Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-889/2021 14.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.N966-cı ildə Ucar rayonu Bağman kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, N nömrəli hərbi hissə komandirinin N9.NN.N993-cü il tarixli əmri ilə xidmətə daxil edilmişdir. Sonradan o, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N2.N2.N993-cü il tarixli 346 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Daha sonra, o, ümumiyyətlə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə Baş Qərargah rəisinin 03.02.N994-cü il tarixli müvafiq direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin N5.02.N994-cü il tarixli 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçının qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh NN.0N.202N-ci il tarixli cavab məktubunda bildirmişdir ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "N993-cü ilin noyabr ayından N994-cü ilin oktyabr ayınadək döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, xidməti dövründə bir çox xəstəliklərə tutulmuş və Müdafiə Nazirliyinin 25N nömrəli hərbi xəstəxanasında N7.03.N994-cü ildən 28.03.N994-cü ilədək müayinə və müalicə olunmuş, N5 günlük xidmətdən azad edildikdən sonra yenidən N nömrəli hərbi hissəyə qayıtmış və təxminən N994-cü ilin oktyabr ayının sonlarınadək xidmətini davam etdirmiş, N994-cü ilin noyabr ayında ordu sıralarından azad olunmuş və bugünədək ona müharibə veteranı adının və vəsiqəsinin verilmədiyini bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin 0N.04.202N-ci il tarixli 2-N(N20)- 700/202N nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı öz iddia ərizəsinə hərbi biletinin, Səbail Rayon Məhkəməsinin N2.0N.20NN-ci il tarixli qətnaməsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin N5.07.2020-ci il tarixli arxiv arayışının notariat qaydasında təsdiq edilməmiş kserosurətlərini əlavə etmişdir. Məhkəmənin 04.05.202N-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.N-ci və 89.3-cü maddələrinə görə, məhkəməyə sənədin əslinin, yaxud da notariat qaydasında təsdiq edilmiş surətinin təqdim edilməli olması iddiaçıya izah edilmiş, eyni zamanda, N0 gün müddətində məhkəməyə həmin sənədlərinin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətlərini təqdim etməsi ona təklif olunmuşdur. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş, N7.05.202N-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin ötən müddət ərzində iddiaçı tələb olunan sənədləri məhkəməyə göndərməmişdir. Cavabdeh iddiaya qarşı 30.07.202N-ci il tarixli NN/3636 nömrəli etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N9.NN.N993-cü il tarixli əmri ilə xidmətə daxil edilmişdir. Sonradan o, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N2.N2.N993-cü il tarixli 346 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Daha sonra, o, ümumiyyətlə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə Baş Qərargah rəisinin 03.02.N994-cü il tarixli müvafiq direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin N5.02.N994cü il tarixli 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçının qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Şəki İnzibati Məhkəməsinin N4.09.202N-ci il tarixli ayrıca qərardadı ilə İddiaçı iddiası "N993-cü ilin noyabr ayından N994-cü ilin oktyabr ayınadək döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi" hissəsində mümkün sayılmamışdır. Ona görə də hazırkı qərar iddianın yalnız "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" hissəsi ilə bağlı qəbul edildi. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.07.202Nci il tarixli NN/3636 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N9.NN.N993-cü il tarixli əmri ilə xidmətə daxil edilmişdir. Sonradan o, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N2.N2.N993-cü il tarixli 346 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Daha sonra, o, ümumiyyətlə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə Baş Qərargah rəisinin 03.02.N994-cü il tarixli müvafiq direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin N5.02.N994-cü il tarixli 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçının qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. İddiaçının İnzibati Prosessual Məcəllənin 34.N-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 3N8) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-889/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-889/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver