Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-862/2024 17.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Oğuz şəhərində yerləşən, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0.06 ha həyətyanı təyinatlı torpaq sahəsinə, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına, 08 yanvar 2007-ci il tarixli 714 nömrə ilə qeydiyyata alınmış Torpaqların X5a və 09 avqust 2009-cu il 115224A nömrəli X8 və ölçüsü sənədinə əsasən mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarışın verilməs vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Oğuz şəhərində yerləşən, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0.06 ha həyətyanı təyinatlı torpaq sahəsinə, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına, 08 yanvar 2007-ci il tarixli 714 nömrə ilə qeydiyyata alınmış Torpaqların X5a və 09 avqust 2009-cu il 115224A nömrəli X8 və ölçüsü sənədinə əsasən mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarışın verilməs vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3286/2023 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-cı il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə 08 yanvar 2008-ci il tarixli 714 nömrə ilə qeydiyyata alınmış Torpaqların X5 tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsinə adına 09 avqust 2009-cu il tarixli Al 15224 nömrəli X8 və ölçüsü sənədi tərtib edilərək X7 kitabında 2250 nömrə ilə uçota alınmışdır. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinin icrasından imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Oğuz rayonu. Oğuz Bələdiyyəsinin İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci İl tarixli, 09 saylı qərarı olsada, DT və XK-nın Oğuz rayon şöbəsində qeydiyyata alınmış Torpaqların alqı- X9ı 08.01,2008-ci il tarixli 714 nömrə ilə qeydiyyata alınmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466- sayh 111 QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466- saylı İll QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-cı il tarixli 09 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 600 kv m torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır.
3. Oğuz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 04 nömrəli sərəncamından görünür ki, iddiaçıya fərdi evin tikintisi üçün icazə verilmişdir.
4. İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 250 manat məbləğində torpağın dəyəri Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılmasına etiraz etməmişdir.
6. Oğuz RİH Memarlıq və tikinti şöbəsinin məktubundan görünür ki, Şöbə 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir.
7. A seriyalı 115224 nömrəli “X8 və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-cı il tarixli 09 saylı iclas protokolunun qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə 600 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1561/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə satılmış və onun adına tərtib edilmiş A№025519 nömrəli “X8 və Ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsi, Oğuz rayonu Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan Bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0618 hektar torpaq sahəsi ilə onun adına tərtib edilmiş A№115224 nömrəli “X8 və Ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsi üst-üstə düşür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0618 hektar torpaq sahəsinin 0,0018 hektar hissəsi X3 X4 (TEKUİS) əsasən Oğuz rayonu Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, bələdiyyə mülkiyyətinə aid əraziyə düşür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0618 hektar torpaq sahəsi ilə onun adına tərtib edilmiş A№115224 nömrəli “X8 və Ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0618 hektar torpaq sahəsində tikili (fərdi yaşayış evi) vardır. Torpaq sahəsi 3 (üç) tərəfdən mişar daşı 1 (bir) tərəfdən metal torla hasarlanmışdır. İddiaçı faktiki istifadəsində olan 0,0618 hektar torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan Bələdiyyə mülkiyyətinə aiddir. X3 X4 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi istinad etdiyi alğı-satqı predmeti olan torpaq sahəsi üzərində Oğuz bələdiyyəsinin hüquqlarının qeydə alınmadığı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibаti orqаnlаrın inzibаti prаktikаsınа fiziki və yа hüquqi şəxslərin etimаdı qаnunlа qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “X7, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X7nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-cı il tarixli 09 saylı qərarı ilə İddiaçı mülkiyyətinə fərdi yaşayış evi tikintisi üçün ayrılan 600 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Oğuz şəhərində yerləşən A seriyalı 115224 nömrəli “X8 və ölçüsü” sənədinə əsasən iddiaçının mülkiyyətinə verilmiş 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Oğuz şəhərində yerləşən, 0.06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə