Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-864/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********17 nömrəli imtinasının qanunsuz hesab edilməsi, Şəki rayonu Baş Göynük kəndində yerləşən və istifadələrində olan 0.15 ha torpaq sahəsinə X3 və ailə üzvlərinin adına verilmiş kod 40406018, JN-271F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və həmin torpaqda 1986-cı ildə inşa etdiyi fərdi yaşayış evinə torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı istifadəsində olan 0,15 ha torpaq sahəsinə X2 adına kod 40406018, JN-271F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verildiyini bildirərək həmin sənədin ləğv edilməsi və həmin torpaqda 1986cı ildə inşa etdiyi fərdi yaşayış evinə torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubla bundan imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etirazında bildirmişdir ki, Şəki rayonu, Baş Göynük kənd sakini X3 ve ailə üzvlərinin adına 25 may 2006-cı il tarixdə tərtib edilmiş JN-271F, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxladığından həmin sənədin leğv edilməsi və ya sənədə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi : İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir.Lakin, iddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağı 25 may 2006-cı il tarixdə X2 adına tərtib edilmiş JN-271F, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İş materiallarına əlavə edilən iddiaçının iştiakı ilə tərtib olunmuş xx.xx.2011-ci il tarixdə tərtib olunmuş aktda qeyd olunur : “İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair səhvən X2 adına JN-271F saylı kod 40406018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir”. Həmçinin,ləğv olunan DTXK-nin Şəki rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2011-ci il tarixli məktubda iddiaçının adına tərtib olunan plan-ölçü sənədi və X2 adına verilmiş sənədlərin quruma təqdim olunmasının zəruriliyi iddiaçıya bildirilmişdir. Ləğv olunmuş DTXK-nin sədrinin xx.xx.2011-ci il tarixli oxşar məzmunlu məktubun da da iddiaçıya məsələylə bağlı məlumat verilmişdir. Yuxarıda qeyd olunan sənədlərin məzmunundan,eləcə də iddiaçının məhkəmə iclasındakı izahatından görünür ki, iddiaçı 2011-ci ildən əvvəl hazırkı iş üzrə mübahisələndirilən JN-271F kod kod 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən məlumatlı olmuşdur.Belə olan halda, aydındır ki,iddiaçın aqrar islahat zamanı müvafiq qurumların vəzifəli şəxslərinin hərəkət və hərəkətsiziliyini mübahisələndirmək imkanı olmuşdur.Lakin,o bu hüququndan istifadə etməmiş,Şəhadətnaməni mübahisələndirməmişdir. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298ci mаddə). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi şəhadətnamənin ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.Odur ki,hazırkı iddia tələbi müddət baxımından mümkün sayılmamalıdır.Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-477/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da təsbit olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********17 nömrəli imtinasının qanunsuz hesab edilməsi, Şəki rayonu Baş Göynük kəndində yerləşən və istifadələrində olan 0.15 ha torpaq sahəsinə X3 və ailə üzvlərinin adına verilmiş kod 40406018, JN-271F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və həmin torpaqda 1986-cı ildə inşa etdiyi fərdi yaşayış evinə torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə