Məhkəmə qərarları › İş №2-1(116)-878/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-878/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-878/2025 16.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Niyazi oğlunun cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X6 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının qismən yəni Ağdaş şəhər sakini X2 ayrılmış iaşə obyektləri tikintisi və yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmış 24 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi, həmin 24 kv.m torpaq sahəsinə yəni Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsindər iddiaçının istifadəsinə ayrılmış 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 188 saylı sərəncamı ilə Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsində istifadəsinə ayrılmış 24 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, X6 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının qismən yəni Ağdaş şəhər sakini X2 ayrılmış iaşə obyektləri tikintisi və yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmış 24 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi, həmin 24 kv.m torpaq sahəsinə yəni Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsindər iddiaçının istifadəsinə ayrılmış 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, “Ağdaş Rayon icra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə iddiaçının istifadəsinə metal konstruksiya, mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsinə 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi ayrımışdır. Ayrılmış həmin torpaq sahəsi sentyabr 1997- ci il tarixdə aidiyyəti orqanların iştirakı ilə tərtib edilmiş Aktla iddiaçıya təhvil verilmiş, torpaq sahəsinin sxematik planı təsdiq edilmişdir.Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2024-cü il tarixli 5-32-15/2- 6/2024 saylı məktubla Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamının ləğv olunmadığı hazırda qüvvədə olduğu öz təsdiqini tapmışdır. İddiaçı həmin vaxtdan ayrılmış torpaq sahəsində mağaza işlədirdi. Mağazanın Yanğın təhlükəsizlik sertifikatı da alınmışdır. İddiaçı həmin torpaq sahəsinə təyinatına uyğun olaraq reyestrdə qeydə alınıb çıxarış verilməsi, həmçinin orada əsaslı tikinti işləri aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdi. Oradan 13.01,2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar ünvanlayaraq bildirdilər ki, həmin ərazinin bələdiyyə mülkiyyətinə aid boş ərazi olduğu üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməlidir. Bundan başqa 06.01,2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının Ağdaş bələdiyyəsinin və memarın iştirakı ilə Akt tərtib edildi və həmin aktda göstərildi ki, sözügedən Sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsində mövcud olmuş köşk 2010-cu ildə abadlıq işləri ilə əlaqədar oradan götürülmüş, baza məlumatlarına əsasən həmin ərazi bələdiyyə mülkiyyəti kimi elektron baza məlumatları əsasında xəritəyə işlənmişdir. İddiaçıya Ağdaş bələdiyyəsinə və Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə edildi. İddiaçı da həmin toropaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün Ağdaş bələdiyyəsinıə müraciət etdi. Məlum oldu ki, elektron baza məlumatlarında boş ərazi kimi qeyd edildiyi bildidrilən torpaq sahəsi 1088 kv.m hissədə Ağdaş şəhər sakini X1 adına sənədləşdirilmişdir və iddiaçıya ayrılmış 24 kv.m torpaq sahəsi həmin 1088 kv.m torpaq sahsinin içərisində qalmışdır. Deməli Ağdaş bələdiyyəsi həmin ərazidə iddiaçıya məxsus 24 kv.m torpaq sahəsi olduğunu bilə-bilə həmin torpaq sahəsini başqa şəxsə vermişdir və bununla da iddiaçının həmin torpaq sahəsinə olan hüquqlarım xəbəri olmadan əlindən alınmışdır. Bu səbəbdən də müraciət etdiyi dövlət orqanlarından müraciətinə cavab olaraq bildirirlər ki, iddia etdiyi torpaq sahəsində tikinti işləri aparılması üçün icazə verilməsindən ötrü əvvəlcə həmin toropaq sahəsinə çıxarış almalıdır. İddiaçı da cavabdeh orqana müraciət edərək Ağdaş Rayon icra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə iddiaçının istifadəsinə metal konstruksiyalı mağaza köşkü qoymaq üçün Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsindən ayrılmış 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilməsini tələb etdm. Oradan imtina edilərək cavab verildi ki, həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim etməlidir. İddiaçı həm İcra başçısının Sərəncamını, sahənin ayrılması barədə Aktı, plan-çizgini, hətta bələdiyyə ilə iddiaçı arasında bağlanmış və ləğv edilməmiş 01,05.2000-ci il tarixli 28 nömrəli Müqaviləni təqdim etmişdir və bildirmişdir ki, həmin ərazidə yerləşən 24 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə ayrılıb və ora başqa şəxsin adına sənəd verilməsi qanunsuzudur. Hazırda həmin sahə bələdiyyə mülkiyyəti kimi baza məlumatlarına qeyd edilmişdir, lakin cavabdeh oraya başqa şəxsin adına sənəd verildiyini bildirir. İddiaçı da məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etməli olmuşdur.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, "Elektron Məhkəməsi Sistemi ’nə yerləşdirilmiş inzibati iş üzrə materillar həmçinin iddiaçının müraciəti əlaqəli şəkildə təhlil edilmiş və araşdırılmışdır. İddia tələbinin əsaslarına görə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 nömrəli sərəncamı ilə iddiaçının istifadəsinə 24 kv.m torpaq sahəsi verilmişdir. Məlum olduğu kimi iddiaçı həmin torpaq sahəsindən dövrünə görə istifadə etmiş, metal konstruksiya (köşk) inşa etdirmiş, lakin memarlıq baxımından səliqəsiz olması səbəbindən abadlıq-quruculuq işləri zamanı götürülmüşdür. (Ağdaş rayon İcra Hakimiyyətinin 5-32-9/2-N-1-148/2023 nömrəli 13 01.2023-cü ıl tarixli məktubu). Digər bir tərəfdən, Ağdaş rayon Bələdiyyəsinin 235 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə hazırda iddia edilən torpaq sahəsi üzərində üçüncü şəxsin (X3) mülkiyyət hüquqlarının tanınmış olması və ilkin sənədlərim Bələdiyyənin 01 07.2024-cü il tarixli Bələdiyyə qərarı təşkil etdiyi bildirilmişdir. Hesab edirik ki, faktiki vəziyyətdə iddia edilən torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olduğundan iddia tələbi əsassızdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını hörmətli Məhkəmədən xahiş edirik.”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, hazırkı tələbdə iddiaçının hüquqi marağı Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 188 saylı sərəncamı ilə Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsində istifadəsinə ayrılmış 24 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. İş üzrə təqdim edilmiş sənədlərdən belə müəyyən olunur ki, sözügedən ərazidə 1088 kv.metr ölçüdə torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 01.iyul 2004-cü il tarixli 112 saylı qərarı ilə X2 ayırılmış, sonuncun mülkiyyət hüquqları **********42 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddia olunan torpaq sahəsi DWJ əsasən mülkiyyətçisi - Ağdaş rayonu, Ağdaş bələdiyyəsi, təyinatı (kateqoriyası) -yaşayış məntəqələrinin torpaqları (ictimai tikililərin əraziləri) təyinatlı torpaq sahəsidir.TEKUİS məlumat bazasına əsasən mülkiyyətçisi - **********42 reyestr nömrəli çıxarışla X1 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. İddia olunan torpaq sahəsinin təyinatı (kateqoriyası) -yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla, faktiki ölçüsü, döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Belə olan halda həmin qeydin qüvvədə olduğu müddətdə iddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya izah olunur ki, hazırkı tələblə çıxış etməzdən əvvəl X1 rəsmi reyestrdə alınmış qeydə alınmış mülkiyyət hüquqlarının qeydiyyatı ayırıca icraatda mübahisələndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X6 xx.xx.2004-cü il tarixli 112 saylı Sərəncamının qismən yəni Ağdaş şəhər sakini X2 ayrılmış iaşə obyektləri tikintisi və yardımçı istirahət zonası ilə birlikdə cəmi 1088,5 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmış 24 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi, həmin 24 kv.m torpaq sahəsinə yəni Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 188 saylı Sərəncamı ilə Ağdaş şəhər Azadlıq küçəsi 79 saylı binanın qarşısındakı bağın səki kənarı hissəsinə Z.Qəmbərov adına bulaqla eyni sırada mövcud olan metal konstruksiyalı ticarət köşkləri cərgəsindər iddiaçının istifadəsinə ayrılmış 8m x 3m (24 kv.m) ölçüdə torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar