Məhkəmə qərarları › İş №2-1(116)-883/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-883/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-883/2022 16.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı Şəki bələdiyyəsinin nümayəndəsi X14, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı Şəki bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Şəki bələdiyyəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli,, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına xitam verilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Şəki Şəhər Bələdiyyəsi Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)- 1350/2021 saylı mülki iş üzrə maraqlı şəxs qismində işə cəlb edilmişdir. İşə cəlb edildikdən Şəki şəhəri S.Rəhman küçəsi 47 ünvanda yerləşən bələdiyyə mülkiyyətində olan 785,6 kv metr torpaq sahəsinin qanunsuz və əsasız olaraq özgəninkiləşdirildiyi məlum olmuşdur. Sözügedən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi 19 may 2017-ci il tarixli **********94 kodlu, 10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla bələdiyyə mülkiyyətindən çıxarılaraq X3 mülkiyyətinə verilmişdir. 19 may 2017-ci il tarixdə xüsusi mülkiyyətə verildikdən sonra xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəliklə bələdiyyə torpağı X17 adına özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahəsi sonradan 21 iyun 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında X20 adına keçirilmiş və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüauai Şəxsin 12 saylı Şəki Əraziİdarəsi tərəfindən ona 10.07. 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilmişdir. İşin faktiki hallarından görünür ki, X18 xx.xx.1991-ci il tarixdə vəfat etmiş və onun vəfat etdiyi günədək Şəki şəhəri S.Rəhman küçəsi 47 ünvanda yerləşən bələdiyyə mülkiyyətində olan 785,6 kv metr torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən evin istifadəçilərinin mülkiyyət hüququ olmamışdır. X3 istifadəsinə 261 saylı Nuxa rayon Qışlaq Krov adına kolxozun 01 mart 1963-cü il tarixli, 2 saylı ümumi iclas protokolu ilə torpaq ayrılmış, həmin torpaq kolxozçu həyəti olmuş, şəxs 1991-ci il tarixdə vəfat etmişdir. Şəxsin vəfat etməsi onun istifadəsində olan əmlakın vərəsəliklə ötürülməsinə səbəb olmur və Mahizər Hüseynovanın vəfatından sonra onun təsərrüfatında üvzlərin olmaması həmin təsərrüfatın kolxoza keçməsinə səbəb olmuşdur. Həmin dövrdə M. Hüseynovanın vərəsələri miras əmlakı qəbul etməmişdir (mirasın qəbulu ilə bağlı nə həmin dövr üçün vərəsəlik şəhadətnaməsi, nə də məhkəmə qətnaməsi mövcud deyil). İşdən görünür ki, həmin mirasın qəbulu 2017-ci il tarixdən sonra baş vermişdir. Bütün bunlardan bələdiyyənin hazırda torpaq adına qanunsuz sənədləşdirilmiş X26 ilə X4 arasında olan mübahisənin məhkəmə araşdırması zamanı xəbəri olmuşdur. Mübahisəyə Şəki Rayon Məhkəməsində baxılarkən Şəki şəhər Bələdiyyəsi maraqlı şəxs kimi cəlb edildikdən sonra mülkiyyətimizdə olmuş torpaq sahəsinin qanunsuz olaraq Mahizər Hüseynovanın adına rəsmiləşdirildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-nın 21 aprel 1978-ci il tarixdə qəbul edilmiş Əsas Qanunda (Konstitusiyasında) mülkiyyətin, o cümlədən torpaq mülkiyyətinin “xüsusi mülkiyyət hüququ” kimi forma göstərilməmiş vahid mülkiyyət fotması olan “dövlət mülkiyyəti hüququ” göstərilmişdir. Habelə 1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllədə dövlət mülkiyyət hüququnu tanıyaraq yalnız torpaq üzərində vətəndaşlara istifadə hüququ tanınmışdır. 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına “xüsusi mülkiyyət hüququ” ifadəsi salındıqdan sonra torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşdırılmış və respublikada aqrar islahatlar aparılmışdır. Göründüyü kimi iddia iddiçının marağı baxımından qeyri- mümükün olmaqla yanaşı hesab edirik ki, iddiaçının subyektiv hüququ inzibati iş üzrə mövcud deyil. Belə ki, 1965-ci il Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən Dövlət mülkiyyəti bütün sovet xalqının ümumi sərvəti, sosialist mülkiyyətinin əsas formasıdır. Dövlət bütün dövlət əmlakının yeganə mülkiyyətçisidir. Həmin məcəlləsinin 90-cı maddəsində göstərilmişdir ki, torpaq, yerin təkin, sular və meşələr dövlətin müstəsna mülkiyyətidir və ancaq istifadəyə verilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən vətəndaşların şəxsi mülkiyyətində məişət, şəxsi istehlak, rahatlıq və yaradıcı ev təsərrüfatı predmetləri, yaşayış evi və əmək qənaətləri ola bilər. Həmin məcəllənin 119-cu maddəsinə əsasən Kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında, onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyət yanı torpaq sahəsindəki yardımçı təsərrüfat yaşayış evi, məhsuldar mal -qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Bundan əlavə, kolxozçu həyəti üzvlərinin, kolxozun ictimai təsərrüfatında iştirak etməklə əldə edib, həyətin mülkiyyətinə verdikləri əmək gəlirləri və ya həyətin mülkiyyətinə verdikləri sair əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş ev məişət və şəxsi istehlak şeyləri kolxozçu həyətinə məxsusdur. Həmin məcəllənin 108-ci maddəsinə əsasən kolxozçu həyəti üzvünün şəxsi əmək gəliri və qənaətləri, habelə onun şəxsi vəsaiti hesabına əldə etdiyi və ya vərəsəlik yolu ilə, yaxud bəxşiş olaraq alıb həyətin mülkiyyətinə vermədiyi əmlak, kolxozçu həyətinin həmin üzvünün şəxsi mülkiyyətini təşkil edir. Kolxoz nizamnaməsinə müvafiq olaraq, ancaq kolxozçu həyətinə məxsus ola bilən əmlak, kolxozçu həyətinin üzvü olan vətəndaşın şəxsi mülkiyyətində ola bilməz. Habelə həmin məcəllənin 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakindakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. 1965-ci ilidə qüvvəyə minmiş Mülki Məcəllənin 564-cü maddəsinə əsasən kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyətinin üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına bu bölmənin qaydaları tətbiq olunur. Bu maddənin birinci və ikinci hissələrində şərh olunmuş qaydalar, həmçinin kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında əmlak vərəsəliyi zamanı da tətbiq edilir. Xənimət Bədəlovadan miras əmlak, habelə həyaətyanı torpaq sahəsi qalmasa belə ərizənin vərəsəliklə bağlı olan hissəsinə münasibət bildirərək qeyd etmək istəyirik ki, həmin məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmə üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi 1965-ci il Mülki Məcəlləsində torpağın şəxsi mülkiyyətdə olması təfsir olunmamışdır. 1965-ci ilin Mülki Məcəllənin 565-ci maddəsinə əsasən aşağıdakı hallarda miras əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir; 1) əmlak dövlətə vəsiyyət edilmişsə, 2) miras qoyanın nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələri yoxdur. 3) bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişlərsə (Bu Məcəllənin 531, 537-ci maddələri); 4) vərəsələrdən heç biri miras əmlakını qəbul etməzsə. Göstərilənlər nəzərə alınaraq Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı Şəki Bələdiyyəsi 21.01,2022-ci il tarixli, ********** nömrəli ərizə ilə ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi üçün ərazi idarəsinə müraciət etmişdir. Bildiririk ki, 19 may 2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat Nuxa rayon Qışlaq kənd Kirov adına Kolxozun 01 mart 1963-cü il tarixli, 4 saylı qərarı əsasında aparılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycari Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlaklar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci maddəsinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarı əsas olduğundan qeydiyyat aparılarkən qanunvericliyin tələbləri pozulmamışdır. Odur ki, iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxs, iddia tələbinə etirazında qeyd etmişdir ki, mübahisələndirilən mülklə bağlı məhkəmə aktları 2005-2008-ci illərdə qəbul edilmişdir. Həmin illərə kimi mülk dövlət qeydiyyatına alınmadığından və mülkiyyətçi hələ 15 may 1991-ci ildə ölməsi səbəbindən torpağa sənəd təqdim edilmədiyindən, məhkəmə sənədlərində mülkün qeydə alınmaması fikri öz əksini tapmışdır. Lakin arxivdən torpağın sənədi əldə edildikdən sonra mülk qeydə alınmışdır. O ki, qaldı bələdiyyəyə onun bu mülkə heç bir aidiyyəti yoxdur. Torpağa qərar tapılmasa belə qanunda 2015-ci ildə edilən dəyişikliyə görə torpağada mülkiyyət hüququ texniki pasporta görə mülk 2001-ci ildən əvvəl tikildiyinə görə tanınmalı idi. Göstərilən mülkün texniki pasportu 2001-ci ildən əvvəl yəni 1979-cu ildə mövcud olmuşdur. Bunlardan əlavə X31 Azərbaycan Respublikasının Qanununun 6-8-ci maddələrinə, Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə, Qüvvədə olan Torpaq Məcəlləsinin 46-47-cı maddələrinə əsasən qeyd edilən mülkün altında olan və qanuni istifadəsindəki bu torpaq sahəsi dövlətin və ya bələdiyyənin deyil, onun özünündür. Mübahisələndirilən torpaq sahəsinin bələdiyyəyə verilməsinə heç bir sənəd, fakt və qanuni əsas yoxdur. Şəki bələdiyyəsinin mübahisələndirilən torpağın Fərhada satmasına dair 30 mart 2006-cı il tarixli 19 saylı qanunsuz qərarını Azərbaycan Respublikası Apellyasiya məhkəməsi tərəfindən 23 avqust 2006-cı il tarixli, 1MK-5197/2006 saylı qətnamə ilə qanunsuz və əsassız olduğundan olduğundan ləğv edilmişdir. Fərhad Məcidovun tərtib etdiyi 2005-ci ildəki saxta sənədləşmədə 1991-ci ilin yanvar ayında X5 ev alması göstərilib. Ləğv olunmuş qanunsuz qətnamədədə Fərhadın saxta sənədlərinə görə Mahizər Şironovanın qeyd edilən mülkə mülkiyyət hüququ tanınmışdır. Halbuki rəsmi sənədlərlə tam təstiq olunur ki, Mahizərin Aşqabada ərə getdikdən sonra soyadı ərinin soyadına keçdiyindən Hüseynova olmuşdur. Nə Fərhadın saxta sənədləşməsində göstərilən 1991-ci ildə nə də, ondan əvvəlki illərdə o, Şirinov familiyası daşımamış, pasportuna uyğun olaraq 1991-ci ildəki ölüm şəhadətnaməsində də soyadının Hüseynova olması göstərilmişdir. Mahizərin qızlıq dövründə soyadı babasının adı ilə bağlı Səmədova olmuşdur. ünvan 1 ünvanda 785,6 kv.metr torpaq sahəsinin 0,0437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27 kv.metr yaşayış, 26 kv.metr köməkçi sahədən ibarət olan yaşayış evinə və torpağa dair 1979-cu ilin mart ayında 7099 inventar nömrəsi ilə təıtib edilmiş texniki pasportda X9 adına olmuşdur. Həmin pasportda evin torpağa dair qərarın verildiyi 1963-cü ildə tikilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X41 Hilalının verdiyi 15 fevral 2017-ci il tarixli,261 saylı sənəddə Nuxa rayon Kirov adına kolxozun 01 mart 1963cü il tarixli 4 saylı iclas protokolunun çıxarışındakı qərarda 21-ci rayon Zəhmətkeşlər küçəsi 3 saylı evdə yaşayan X24ma Zakatala küçəsindəki boş torpaq sahəsində (hazırkı S.Rəhman küçəsi 47 ünvan) ev tikmək üçün torpaq verilməsi göstərilir. Fərhad Məcidov anasından etibarnamə alıb anası X6 adından bələdiyyə, icra hakimiyyəti və mübahisəli evdə olan kirayənişinlər Eldar Qocamanova və Gülgəz Qocamanovaya qarşı “bacısı sahibliyində olan qeyd edilən mülkün bir otağına sahibliyinin bərpası və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə buraxılmasına”dair 2007-ci ildə yeni iddia qaldırmışdır. Şəki rayon məhkəməsinin 31 yanvar 2008-ci il tarixli, 2(075)- 31/2008 saylı qətnaməsi ilə bu iddiada əsassız hesab edilərək rədd edilmişdir. X16 anasının nümayəndəsi kimi Apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya məhkəməsinin MİÜMK-nın 24 iyun 2008-ci il tarixli qətnaməsi ilə şikayət əsassız olduğundan təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. Hər iki məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddia əsassız olmaqla yanaşı iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. X.Məcidova o evə sahiblik etməmişdir. Odur ki,onun bu tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-sı 18 noyabr 2008-ci il tarixli, 2(102)-2938/08 saylı qərarı ilə Fərhadın kassasiya şikayəti əsassız hesab esdilmiş, Apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır Qərarda qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallardan görünür ki, ünvan 1-də yerləşən iki otaqlı ev 1963-cü ildə X21 və onun valideynləri tərəfindən tikilmişdir. Mübahisəli ev əvvəllər Mahizər Səmədovanın, onun ölümündən sonra atası X22, 1998-ci ildən isə Telman Şirinovun sahibliyindədir. Telman Şirinov 1998-ci ildə cavabdeh E.Q.Qocamanovu ailə üzvləri ilə birlikdə kirayəşin kimi mübahisəli evə köçürmüş və artıq 10 ildir ki, onlar həmin evdə yaşayırlar. Mübahisəli ev heç vaxt iddiaçı X.D.Məcidovanın sahibliyində olmamışdır”. Göründüyü kimi Mahizərin 1963-1979-cu illərdə soyadının Səmədova olması araşdırılaraq məhkəmə tərəfindəndə müəyyən edilmişdir. Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəsinin verdiyi 25 sentyabr 2008-ci il tarixli, 545 saylı arayışında da ünvan 1-də yerləşən evin sahibinin X21 olması göstərilir. X8 F.Nəcəfov tərəfin narahat adam olmalarını əvvəlcədən duyub mülk adına olmasa da əsasən özü tikdiyindən gələcəkdə söz-söhbəti kəsmək üçün evi 8 iyul 1992-ci ildə oğlu Telmana ölümündən sonra sərəncam vermək üçün vəsiyyət etmiş, həmin tarixdə Şəki 2 saylı Notariat kontorunda vəsiyyətnaməni təstiq etdirmişdir. Qarşı tərəfin 1963-cü ildə ünvan 2 ünvan) ev tikmək üçün soyadı və ata adından asılı omayaraq başqa bir Mahizər adlı şəxsində olmasına nəinki mötəbər heç mübahisəli heç bir sübutu yoxdur. - İşdə olan, X41 Filialı tərəfindən təqdim edilmiş, Nuxa rayon Qışlaq kənd Kirov kolxozunun 01 mart 1963-cü il tarixli 4 saylı ümumi iclas protokolundan aşağıdakılar qeyd edilmişdir: 21-ci rayon Zəhmətkeş küçəsi 3 №-li evdə yaşayan X10 verdiyi ərizəsini yer üzərində yoxladıqda məlum olmuşdur ki, yoldaşın ailəsi çox olduğundan ev cəhətcə darısqal olduqlarından məhləsində ev tikməyə uyğun yeri olmadığına görə yoldaşa kolxozun 21-ci rayon Zaqatala küçəsində daşlıqda boş olan torpaq sahəsindən ev tikmək üçün işçi qulluqçu kimi 0.07 hektar verilərək içərisində təzə ev tikməyə razılıq verilsin. Bu şərtlə ki, ev tikməyə şəhər arxitektura şöbəsi yoxladıqdan sonra etibarlı hesab edilsin. - İşdə olan, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X11 məxsus olmuş, ünvan 3 ünvanı Şəki şəhəri Zaqatala küçəsi ev 47 olmuşdur. - İşdə olan, Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0416 ha torpaq sahəsi üzərində X3 tam xüsusi mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, 7099 inventar nömrəli texniki pasportdan görünür ki, Zaqatala şossesi 47 ünvanında yerləşən, 785.6 kv.m torpaq sahəsi ilə bağlı 1979-cu ildə X9 adına texniki pasport tərtib edilmiş, fərdi yaşayış evinin tikildiyi il - 1963-cü il qeyd edilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, X20 adına tərtib edilən **********94-10301 reyestr nömrəli, 7099 inventar nömrəli, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə 1979-cu ilin mart ayında Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan (Dursun) qızının adına tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahələri üst-üstə düşür. Qeyd olunan torpaq sahəsi ilk dəfə dövlət qeydiyyatına alınanadək Nuxa rayon Qışlaq kənd Kirov adına kolxozun 1 mart 1963-cü il tarixli 4№-li qərarına əsasən 0.07 ha torpaq sahəsi Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan (Dursun) qızının istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olub mülkiyyətçisi X25r və onun istifadəsindədir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Rayon Məhkəməsinin 08 noyabr 2005-cı ıl tarixli qətnaməsi ilə iddia təmin edilərək, Şəki şəhəri S.Rəhman küçəsi 47 ünvanda yerləşən ikı otaqlı yaşayış evinə 15 may 1991-ci ildə vəfat etmiş X12 mülkiyyət huququnun tanınması, həmin evin alqı-satqısı barədə X23 ilə X19 arasında 28 yanvar 1991-ci il tarixdə bağlanmış müqavilənin etibarlı hesab olunması, yaşayış evinin X4 adma dövlət qeydiyyatına alınmasının Şəki RADTİ MHQ və ŞK idarəsinə tapşırılması, yaşayış evinin 785,6 kv metr həyətyanı torpaq sahəsinin dəyərinir normativ qiymətlərə uyğun ödənilməklə X4 xüsus mülkiyyətinə verilməsi Şəki bələdiyyəsinə tapşırılması qət edilmişdir. - Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının 19 №-li qərarından görünür ki, Şəki şəhəri 31-ci rayon S.Rəhman küçəsi 47 saylı evdə yaşayan X4 ərizəsi nəzərə alınaraq S.Rəhman küçəsi 47 saylı ünvanda, məhkəmə qətnaməsi əsasında mülkiyyət hüququ tanınmış yaşayış evinin yerləşdiyi 437 kv.m torpaq sahəsi X4 mülkiyyətinə satılmışdır. - ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli Seriya MH ******* №-li Çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüququ qeydə alınmışdır. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli, 1MK-5197/2006 saylı qətnaməsindən görünür ki, Şəki rayon Məhkəməsinin X7 Şəki şəhəri yaşayış evinə və torpaq sahəsinə mülkiyyət huququnun tanınması, həmin evin alqısatqısının bağlanmış hesab olunması və yaşayış evinin dövlət qeydiyyatına alınması tələbinə dair ididası rədd edilmiş, icrada donuş edilmiş, Azərbaycan Respublıkasj Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən Şəki şəhəri Sabit Rəhman kuçəsı 47 ünvanda yerləşən iki otaqlı yaşayış evinə dair F.Ə.Məcidovun adına verilmiş 28 aprel 2006-cı il tarixli MN seriyalı ******* saylı qeydıyat vəsiqəsi və ünvan 9 ünvanda yerləşən 437 kv. metr torpaq sahəsinin F.Ə.Məcidova satılmasına dair Şəki Bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 19 saylı qərarı ləğv edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli 6K- 3044 №-li qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli, 1MK- 5197/2006 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün Şəki bələdiyyəsinin subyektiv hüququnun mövcud olmaması izah edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardımına iddia ərizəsi ilə eyni məzmunlu münasibət bildirmiş və məhkəmənin mövqeyi ilə razılaşmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi hüquqi yardıma münasibət məktubu ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçı, mübahisələndirdiyi Çıxarışda qeyd olunan torpaq sahəsinin əslində bələdiyyə mülkiyyətində olmasını, qanunsuz və əsasız olaraq özgəninkiləşdirilərək, sözügedən torpaq sahəsinin 19 may 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla bələdiyyə mülkiyyətindən çıxarılaraq X3 mülkiyyətinə verildiyini iddia edir. İddiaçının ləğvini tələb etdiyi Çıxarış - Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına 7099 inventar nömrəli texniki pasport və Nuxa rayon Qışlaq kənd Kirov adına Kolxozun 01 mart 1963-cü il tarixli, 4 saylı qərarı əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycari Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlaklar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda kolxoz üzvlərinin ümumi yığıncağının qərarı və 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport müvafiq qeydiyyatın aparılması üçün zəruri olan sənədlər olaraq qeyd edilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hər hansı subyektiv yoxdur. İddiaçının həmin çıxarışı mübahisələndirməsi üçün subyektiv hüququ ancaq o halda ola bilərdi ki, onun mübahisələndirdiyi çıxarışda qeyd edilmiş torpaq sahəsinə aidiyyətini təsdiq edən sübutlar olsun İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərkən həmin torpaq sahəsinin əvvəllər bələdiyyə mülkiyyətində olması faktını Şəki Rayon Məhkəməsinin 08 noyabr 2005-cı ıl tarixli qətnaməsi ilə izah edir və bildirir ki, sözügedən torpaq sahəsi bələdiyyə tərəfindən üçüncü şəxs Fərhad Məcidova satılmışdır. Lakin, nəzərə alınmalıdır ki, sonradan ləğv olunmasına baxmayaraq, iddiaçının istinad etdiyi həmin qətnamədə də Şəki şəhəri S.Rəhman küçəsi 47 ünvanda yerləşən ikı otaqlı yaşayış evinə 15 may 1991ci ildə vəfat etmiş X12 mülkiyyət huququnun tanınması qeyd edilmişdir. Məhz həmin qətnamənin icrası qaydasında Şəki bələdiyyəsi xx.xx.2006-cı il tarixli, 19 №-li qərarla 437 kv.m torpaq sahəsini X1. Sonradan Şəki Rayon Məhkəməsinin 08 noyabr 2005-cı ıl tarixli qətnaməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli, 1MK-5197/2006 saylı qətnaməsi ilə ləğv edilmiş, icrada dönüş edilmiş, Şəki bələdiyyəsinin müvafiq qərarı və onun əsasında verilmiş Çıxarış ləğv edilmişdir. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi əsasında X20 adına tərtib edilən **********94-10301 reyestr nömrəli, 7099 inventar nömrəli, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə 1979-cu ilin mart ayında Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan (Dursun) qızının adına tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin üst-üstə düşməsi və qeyd olunan torpaq sahəsi ilk dəfə dövlət qeydiyyatına alınanadək Nuxa rayon Qışlaq kənd Kirov adına kolxozun 1 mart 1963-cü il tarixli 4№-li qərarına əsasən 0.07 ha torpaq sahəsi Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan (Dursun) qızının istifadəsində olması müəyyən edilmişdir. Yəni, iddiaçının özünün mülkiyyəti olaraq hesab etdiyi torpaq sahəsi ümumiyyətlə heç vaxt onun mülkiyyətində olmamışdır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı Şəki bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 12legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar