Məhkəmə qərarları › İş №2-1(116)-865/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-865/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-865/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 17 saylı Yevlax ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışın və A № 679283 nömrəli plan-ölçü sənədinin və ********** qeydiyyat nömrəli çıxarışın və A № 679284 nömrəli planölçü sənədinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 17 saylı Yevlax ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “********** qeydiyyat nömrəli çıxarışın və A № 679283 nömrəli plan-ölçü sənədinin və ********** qeydiyyat nömrəli çıxarışın və A № 679284 nömrəli plan-ölçü sənədinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya və ailə üzvüləri olan X1, X5 (evlilikdən sonra Bayramova), X10 (adın soyadın və ata adının dəyişdirilməsindən sonra X13), X6 və X2 Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Ağdaş rayonu Güvəkənd kəndində JN-207, KOD 90304018 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2 hissədən ibarət olmaqla, 12104.27 kv.metr və 6151.98 kv.metr torpaq sahəsi verilmişdir. Həmin çıxarışa torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etsə də, ona əsassız olaraq imtina verilmiş və məktub ünvanlayaraq məhkəməyə müraciət etməyi bildirilmişdir. Belə ki, həmin dövlət aktının ikinci (adlı siyahı olan səhifə) səhifəsində texniki səhv nəticəsində JN-207 əvəzinə JN-0028 qeyd edilmişdir. Bunu araşdırarkən ona məlum olmuşdur ki, JN-0028 nömrəsi digər kənd sakininə məxsusdur. Akda texniki səhv olması onun mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Buna baxmayaraq 1962-ci il təvəllüdlü İddiaçı Məhəmmədiyyə oğluna da ********** qeydiyyat nömrəli çıxarışın və A № 679283 nömrəli plan-ölçü sənədinin və ********** qeydiyyat nömrəli çıxarışın və A № 679284 nömrəli plan-ölçü sənədləri verilmişdir. Buna görə də hesab edir ki, ********** qeydiyyat nömrəli çıxarışın və A № 679283 nömrəli plan-ölçü sənədinin və ********** qeydiyyat nömrəli çıxarışın və A № 679284 nömrəli plan-ölçü sənədinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı hazırkı inzibati iş ilə bağlı mülkiyyət hüququnun qeydiyyata alınaraq verilmiş ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakına dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2583/2023 nömrəli məktubuna əlavə olunmuş, Ağdaş rayonu Güvəkənd kəndi üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, İddiaçı Məhəmmədiyyə oğlu və ailə üzvlərinin (X6, X1, X5, X11 və X16) adlarının qarşısında “qaytanlanmış kitabda həyətyanı sahə” qrafasında- 0,15 ha, “faktiki torpaq sahəsi” qrafasında- 0,58 ha, İddiaçı Məhəmmədiyyə oğlu və ailə üzvlərinin (X19, X3, X7, X12 və X14) adlarının qarşısında “qaytanlanmış kitabda həyətyanı sahə” qrafasında- 0,10 ha, “faktiki torpaq sahəsi” qrafasında- 0,28 ha torpaq sahəsi qeyd edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Güvəkənd kəndində yerləşən 1,2098 ha torpaq sahəsi üzərində Maraqlı şəxs və ailə üzvlərinin (X19, X3, X7, X8 və X4 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - A 679283 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, sözügedən sənəd JN-207 nömrəli Dövlət Aktına əsasən Ağdaş rayonu Güvəkənd kəndində yerləşən 1,2098 ha torpaq sahəsi ilə bağlı Maraqlı şəxs adına tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Güvəkənd kəndində yerləşən 0,6152 ha torpaq sahəsi üzərində Maraqlı şəxs və ailə üzvlərinin (X19, X3, X7, X8 və X4 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - A 679284 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, sözügedən sənəd JN-207 nömrəli Dövlət Aktına əsasən Ağdaş rayonu Güvəkənd kəndində yerləşən faktiki sahə 0,6211 ha, sənəd üzrə 0,6152 ha olan torpaq sahəsi ilə bağlı Maraqlı şəxs adına tərtib edilmişdir. - JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Ağdaş RAİK-nın xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı Məhəmmədiyyə oğlu, X19, X3, X7, X8 və X9 Ağdaş rayonu Güvəkənd kəndində 1,83 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ********** qeydiyyat nömrəli çıxarışın və A № 679283 nömrəli plan-ölçü sənədinin və ********** qeydiyyat nömrəli çıxarışın və A № 679284 nömrəli plan-ölçü sənədinin ləğv edilməsindən ibarətdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının ləğv edilməsini tələb etdiyi ********** (1,2098 ha) və ********** (0,6152 ha) qeydiyyat nömrəli çıxarışlar JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında tərtib edilmişdir. X26 207 planşetində torpaq sahəsinin ölçüsü 6151.98 kv.m, 207C planşetində isə torpaq sahəsinin ölçüsü 12104.27 kv.m göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 –li qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Odur ki, mübahisələndirilən çıxarışlarla bağlı qeydiyyatın ləğvinə nail olmaq üçün ilk növbədə həmin qeydiyyatın aparılmasına əsas olmuş JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı mübahisələndirilməli, qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra iddiaçı hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji qaydada məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə əlavə olaraq JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktınında subyektlərin siyahısının texniki səhvə yol verilməsi və iddiaçının ailə üzvlərinin əvəzinə digər şəxslərin adlarının qeyd edilməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, əgər sözügedən Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin özünə və digər ailə üzvlərinə ayrılmasını, lakin torpaq sahəsi ayrılmış şəxslərin siyahısının düzgün tərtib edilməməsini hesab edirsə, JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının özünə və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi üçün MPM-nin 307.2.5-ci maddəsinə əsasən Ağdaş rayon Məhkəməsinə müraciət etməlidir. (inzibati məhkəmə icraatı qaydasında hüquq müəyyənedici sənədlərin iddiaçılara aid olması faktına hüquqi qiymət verilməsi mümkün deyildir). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Qanunun (xx.xx.2006) İİİ hissənin 4-cü bəndinə əsasən “Torpaq islahatı haqqında” Qanuna əlavə edilən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının nümunəsi çıxarılmışdır. Sözügedən Qanunun V hissəsinin 2-ci bəndində “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin aşağıdakı redaksiyada verilməsi təsbit edilmişdir. - Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ... hüquqi torpaq kadastr sənədləri hesab olunur. Odur ki, mübahisələndirilən Dövlət Aktına düzəliş etmək mümkün olmadığından cavabdeh orqanın üzərinə yol verilmiş texniki səhvlərin aradan qaldırılması ilə bağlı öhdəlik qoyula bilməz. Mülki Prossesual Məcəllə: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6, 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 17 saylı Yevlax ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışın və A № 679283 nömrəli plan-ölçü sənədinin və ********** qeydiyyat nömrəli çıxarışın və A № 679284 nömrəli planölçü sənədinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar