. Həmin tarixdən iddiaçıya övladlarına görə müvafiq təminat xərcliyinin 150 faizi miqdarında (hər birinə 50 faiz olmaqla) ailə başçısını itirməyə görə əmək pensiyası müəyyən edilməklə ödənilib. Eyni zamanda, iddiaçının İİ dərəcə əlilliyi olduğu üçün 14 mart 2016-cı il tarixindən özünə münasibətdə müvafiq təminat xərcliyinin 50 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası müəyyən edilməklə ödənilib. Qanunun 14.1.1.3-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək censiyası hüququna malikdirlər. Bu səbəbdən də təhsil müəssisəsini bitirmələri ilə əlaqədar iddiaçının övladları Pəri Qurbanovaya görə 1 iyul 2014- cü il tarixindən, Arzu Qurbanova görə isə 1 iyul 2017ci il tarixindən ona müvafiq təminat xərcliyinin 50 faizi (ümumilikdə 100 faizi) miqdarında ödənilən əmək pensiyası dayandırılıb. Qeyd olunan 1 iyul 2017-ci il tarixindən iddiaçının özünə və övladı Mehin Qurbanovaya görə müvafiq təminat xərcliyinin ümumilikdə 100 faizi miqdarında əmək pensiyası müəyyən olunaraq ödənilib. İddiaçının əlillik dərəcəsinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona özünə münasibətdə ailə başçısını itirməyə görə ödənilən əmək pensiyası 01,04.2021-ci il tarixindən dayandırılıb və həmin tarixdən etibarən yalnız Mehin Qurbanovaya görə əmək pensiyası ödənilib. Müvafiq araşdırma zamanı iddiaçının əmək pensiyasının hesablanması zamanı mərhum həyat yoldaşı Elxan Qurbanovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifəsinə (DİNin XTPD “polis nəfəri”) uyğun əmək pensiyasının düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar 2022- ci ilin iyul ayında iddiaçının əmək pensiyası müvafiq təminat xərcliyinin (858,85 manat) 80 faizi- 687,08 manat məbləğində müəyyən edilib, həmçinin əmək pensiyası 1 7 iyun 2U07-cı ıl tarixindən yenidən hesablanaraq ona ümumilikdə artıq ödənilmiş 68877,01 manat pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş 68877,01 manat pul vəsaitinin 75,58 manat hissəsi 2022-ci ilin sentyabr ayında iddiaçının əmək pensiyasından tutulub (qalan artıq ödəmə 68801,43 manat). Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 14.1.1.3-cü maddəsinə əsasən təhsil müddətinin bitməsi ilə əlaqədar iddiaçının övladı Mehin Qurbanovaya görə ona ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2022- ci il tarixindən dayandırılıb. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Mehin Qurbanovaya dair təhsil müəssisəsində təhsil alması ilə bağlı arayışa əsasən 2022-ci ilin dekabr ayında ona ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası müvafiq təminat xərcliyinin (858,85 manat) 80 faizi-687,08 manat məbləğində bərpa edilib, eyni zamanda 1 oktyabr 2022-ci il tarixindən yenidən hesablanaraq ona ödənilməli olan 1511,58 manat pul vəsaiti hesablanıb. Həmin 1511,58 manat pul vəsaiti iddiaçıya artıq ödənilmiş qalan 68801,43 manatdan çıxılaraq büdcəyə bərpa edilib (qalan artıq ödəmə 67289,85 manat). Əlavə olaraq bildiririk ki, Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, iddiaçıya artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq 67289,85 manatdan 17918,89 manata azaldılıb. Həmin 17918,89 manat pul vəsaitinin iddiaçınnı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunub. Məlumat üçün bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 963,98 manat məbləğində müəyyən edilib. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir. • Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 348 nömrəli əmrinin surəti. • AZ-İ 239334 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti. • X3 məxsus 073698 nömrəli Əlillik vəsiqəsinin surəti. • Xüsusi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli qərarının surəti. • Cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-7-17419/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar. • Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikasının İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə hesab edir ki,iddiaçının ilkin müraciətində məqsəd pensiyanın yenidən hesablanması və həmin məbləğin tam olaraq ödənilməsindən ibarət olmuşdur.Odur ki,yenidən hesablanmanın həyata keçirilərək pensiya məbləğində müsbət dəyişikliyin olması əslində ilkin tələbin bir hissəsinin təmin edilməsi kimi başa düşülməlidir.Odur ki,iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətinin olmadığına dair cavabdehin mövqeyini əsaslı saymayan məhkəmə iddianın mümkün hesab edir. Lakin,iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, iddiaçının hazırkı tələbə əsasən hüquqi marağı artıq ödənildiyi iddia olunan 17918,89 manat pul vəsaitinin ona geri qaytarılmasından ibarətdir.Cavabdeh inzibati orqan tərəfindən isə yenidən hesablanma nəticəsində ödənilməli olan məbləğin müvafiq ayların sayına bölünərək hər ay ödənildiyini bildirmişdir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 963,98 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.3-cü maddəsinə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Qeyd olunan normanın tələblərinə uyğun olaraq iddiaçının övladının (Mehin Qurbanova) 8 yaşına çatması ilə əlaqədar ona özünə münasibətdə ödənilən müvafiq təminat xərcliyinin 50 faizi miqdarında əmək pensiyası xx.xx.2011-ci il tarixindən dayandırılıb. Həmin tarixdən iddiaçıya övladlarına görə müvafiq təminat xərcliyinin 150 faizi miqdarında (hər birinə 50 faiz olmaqla) ailə başçısını itirməyə görə əmək pensiyası müəyyən edilməklə ödənilib. Eyni zamanda, iddiaçının İİ dərəcə əlilliyi olduğu üçün 14 mart 2016-cı il tarixindən özünə münasibətdə müvafiq təminat xərcliyinin 50 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası müəyyən edilməklə ödənilib. Həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanunun 14.1.1.3-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının övladları Pəri Qurbanovaya görə 1 iyul 2014- cü il tarixindən, Arzu Qurbanova görə isə 1 iyul 2017-ci il tarixindən təhsil müəssisəsini bitirmələri ilə əlaqədar ona müvafiq təminat xərcliyinin 50 faizi (ümumilikdə 100 faizi) miqdarında ödənilən əmək pensiyası dayandırılıb. Qeyd olunan 1 iyul 2017-ci il tarixindən iddiaçının özünə və övladı Mehin Qurbanovaya görə müvafiq təminat xərcliyinin ümumilikdə 100 faizi miqdarında əmək pensiyası müəyyən olunaraq ödənilib. İddiaçının əlillik dərəcəsinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona özünə münasibətdə ailə başçısını itirməyə görə ödənilən əmək pensiyası 01,04.2021-ci il tarixindən dayandırılıb və həmin tarixdən etibarən yalnız Mehin Qurbanovaya görə əmək pensiyası ödənilib. Cavabdeh inzibati orqan inzibati araşdırma zamanı iddiaçının əmək pensiyasının hesablanması zamanı mərhum həyat yoldaşı Elxan Qurbanovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifəsinə (DİN-in XTPD “polis nəfəri”) uyğun əmək pensiyasının düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar 2022- ci ilin iyul ayında iddiaçının əmək pensiyası müvafiq təminat xərcliyinin (858,85 manat) 80 faizi- 687,08 manat məbləğində müəyyən edilib, həmçinin əmək pensiyası 1 7 iyun 2U07-cı ıl tarixindən yenidən hesablanaraq ona ümumilikdə artıq ödənilmiş 68877,01 manat pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş 68877,01 manat pul vəsaitinin 75,58 manat hissəsi 2022-ci ilin sentyabr ayında iddiaçının əmək pensiyasından tutulub (qalan artıq ödəmə 68801,43 manat). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İş üzrə müəyyən olunur ki, məhz “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanunun 14.1.1.3-cü maddəsinə əsasən təhsil müddətinin bitməsi ilə əlaqədar iddiaçının övladı Mehin Qurbanovaya görə ona ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2022- ci il tarixindən dayandırılıb. Bununla yanaşı iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Mehin Qurbanovaya dair təhsil müəssisəsində təhsil alması ilə bağlı arayışa əsasən 2022-ci ilin dekabr ayında ona ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası müvafiq təminat xərcliyinin (858,85 manat) 80 faizi-687,08 manat məbləğində bərpa edilib, eyni zamanda 1 oktyabr 2022-ci il tarixindən yenidən hesablanaraq ona ödənilməli olan 1511,58 manat pul vəsaiti hesablanıb. Həmin 1511,58 manat pul vəsaiti iddiaçıya artıq ödənilmiş qalan 68801,43 manatdan çıxılaraq büdcəyə bərpa edilib (qalan artıq ödəmə 67289,85 manat). Qeyd olunmalıdır ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləğinin tutulması “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçıya artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq 67289,85 manatdan 17918,89 manata azaldılıb. Həmin 17918,89 manat pul vəsaitinin iddiaçınnı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunub. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə mövcud qanunvericilik normalarının tələbləri çərçivəsində icraat aparmış, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal baş verməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənildiyi iddia olunan 17918,89 manat pul vəsaitinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar