Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-88/2024 08.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxx 1955-ci ildə Şəki rayon Kiçik Dəhnə kəndində anadan olmuşdur. xx.xx.1971-ci ildən xx.xx.1974-ci tarixə qədər Şamaxı Kənd təsərüffatı texnikomunda əyani təhsil almışdır. xx.xx.1974-cü ildən 27.11,1976-ci il taxirə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Şəki rayon İstehlak Cəmiyyətinin İdarə X4 Dəhnə 41 saylı mağazada satıcı vəzifəsində işləmişdır. 18 ,05.1979-cu ildən xx.xx.1996-ci tarixə qədər Şəki rayon Kooperativlər Cəmiyyətində birinci satıcı, sonra müdür vəzifəsində çalışmışdır. xx.xx.1997-ci ildən 1997-ci ilin dekabr ayına qədər Şəki Quşçuluq savxozunda ekspeditor vəzifəsində işləmişdır. xx.xx.2008-ci tarixdən xx.xx.2018-ci il tarixə qədər RF Kirov vilayətində 11 saylı cəzaçəkmə müəssəsiində cəza çəkmişdir . xx.xx.2019-cu ildən xx.xx.2020-ci tarixə qədər müddətli əmək müqaviləsi ilə Mingəçevir şəhər Mənzil Komunal Təsərüffat və İstehsalat Birliyində sahə nəzarətçisi vəzifəsində çalışmışdır. xx.xx.2021-cu tarixədən xx.xx.2023-cü ilə qədər Mənzil Komunal Təsərüffat və İstehsalat Birliyində sahə nəzarətçisi vəzifəsində çalışmışdır. Cəmi stajı 27 il 11 ay 19 gün təşkil edir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi fillialına yaşa görə əmək pensiyasını təyin edilməsi üçün müraciət etmiş, iddiaçının tələbi təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (01,09.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil aldığı illər və 18.11,1974-cü il tarixdən 27.11,1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 10 il 8 ay təşkil edir. Eyni zamanda 01.01,2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7 il 1 ay sığorta stajına uyğun olaraq 5.117,82 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3.491,84 manat olmaqla, ümumilikdə 8.609,66 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edək ki, 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək iddiaçının Şəki rayon Kooperativlər Cəmiyyətində olan əmək fəaliyyəti əmək kitabçasında düzgün qeyd edilməyib (işə daxil olma və işdən azad olma əmrləri yoxdur). Eyni zamanda İddiaçı əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdə işə daxil olma əmrində qaralama olduğu üçün xx.xx.1992ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955ci il təvəllüdlüdür.
3. İddiaçıya məxsus ИТ-İ ******* saylı Əmək kitabçası.
4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.
5. İddiaçıya məxsus Щ 014421 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixdə qədər Şamaxı Kənd təsərrüfatı Texnikumunda baytar texniki ixtisası üzrə təhsil almışdır.
6. Şəki rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
7. Şəki rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
8. Şəki rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
9. 1986-1987-ci il tarixli X2 Kooperativinin Əmrlər kitabındakı xx.xx.1986-cı il tarixli 5№-li sərəncamdan görünür ki, İddiaçı 5 nömrəli mağazaya müdür satıcı təyin edilmişdir.
10. 1986-1987-ci il tarixli X2 Kooperativi Əmrlər kitabındakı xx.xx.1987-cı il tarixli 412-li sərəncamdan görünür ki, İddiaçı 5 nömrəli mağazaya müdür satıcı vəzifəsindən ərizəsi üzrə həmin mağazadan ayrılmış və 48 nömrəli mağazaya satıcı vəzifəsinə təyin edilmişdir..
11. M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyi üzrə (1992-1995-ci illər üzrə) əmr kitabından görünür ki, M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyi üzrə 42 nömrəli əmrlə İddiaçı xx.xx.1992-ci il tarixdən mağazaya müdür satıcı təyin edilmişdir. Kitabda 1995-ci ildən sonrakı tarix barədə məlumat yoxdur.
12. 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu.
13. “Azərittifaq” Şəki rayon Kooperativ Cəmiyyətinin xx.xx.2023-cü il tarixli Arayışı.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çoxdur. Bu iddiaçıya məxsus ИТ-İ ******* saylı Əmək kitabçasına və iş materiallarına əsasən aşağıdakı qaydada hesablanmışdır :
1. xx.xx.1971-xx.xx.1974-ci tarixə qədər Şamaxı Kənd təsərüffatı texnikomunda əyani təhsil almışdır. (2 il 05 ay 25 gün)
2. xx.xx.1974-cü ildən 27.11,1976-ci il taxirə qədər hərbi xidmətdə olmuşdur. (2 il 9 gün)
3. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Şəki rayon İstehlak Cəmiyyətinin İdarə X4 Dəhnə 41 saylı mağazada satıcı vəzifəsində işləmişdır.(2 il 29 gün)
4. xx.xx.1979-cu ildən xx.xx.1996-ci tarixə qədər Şəki rayon Kooperativlər Cəmiyyətində birinci satıcı, sonra müdür vəzifəsində çalışmışdır.(17 il 2 gün)
5. xx.xx.1997-ci ildən 1997-ci ilin dekabr ayına qədər Şəki Quşçuluq savxozunda ekspeditor vəzifəsində işləmişdır. (6 ay 9 gün)
6. xx.xx.2019-cu ildən xx.xx.2020-ci tarixə qədər müddətli əmək müqaviləsi ilə Mingəçevir şəhər Mənzil Komunal Təsərüffat və İstehsalat Birliyində sahə nəzarətçisi vəzifəsində çalışmışdır. (1 il 10 ay 18 gün)
7. xx.xx.2021-cu tarixədən xx.xx.2023-cü ilə qədər Mənzil Komunal Təsərüffat və İstehsalat Birliyində sahə nəzarətçisi vəzifəsində çalışmışdır. (11 ay 29 gün) Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının Şəki rayon Kooperativlər Cəmiyyətində olan əmək fəaliyyəti əmək kitabçasında düzgün qeyd edilməməsi (işə daxil olma və işdən azad olma əmrləri yoxdur). Eyni zamanda İddiaçı əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdə işə daxil olma əmrində qaralama olduğu üçün xx.xx.1992ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilməməsi ilə bağlı olmuşdur. Həmin dəlilə münasibbətdə məhkəmə bildirir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı tarixlərdə Şəki rayon Kooperativlər Cəmiyyətində birinci satıcı, sonra müdür vəzifəsində işləməsi ilə bağlı 1986-1987-ci il tarixli X2 Kooperativi sərəncam kitabında qeyd aparılmışdır.Kitabın birinci səhifəsində cəmiyyətdə xx.xx.1986-cı il tarixindən baş vermiş yanğın hadisəsinə dair məlumat qeydi aparılmış və əvvəlki dövrə aid sənədlərin yandığı göstərilmişdir.Həmin kitabın 5-ci səhifəsində 9 nömrəli qeyddən görünür ki,iddiaçı müdir-satıcı vəzifəsində işləməkdə davam edir.Həmin kitabın 148-ci səhifəsində 412 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən iddiaçı xx.xx.1987-ci il tarixində vəzifəsindən azad olunmuşdur. M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyinin 1992-1995-ci illər üzrə əmr kitabında qeydlər aparılmışdır. Həmin kitabın 5-ci səhifəsində 42 nömrəli əmr iddiaçının 48 nömrəli mağazaya müdir-satıcı vəzifəsinə təyin edilməsi barədədir.Əmrlər kitabı xx.xx.1995-ci ilə qədər olan əmrləri əhatə edir ki,həmin tarixədək də iddiaçının işdən azad olunması barədə qeyd aparılmamışdır. Yuxarıda qeyd olunan araşdırma materiallarından göründüyü kimi iddiaçının əmək kitabında aparılmış qeydlər öz təsdiqini digər sübutlarla tapdığından cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sosial sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.