Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-864/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan respublikasının ərazi bütovlüyü uğrunda Qarabağda gedən döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1993-cü illədək iştirak etməyini nəzərə alaraq ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan respublikasının ərazi bütovlüyü uğrunda Qarabağda gedən döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1993-cü illədək iştirak etməyini nəzərə alaraq ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətə yararlı kimi xx.xx.1992-ci ildə İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Qarabağ torpaqları uğrunda döyüşən N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. İddiaçı xx.xx.1993-cü ildə hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissədən tərxis olunmuşdur.Lakin iddiaçıya bu günə qədər müharibə veteranı adı və vəsiqəsi verilməmişdir.İddiaçı müharibə veteranı adının verilməsi üçün cavabdeh orqana rəsmi müraciət etmişdir. Cavabdeh orqan isə xx.xx.2019-cu il tarixli məktubunda müraciətə baxılması üçün döyüşlərdə iştirakını təsdiq edən sənədlərin (hərbi biletin bütün səhifələrinin, şəxsiyyət vəsiqəsinin surətinin və s.) notarial qaydada təsdiq edilmiş surətlərinin müvafiq komissiyaya göndərilməsini qeyd etmişdir. Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2020-ci il tarixli 11/2586 nömrəli məktub göndərərək qeyd etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki,iddiaçıya inzibati orqan-Müdafiə Nazirliyi tərəfindən maraqlarına uyğun inzibati aktın verilməsi imtina edilməmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən X5 xx.xx.2019-cu il tarixli 1/E-14468 nömrəli məktubu ilə bildirilmişdir ki, tələb olunan sənədləri notariat qaydada təsdiq olunmuş surətini təqdim etdikdən sonra iclasında təkrar ona “Veteran adı” və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Beləliklə, iddiaçı X2 Nazirliyinə göstərilən sənədləri təqdim etmədiyindən inzibati orqanın ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsi kimi qiymətləndirilə bilməz. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İşdən görünür ki, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməmişdir. Orqan məktubunda işin araşdırılması üçün müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin Komissiyaya təqdim edilməsini bildirmişdir. İddiaçı isə tələb edilən sənədləri cavabdehə təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçıX4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan respublikasının ərazi bütovlüyü uğrunda Qarabağda gedən döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1993-cü illədək iştirak etməyini nəzərə alaraq ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-864/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-864/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver