Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-862/2021 01.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-054532 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 18498,87 kv. metr pay torpaq sahəsinin reystrdə adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-054532 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 18498,87 kv. metr pay torpaq sahəsinin reystrdə adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə 30.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında hazırki iddia tələbinin mümkünsüzlüyü İddiaçı2 (digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) nəzərinə çatdırılmış, arzuladığı məqsədə çatmaq üçün hüquq müəyyənedici sənədlərin özlərinə məxsus olması faktının müəyyən edilməsi barədə iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəki rayonu AİK-nın 23.07.2002-ci il tarixli 05 saylı qərarı əsasında torpaq payı ayrılmış subyektlərin siyahısında qeyd olunan X3, X4 və X1 adları və soyadları hazırki iş üzrə iddiaçıların ad və soyadlarından fərqlidir. İddiaçı isə həmin şəxslərin eyni şəxslər olmasını, o cümlədən X2 əslində İddiaçı1 olmasını və həmin sənədin özünə və ailə üzvlərinə aid olmasını bildirir. İnzibati məhkəmə icraatı qaydasında isə hüquq müəyyənedici sənədlərin iddiaçılara aid olması faktına hüquqi qiymət verilməsi mümkün olmadığından, iddiaçılar Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən sənəddə göstərilən adlarının, ata adlarının və ya soyadlarının onların şəxsiyyətini təsdiq edən sənəddəki adları, ata adları və ya soyadları ilə düzgün gəlmədiyi halda həmin hüquq müəyyənedici sənədlərin özlərinə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün Şəki Rayon Məhkəməsinə müraciət etməlidirlər. Mülki Prossesual Məcəllə: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6, 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İddiaçı2 30.09.2021-ci ildə məhkəmə hazırlıq iclası başa çatdıqdan sonra məhkəmənin dəftərxanasına ərizə ilə müraciət edərək 2-1(116)-862/2021 nömrəli iş üzrə iddianın geri götürülmüş sayılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən imzalanmış ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, İddiaçı2 hazırki işdə öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. O, həm də digər iddiaçıların: İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsidir və işdə olan 19.03.2021 və 03.03.2021-ci il tarixli etibarnamələrə əsasən həmin şəxslərin adından MPM-nin 74-cü maddəsində qeyd edilmiş hüquqların həyata keçirilməsinə səlahiyyətlidir. Belə olan halda məhkəmə tərəfindən İddiaçı2 təqdim etdiyi ərizə nəzərə alınmalı, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-054532 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində verilmiş 18498,87 kv. metr pay torpaq sahəsinin reystrdə adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-862/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-862/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver