Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-883/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğunun Cavabdehnə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mülkiyyətində Oğuz rayon Kərimli kəndində yerləşən 0,6366 hektar təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçıya məxsus qeyd edilən torpaq sadəsində Cavabdeh İB-nə aid qaz xətti çəkilmişdir və həmin xətlə aidiyyəti üzrə qaz ötürülür. Mülkiyyətindəki torpaq sahəsindən qaz xəttinin keçməsi iddiaçının mükiyyətindəki torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməyinə, torpaq sahəsini təyinatı üzrə istifadə etməyinə əngəl yaradır. Bu isə iddiaçının xüsusi mülkiyyətindəki torpaq sahəsi üzərindəki hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu hal uzun müddətdir ki, davam edir. İddiaçı qeyd edilən məsələ ilə bağlı Cavabdeh İB-nə ərizə ilə müraciət edərək qaz xəttinin ona məxsus torpaq sahəsindən çıxarılmasım xahiş etmişdir. Ərizəyə əsasən Cavabdeh İB-nin idarəsi tərəfindən verilən 07 fevral 2022-ci il tarixli SOCAR **********30560046X00509 saylı cavab məktubunda Cavabdehnə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəyə baxıldığı, qaz xətti istismara verildikdən sonra hər hansı bir mövcud qaz vəninin yeri dəyişdirilərsə, bu işin vətəndaşın öz vəsaiti hesabına Zaqatala RQİİ tərəfindən tərtib edilmiş sxem əsasında lisenziyası olan podratçı tikinti təşkilatı tərəfindən yerinə yetirildiyi bildirilmiş, qaz xəttinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehin öz vəsaiti hesabına çıxarılmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibətində (etiraz) bildirmişdir ki, İddiaçı ərizəsində çıxarılması tələb edilən mübahisəli qaz xətti Oğuz rayon Kərimli kəndi ərazisindən keçməklə rayonun Padar kəndinin qazlaşdırılması üçün çəkilmiş d-159 mmlik yerüstü orta təyziqli qaz kəməridir. Belə ki, Padar kəndinin qazşaldırılması üçün 2006-cı il tarixdə 3-95-05 saylı sifariş əsasında Azərbaycan Elmi- Tədqiqat və Layihə Qaz İnstitutu (AzETLQİ) tərəfindən layihələndirilmişdir. Daha sonra sözügedən layihə əsasında xüsusi lisenziyası olan podratçı təşkilatlar "xxxx" MMC və "xxxx" MMC tərəfindən 2013-cü ildən qaz kəmərlərinin tikinti işlərinə başlanılmış və 2014-cü il tarixdə isə layihənin icrası başa çatdırılmışdır. Layihə dəyəri 1 272 150.36 manat olan rayonun Padar kəndinin qazlaşdırılması ilə bağlı başa çatdırılmış tikinti obyekti 2014-cü il dekabr ayında aidiyyatı qrumların iştirakı, o cümlədən Cavabdeh İB-nin aidiyyatı struktur bölmələri ilə bərabər Global Services” MMC, "xxxx" MMC, Azərbaycan Respublikası FHN Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti X4 regional sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarətinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin iştirakı və imzaları ilə qəbul edilmişdir. Qaz kəmərlərinin layihələndirilməsi, çəkilişi zamanı və sonrakı dövrdə İddiaçı tərəfindən hazırkı mübahisə ilə hər hansı müraciət daxil olmamışdır. Yalnız sonrakı dövrdə İddiaçı xx.xx.2021-ci il tarixdə mübahisəli qaz xəttinin yerinin dəyəişdirilməsi ilə bağlı Cavabdeh İB-yə müraciət etmişdir. Sözügedən müraciət əsasında ilk öncə işlərin daxili imkanlar hesabına görülməsi üçün yerində araşdırma aparılmış, mövcud qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı sxematik plan hazırlanmış və yerinin dəyişdirilməsi tələb edilən xəttin uzunluğu 103 p/m olduğu müəyyən edilmişdir. Lakin İddiaçı yerinin dəyişdirilməsini tələb etdiyi d-159 mm-lik yerüstü orta təyziqli qaz kəmərinin miqyası çox olduğundan ona öz vəsaiti hesabına qaz kəmərinin yerinin dəyişdirilməsi üçün xüsusi lisenziyası olan podratçı təşkilata müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00509 saylı məktub təqdim edilmişdir. Bildiririk ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi 2013-2014cü illərdə çəkilmiş d-159 mm-lik yerüstü orta təyziqli qaz kəmərinin keçdiyi torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əvvəl isə 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olumuşdur ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0.6366 h torpaq sahəsi Oğuz rayon Kərimli sakinlərinə Aqrar İslahat Komissiyasının qərarı ilə Dövlət Aktları əsasında verilmiş pay torpaq sahələrinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd edilən torpaq sahələrinə plan ölçü sənədləri X6 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-29/2016 saylı qərarı əsasında tərtib edilmişdir. İddiaçı adına qeyd olunan çıxarış və torpaq sahəsinin plan ölçüsü verilən zaman həmin qaz xətti mövcud olmuşdur. Göründüyü kimi d-159 mm-lik yerüstü orta təyziqli qaz kəməri İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı, eləcə də X6 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-29/2016 saylı qərarından əvvəl mövcud olmuşdur. Belə bir vəziyyətdə İddiaçı iddia tələbi əsassızdır və qaz xəttinin çıxarılması onun hesabına və xüsus lisenziyası olan podratçı təşkilat tərəfindən həyata keçirilməlidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunun surəti.
2. xx.xx.2021-ci il tarixli ********* qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. AA 625558 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0.6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2543/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 2543/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsiə göndərilmişdir.
6. X2 və vəkili X5 həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-152/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-347/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün qaytarılmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-926/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün qaytarılmışdır.
8. Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının xx.xx.1999-cü il tarixli 103 nömrəli qərarının surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Hazırkı iddia tələbinə əsasən iddiaçını hüquqi marağı iddiaçının mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılmasından ibarətdir. İş materiallarından görünür ki,qaz xəttinin keçdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir.Həmin Qaydaların : 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.9. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar. Yuxarıda qeyd olunan Qaydaların tələbindən göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənd təsərrüfatı məqsədli istifadə üçün hər hansı maneə mövcud deyildir.Yəni iddiaçının mülkiyyət hüququnun hər hansı elementinin məhdudlaşdırılması işin hallarına əsasən müəyyən edilmir. Qaydalar əsaslı tikinti və qurşadırma işlərinin aparılmasını qadağan edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumiyyətlə belə fəaliyyətin aparılmasına yol verilmir. “Qaz təchizatı haqqında” Qanun: Maddə 15. Qaz təchizatı ilə əlaqədar torpaqda və ictimai istifadədə olan yerlərdə işlərin aparılması
1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və tunellərinin) açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının marşrutları hüdudlarında müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi şərtilə qazılması hüququ verilir.
2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə, müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər. Maddə 16. Xüsusi mülkiyyətlə əlaqədar işlər
1. Xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir.
2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı oğunun Cavabdehnə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə