Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-878/2021 02.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı4, Qədirova Aygün Ələsgər qızının və İddiaçı2, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 qızı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, A.Şaiq küçəsi, 9 saylı binanın 1-ci mərtəbəsində, 2 saylı mənzildə yerləşən 5 otaqlı mənzilin özəlləşdirilib İddiaçı1 və ailə üzvlərinin adına daşınmaz əmlak dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 qızı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri, A.Şaiq küçəsi, 9 saylı binanın 1-ci mərtəbəsində 2 saylı mənzildə yerləşən 5 otaqlı mənzilin özəlləşdirilib İddiaçı1 və ailə üzvlərinin adına daşınmaz əmlak dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Stansiya müdriyyəti və Azərbaycan DRES həmkarlar ittifaqının 07.01.1988-ci il tarixli 9 nömrəli protokol qərarından çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 otaqlı xidməti mənzil 11.09.1987-ci il tarixli 7 nömrəli protokol qərarı əsasında İddiaçı1 və onun 4 nəfər ailə üzvünün xidməti istifadəsinə verilmişdir. Daha sonra isə Stansiya müdriyyəti və Azərbaycan DRES həmkarlar İttifaqının 28.03.2000-ci il tarixli 05-12 nömrəli qərarı ilə həmin ünvanda yerləşən 5 otaqlı xidməti mənzili, həmin mənzildə yaşayan 2 ailənin Abbas Abbasov, İddiaçı1 və onların ailə üzvlərinin xahişi ilə heç bir daxili və xarici arxitektur dəyişikliyi aparmadan ancaq balkondan çıxış qapısı açmaq və daxildə hamam, tualet və quruducu koridoru (şulka) bir tərəfdə saxlamaq şərtilə 2 otaq bir tərəfdə, 3 otaq digər tərəfdə qalmaq şərtilə ailələrdən biri mənzil növbəsi ilə ev alma müddətinə kimi qeyd olunan formada plan əsasında arakəsmə aparılaraq qalmasına icazə verilmiş, bundan sonra isə digər ailə evlə təmin edildikdən sonra arakəsmə aradan götürülmüş və qeyd edilən ünvan 2 ünvanında yerləşən 5 otaqlı xidməti mənzil tamamilə İddiaçı1 və ailə üzvlərinin istifadəsində qalmışdır. Həmin vaxtdan yuxarıda qeyd edilən mənzil İddiaçı1 və ailə üzvlərinin istifadəsində və sahibliyindədir. İddiaçıların istifadəsində olan bu mənzil Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verildikdən sonra, Mingəçevir İcra Hakimiyyəti başçısının 23.12.2010-cu il tarixli 147 nömrəli sərəncamı əsasında İddiaçı1 və ailə üzvlərinin yaşamaq hüququ və qeydiyyatı həmin mənzildə saxlanılaraq onların adına 30.12.2010-cu il tarixli 006961 saylı Order verilmişdir. Ümumiyyətlə, şəhərin AZ.DRES adlanan ərazisindəki çoxmənzilli binaların hamısı 2000-ci ilə qədər Azərbaycan DRES-nin balansında olmuş və Azərbaycan DRES-nin özəlləşdirilməsi ilə əlaqdar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.09.1999-cu il tarixli, 149 nömrəli, "Özəlləşdirilən və ləğv edilən müəssisələrin tabeliyində olan yaşayış binalarının və sosial obyektlərin yerli icra hakimiyyəti orqanlarının balansına verilməsi haqqında" qərarı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan DRES-nin balansında olan mənzillər 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 45-ci maddəsinin tələblərinə uyğun olaraq mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan və Azərbaycan DRES-də mənzil növbəliyində olan şəxslərə verilmişdir. İddiaçı1 yuxarıda qeyd edilənləri əsas tutaraq həmin mənzildə 1987-ci ildən ailə üzvləri ilə yaşadıqlarını və mənzilə Mingəçevir Şəhər İcra Hakimiyəti tərəfindən Order verilməsi ilə bağlı sənədlərlə birlikdə DƏDRX-nin 17 saylı (Yevlax) Ərazi İdarəsinə müraciət etmişdir ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı xidməti mənzilə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adlarına çıxarış verilsin. Lakin həmin idarə tələbin təmin olunmasından imtina edərək "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən qadağan olduğunu bildirmişdir. İddiaçılar bu imtinanı qanunsuz hesab edirlər və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdurlar. Order yaşayış sahəsinə köçmək üçün əsas hesab olunduğundan, İddiaçı1 və ailə üzvlərinin həmin mənzildə qanuni əsaslarla, yəni, 10.02.1988-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən yaşadığından, həmin mənzilə order aldığından mənzili özəlləşdirmək hüququna malikdir və bu səbəbdən də iddia tələbi təmin edilməlidir. Göstərilənlər nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilin özəlləşdirilib, İddiaçı1 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı5 və digərləri iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz verərək bildirdi ki, iddiaçı Qədirov X1 şəhəri, A.Şaiq küçəsi 9 nömrəli binanın 2 saylı mənzilinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax 7 razi İdarəsinə ərizə ilə müraciət etmiş və onun təqdim etdiyi sənədlər araşdırılmış, sözügedən mənzilin onun istifadəsinə müvəqqəti verilməsini nəzərə alaraq həmin mənzilin özəlləşdirilməsinə münasibət bildirilməsi və həmin mənzilin xidməti mənzil olub-olmaması barədə Mingəçevir şəhər İcra Hakimiyyətinə 05.01.2021 -ci il tarixli, **********3 sorğu məktubu göndərilmiş, lakin alınan cavab qənaətbəxş olmadığı üçün Mingəçevir şəhəri. A.Şaiq küçəsi 9 saylı binanın 2 saylı mənzilinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamasına dair imtina verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsində qeyd olunur ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəliəşdirilməsınə yol verilmir. Müvafiq əmlaka dair verilmiş order qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunmadan onun qeydiyyata alınması qanuna ziddir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan DRES müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin 07.01.1988-ci il tarixli birgə iclasının qərarı (protokol №9), - İddiaçı1 ilə icarədar Azərbaycan DRES mənzil istismar idarəsi arasında 20.02.1988-ci tarixdə bağlanmış kirayə müqaviləsi, - 28.03.2000-ci il tarixli, 05-12 nömrəli, Stansiya müdiriyyəti və Azərbaycan DRES həmkarlar komitəsinin birgə “Xidməti mənzilin daxilində müvəqqəti dəyişiklik barədə” Qərarı, - 30.12.2010-cu il tarixli, 006961 nömrəli Mingəçevir ŞİH-nin Orderi, - Mingəçevir şəhəri MKTK MİS-1-in 14.12.2010-cu il tarixli, 3009 nömrəli arayışı, - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 21.04.2021 və 25.01.2021-ci il tarixli imtina məktubları, - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 05.01.2021-ci il tarixli Mingəçevir ŞİHnə müraciəti və sonuncunun 18.01.2021-ci il tarixli, 63 nömrəli müraciətin cavablandırılması barədə məktubu, - Azərbaycan Respublikası Dövlət X2 29.06.2021-ci il tarixli arayışı, - Mingəçevir ŞİHB-nın 23.12.2010-cu il tarixli, 147 nömrəli sərəncamı, Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı1 şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 vasitəsilə təmsil olunur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan DRES müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin 07.01.1988-ci il tarixli birgə iclasının qərarından (protokol № 9) görünür ki, 4 nəfər ailə üzvündən ibarət, qazan-turbin sexinin işçisi - İddiaçı1 A.Şaiq küçəsində 9 nömrəli evdə 2 otaqlı, yaşayış sahəsi 27.14 kv.m olan xidməti mənzilin ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı1 ilə icarədar Azərbaycan DRES mənzil istismar idarəsi arasında 20.02.1988-ci tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri A.Şaiq küçəsində 9 nömrəli evdə yerləşən 2 otaqlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında iddiaçının xidməti istifadəsinə verilmiş, əmək fəaliyyəti başa çatdıqdan sonra işçinin həmin mənzili geri qaytarmaq vəzifəsi qeyd olunmuşdur (səhhətinə görə işdən azad edilməsi və pensiyaya çıxması istisna olunmaqla). İş materiallarına əlavə edilmiş, 28.03.2000-ci il tarixli, 05-12 nömrəli, Stansiya müdiriyyəti və Azərbaycan DRES həmkarlar komitəsinin “Xidməti mənzilin daxilində müvəqqəti dəyişiklik barədə” birgə Qərarından görünür ki, 1) 5 otaqlı xidməti mənzili, həmin mənzildə yaşayan 2 ailənin Abbas Abbasov, İddiaçı1 və onların ailə üzvlərinin xahişi ilə heç bir daxili və xarici arxitektur dəyişikliyi aparmadan ancaq balkondan çıxış qapısı açmaq və daxildə hamam, tualet və quruducu kolidoru (şulka) bir tərəfdə saxlamaq şərtilə 2 otaq bir tərəfdə 3 otaq digər tərəfdə qalmaq şərtilə ailələrdən biri mənzil növbəsi ilə ev alma müddətinə kimi qeyd olunduğu formada yüngül materiallardan (spirtli kapton, plastik kütlə) arakəsmə aparmasına razılıq verilmişdir, 2) Mİİ-nə həmin arakəsmənin razılaşmaya uyğun aparılmasına texniki köməklik göstərilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş, 30.12.2010-cu il tarixli, 006961 nömrəli Mingəçevir ŞİH-in Orderindən görünür ki, İddiaçı1 5 nəfər ailə üzvü ilə birlikdə 2 otaqdan ibarət 27.14 kv.m. yaşayış sahəsi olan A.Şaiq küçəsində 9 nömrəli evin 1-ci blok, 1-ci mərtəbəsində 2 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş 14.12.2010-cu il tarixli, 3009 nömrəli, Mingəçevir şəhəri MKTK MİS-1-dən verilən arayışdan görünür ki, İddiaçı1 A.Şaiq küçəsi ev 9, mənzil 2 ünvanında yaşayır. Mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. 2 otaqlıdır. Sahəsi 27.14 kv.m.-dir. Vətəndaş İddiaçı1 ailəsi 5 nəfərdən ibarətdir. İş materiallarına əlavə edilmiş, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 21.04.2021 və 25.01.2021-ci il tarixli imtina məktublarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 05.01.2021-ci il tarixli məktubundan və Mingəçevir şəhər İcra Hakimiyyətinin 18.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə münasibət bildirilməsi və həmin mənzilin xidməti mənzil olubolmaması barədə sorğu verilmiş, sonuncu tərəfindən həmin mənzilin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 07 yanvar 1988-ci il tarixli 9№-li protokolunun qərarına əsasən şəhərin A.Şaiq küçəsi ev 9№-li binanın beş otaqlı 2№-li mənzilin iki otağı İddiaçı1 xidməti istifadəsinə verilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət X2 29.06.2021-ci il tarixli arayışından görünür ki, Elektrik stansiyasının müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 07 yanvar 1988-ci il tarixli 09 nömrəli protokolu filiala təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş 23.12.2010-cu il tarixli, 147 nömrəli, Mingəçevir ŞİHB-ın sərəncamından görünür ki, İddiaçı1 şəhərin A.Şaiq küçəsindəki 9 nömrəli evin yaşayış sahəsi 27.14 kv.m. olan iki otaqlı 2 nömrəli mənzilində 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, və iki qızı və oğlu) 1988-ci ildən qeydiyyatdadır və yaşayır. Mənzil Dövlət mənzil fonduna aiddir və vətəndaş İddiaçı1 işlədiyi Azərbaycan DRES müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin 07.01.1988-ci il tarixli birgə iclasının qərarı ilə (protokol №9) verilmişdir. Vətəndaş İddiaçı1la icarədar Azərbaycan DRES mənzil istismar idarəsi arasında 20.02.1988-ci tarixdə icarə müqaviləsi bağlamışdır. Vətəndaş Ə,.M.Qədirov ikinci qrup ümumi səbəbdən əlildir. Özünün və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlak yoxdur. İddiaçı1 adına 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, iki qızı, oğlu) yaşadığı və qeydiyyatda olduğu A.Şaiq küçəsindəki 9 №-li evin yaşayış sahəsi 27.14 kv.m. olan iki otaqlı 2 №-li mənzilə order yazılmışdır. İş üzrə tədqiq edilmiş sübutlardan göründüyü kimi ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı1 işlədiyi Azərbaycan DRES müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin 07.01.1988-ci il tarixli birgə iclasının qərarı ilə (protokol №9) xidməti mənzil olaraq ayrılmış, daha sonra iddiaçı ilə icarədar Azərbaycan DRES mənzil istismar idarəsi arasında, əmək fəaliyyəti başa çatdıqdan sonra iddiaçının həmin mənzili geri qaytarmaq şərti ilə (səhhətinə görə işdən azad edilməsi və pensiyaya çıxması istisna olunmaqla) 20.02.1988-ci tarixdə icarə müqaviləsi bağlanmışdır. Bundan sonra həmin xidməti mənzil iddiaçının istifadəsinə verilmişdir və iddiaçı ailə üzvləri ilə birlikdə indiyədək həmin mənzildə yaşayır. Mingəçevir ŞİHB-nın 18.01.2021-ci il tarixli məktubunda da həmin mənzilin xidməti mənzil olması qeyd edilmiş, eyni zamanda, 28.03.2000-ci il tarixli, 05-12 nömrəli, Stansiya müdiriyyəti və Azərbaycan DRES həmkarlar komitəsinin “Xidməti mənzilin daxilində müvəqqəti dəyişiklik barədə” birgə Qərarında da həmin mənzildən xidməti mənzil olaraq bəhs edilmişdir. İddiaçının mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən ona xidməti mənzil olaraq verilməsi tam sübuta yetirildiyindən, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq mənzili 23.12.2010-cu il tarixli, 147 nömrəli, Mingəçevir ŞİHB-ın sərəncamı və həmin sərəncama əsasında verilmiş orderlə özəlləşdirmək hüququ yoxdur. Belə ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun vətəndaşlara 01 oktyabr 2009-cu il tarixdən sonra bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. İddiaçıya dövlət mənzil fonduna aid xüsusi təyinatlı (xidməti) mənzil 01 oktyabr 2009-cu il tarixədək (07.01.1988-ci tarixdə) verilmişdir. 01 oktyabr 2009-cu il tarixədək dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin, 01 oktyabr 2009cu il tarixindən sonra da dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüquqları qalmışdır. İddiaçının isə 01 oktyabr 2009-cu il tarixədək də, həmin mənzili özəlləşdirmək hüququ olmamışdır. Odur ki, Mingəçevir ŞİHB-nın 23.12.2010-cu il tarixli, 147 nömrəli sərəncamı və həmin sərəncama əsasında verilmiş 30.12.2009-cu il tarixli 006961 nömrəli order mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənəd kimi qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, xidməti mənzilərin özəlləşdirilməsi qanunvericiliklə qadağan edildiyindən və iddiaçının 1 oktyabr 2009-cu il tarixədək həmin mənzili özəlləşdirmək hüququ olmadığı kimi, həmin tarixdən sonra da ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzili özəlləşdirmək hüququ yaranmadığından “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 qızı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, A.Şaiq küçəsi, 9 saylı binanın 1-ci mərtəbəsində 2 saylı mənzildə yerləşən 5 otaqlı mənzilin özəlləşdirilib İddiaçı1 və ailə üzvlərinin adına daşınmaz əmlak dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-878/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-878/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver