Məhkəmə qərarları › İş №2-1(116)-869/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-869/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-869/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı "xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə Ağdaş rayonu Yenikənd kəndində anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. O, xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilədək X2 toxucu kimi işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə X10 vasitəsilə avtomatlaşdırılmış qaydada 227,89 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli cavab məktubu ilə bildirmişdir ki, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddət əmək kitabçasında yazılmadığı üçün həmin dövrün ümumi sosial sığorta stajının hesablanması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddət pensiya təyinatı zamanı nəzərə alınmadığından pensiya məbləği az hesablanmışdır. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2020-ci il tarixli 26 nömrəli arxiv arayışından görünür ki, İddiaçı X3 xx.xx.1976-cı il tarixli 283/k nömrəli əmrinə əsasən, xx.xx.1976-cı ildən toxucu sexinə toxucu şagirdi kimi qəbul edilmişdir. Kombinatın xx.xx.1978-ci il tarixli 452/k nömrəli əmrinə əsasən, iddiaçı xx.xx.1978-ci ildə işdən azad edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Mingəçevir şəhər filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubundan görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddət əmək kitabçasında yazılmadığı üçün həmin dövrün ümumi sosial sığorta stajının hesablanması mümkün deyildir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Mingəçevir şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə X10 vasitəsilə avtomatlaşdırılmış qaydada 227,89 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddət onun sosial sığorta stajına daxil edilərsə, aylıq pensiyasına 9,62 manat əlavə oluna bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş arxiv arayışı ilə müəyyən edilir ki, X3 şəxsi heyət üzrə əmr kitablarına əsasən, İddiaçı xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilədək X2 işləmişdir. Bu hesabla iddiaçının X2 iş stajı cəmi 1 il 11 ay 23 gün müəyyən olundu. Həmin müddət iddiaçının sosial sığorta stajına daxil ediləcəyi halda, onun aldığı aylıq pensiyanın məbləği 9,62 manat artacaq. Beləliklə, məhkəmə bu nəticəyə gəldi ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar