Məhkəmə qərarları › İş №2-1(116)-871/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-871/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-871/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 4-cü bəndinə görə, şəxs öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sadalanan normalardan göründüyü kimi, şəxsin ölməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biridir. Lakin bunun üçün şəxsin ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı polis orqanına təqdim edilməlidir. Ölmüş şəxsin ölümü qeydə alınmadıqda və ölümü təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmadıqda isə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi üçün ümumi məhkəməyə ərizə ilə müraciət edilməlidir. İddiaçı öz iddia ərizəsində qeydiyyatdan çıxarılmasını tələb etdiyi X2 vəfat etdiyini, lakin bu barədə rəsmi məlumat əldə edə bilmədiyini bildirmişdir. Bununla yanaşı, "AZEMİS" elektron məhkəmə informasiya sistemindən məhkəmə tərəfindən edilmiş çıxarışdan da görünür ki, onun ölümü qeydə alınmamışdır. Ona görə də məhkəmənin 03.06.2021-ci il tarixli məktubu ilə İddiaçı izah edilmişdir ki, X2 ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı olmadan Cavabdeh onu yaşayış yeri üzrə qeydiyyatdan çıxara bilməz. X2 ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmadıqda, iddiaçı onun müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə öz yaşayış yeri üzrə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edə bilər. Lakin iddiaçı həmin məktuba cavab olaraq 24.06.2021-ci ildə məhkəməyə göndərdiyi ərizədə X2 ölümü barədə iddia ərizəsində göstərdiklərinin kiminsə söylədiyi təxmindən ibarət olduğunu, həqiqəti əks etdirmədiyini, Mingəçevir Şəhər Qeydiyyat X1 ölümü barədə məlumatın olmadığını, bundan başqa, X2 vəfat etməsi faktının müəyyən edilməsi barədə ümumi məhkəmələrdə iddia qaldırmağın həm maddi cəhətdən yük olduğunu, həm də vaxt itkisinin olduğunu bildirmişdir. Bundan sonra "AZEMİS" elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışda X2 Yevlax rayon Qaramanlı kəndində anadan olduğu göstərildiyinə görə məhkəmənin 25.06.2021-ci il tarixli məktubu ilə Yevlax ŞİH başçısının Qaramanlı kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək X2 yaşayıb-yaşamaması barədə məlumat tələb olunmuşdur. Yevlax ŞİH başçısının Qaramanlı kənd İƏD üzrə nümayəndəliyindən alınmış 25.06.2021-ci il tarixli 07 nömrəli cavab məktubundan məlum olmuşdur ki, X4 əslən Yevlax rayon Qaramanlı kəndindən olmaqla Mingəçevir şəhərində yaşamışdır, qəbir daşında olan və qohumlarının verdiyi məlumata görə 02.04.2017-ci ildə vəfat etmiş və həmin tarixdə Yevlax rayonu Qaramanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Göründüyü kimi, X2 vəfat etməsi barədə məlumat əldə edilsə də, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün isə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı tələb olunur. Ona görə də İddiaçı X2 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edə bilər. Hazırkı iddia isə mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı "X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar