Məhkəmə qərarları › İş №2-1(116)-89/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-89/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-89/2021 23.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X19, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) “AN seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Oğuz rayon AİK-nın 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarının ləğv edilməsi və həmin qərarın hüquqi nəticələri olan həmin torpaq sahəsinə mülkiyyət hüququ JN-955A, KOD-40501004 nömrəli şəhadətnamənin, Oğuz rayon notariat kontorundan 26.04.2019-cu il tarixli 2V-133 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə“nin, ********** qeydiyyat nömrəsi üzrə verilmiş 30 aprel 2019-cu il tarixli əmlaka dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu 10.03.2020-ci il tarixdən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə Oğuz şəhərində 0.06 ha torpaq sahəsi X4 verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququ JN-955A, KOD-40501004 nömrəli şəhadətnamə verilmişdir. 11.05.2010-cu ildə X15 ölmüş və miras əmlak 26.04.2019-cu il tarixli, 2V-133 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X7 tərəfindən qəbul edilmiş və həmin şəhadətnamə əsasında X7 ********** qeydiyyat nömrəsi üzrə 30 aprel 2019-cu ildə həmin əmlaka dövlət reyestrindən çıxarış almışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin torpaq sahəsi onun valideynlərindən qalmışdır. Həmin evdə o, 2 övladı və X15 ilə X7 birgə yaşamışlar. Aqrar İslahat Komissiyasının göstərilən qərarı çıxarılarkən onların əmlak hüquqları pozulmuşdur. Belə ki, həmin torpaq sahəsi verilərkən iddiaçı və övladlarının adları şəhadətnaməyə salınmamışdır. İddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan Cavabdeh məhkəmənin 17.03.2020ci il tarixli sərəncamına əsasən iddia tələbinə dair 27.04.2020-ci il tarixli, 288 nömrəli etiraz məktubunu məhkəməyə ünvanlamışdır. Məktubda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Oğuz RİH-nə qarşı iddia tələbinin dəlillərini təhlil etdikdə aydın olur ki, iddia tələbinin "RAİK-in 05 11.1998-ci il tarixli 75 nömrəli qərarının ləğv edilməsi" hissəsi aşağıdakı üç sübutedici dəlilə görə əsassız olduğundan təmin edilməməlidir:

1. AR İnzibati Prossesual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. AR Respublikası “İnzibati icraat haqqında” Qanununun 67.12 və 68.4-cü maddələrinin tələblərinə əsasən qanunsuz və ya qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. AR Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Oğuz RİH hesab edir ki, hazırki iddiaçı islahat dövründə RAİK-in qeyd edilmiş qərarı və həmin qərarın hüquqi nəticələri barədə məlumatlı olmuşdur. Belə ki, islahat dövründə RAİK-in sözügedən qərarı əsasında iddiaçının özünün və övladlarının mülkiyyətinə Oğuz səhərində digər yerdən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İslahat zamanı hər ailəyə cəmi bir pay həyətyanı torpaq sahəsi verildiyindən və artıq iddiaçının da mülkiyyətinə digər yerdən həyətyanı torpaq sahəsi verildiyindən məlum olur ki, iddiaçı, övladları da ailə üzvü göstərilməklə özünün mülkiyyətinə verilmiş torpaq sahəsinə dair şəhadətnaməni aldığı gündən (bütün şəhadətnamələr 2006-cı ilin iyul ayınadək verilmişdir) bilmiş və ya bilməli olmuşdur ki, mərhum qardaşı X10 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair sənəddə onun və övladlarının adları ailə üzvü kimi qeyd edilməmişdir. Deməli iddiaçı, həmin dövrdə sözügedən inzibati aktın ləğv olunmasını şərtləndirən hallar mövcud olmuşsa ona məlum olmuş, həmin inzibati akt əsasında hüququ pozulmuşsa bilmiş və ya bilməli olmuş və yuxarıda qeyd edilmiş prosessual müddətlər ərzində də iddia qaldırmamışdır. İddiaçı qeyd etdiyi torpaq sahəsinin mülkiyyətçisi olmadığından və siyahılardan da göründüyü kimi, mübahisələndirdiyi torpaq sahəsinin üzərində yerləşən yaşayış binasında islahat zamanı faktiki olaraq yaşamadığına görə sahibi də olmadığından, onun sözügedən tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4 və 384.0.5-ci maddələrində nəzərdə tutlmuş iddia müddətinin şamil edilmədiyi tələblər növünə də aid deyildir. Göründüyü kimi iddiaçı iddianın qaldırılması üçün qanunla müəyyən edimiş prosessual müddəti ötürmüş və ötürülmüş iddia müddətinin ötürülməsi səbəblərini də öz iddiasında əsaslandırmamışdır.

2. Məlum olduğu kimi, Oğuz rayon AİK-nın 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı əsasında Oğuz şəhərində daimi qeydiyyatda olan vətəndaşların mülkiyyətlərinə pay torpaqları və sonradan onların qanuni istifadələrindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin altında olan torpaqlar əvəzsiz olaraq verilmişdir. Göründüyü kimi sözügedən inzibati akt yalnız iddiaçıya münasibətdə hüquqmüəyyənedici sənəd deyildir, RAİK-nın sözügedən qərarının ləğv edilməsi islahat dövründə həmin qərarla mülkiyyətlərinə torpaq sahələri verilmiş bütün digər şəxslərin hüquqlarının pozulması deməkdir. Odur ki, hazırkı iddiaçı RAİK-in 05.11.1998-ci il tarixli 75 nömrəli qərarının ləğvini yox, ancaq həmin qərarın verilməsinin hüquqi nəticələrini özünə aid hissədə mübahisələndirə bilər. Bu əsasdan da göründüyü kimi, iddiaçının Oğuz rayon AİK-nın 05.11.1998-ci il tarixli 75 nömrəli qərarının ləğv edilməsi tələbi əsassızdır.

3. İslahat dövründə Oğuz rayonu Oğuz şəhər "28 May" İstehsal Kooperativinin balansında olmuş torpaqların Oğuz şəhərində daimi qeydiyyatda olan əhalinin mülkiyyətinə verilməsi məqsədi ilə X24 Komissiyası tərəfindən "Oğuz şəhərində pay torpağı almaq hüququ olan vətəndaşların Siyahısı" və Oğuz Rayon Aqrar İslahat Komissiyası tərəfindən "Oğuz şəhər "28 May" İstehsal Kooperativinin ərazisində torpaq payı alacaq ailələrin püşk ardıcıllığı Siyahısı" (təsdiqlənmiş surətləri əlavə edilir) təsdiq edilmişdir. Həmin siyahılardan göründüyü kimi ailə başçısı X11 və ailə üzvü X1 adları (ailə/b №

439. əhali/s № 1662,1663. torpaq № 955) Oğuz səhərində pasport üzrə qeydiyyatda olduqları fərdi yaşayış evlərinin yerləşdiyi və faktiki olaraq istifadələrində olduğu 0.06 ha həyətyanı torpaq sahəsi göstərilməklə qeyd edilmişdir. İddiaçı və övladları X13 və X12 adları isə həmin siyahılarda (ailə/b № 562. əhali/s № 2130,2131,2132. torpaq № 1011) pasport qeydiyyatı üzrə başqa bir ailə (3 nəfərdən ibarət) olaraq və digər verdə faktiki istifadələrində olduğu 0.06 ha həyətyanı torpaq sahəsi göstərilməklə qeyd edilmişdir (təsdiqlənmiş surətləri əlavə edilir). Göründüyü kimi, islahat siyahıyaalması zamanı hazırki iddiaçı və övladları mərhum qardaşı X16 və X7 ilə birlikdə ailə üzvü kimi və sözügedən mübahisələndirdiyi torpaqa münasibətdə istifadəçi kimi qeydə alınmamışlar. Bu əsasdan da, ayrı-ayrılıqda istifadələrində olan 0,06 ha həyətyanı torpaq sahələri öz ailə üzvləri qeyd edilməklə iddiaçının və mərhum qardaşı X10 mülkiyyətlərinə verilmiş və sonradan da müvafiq səlahiyyətli qurum tərəfindən onların adına ayrı-ayrılıqda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. Yuxarıda qeyd edilmiş siyahılara uyğun olaraq Oğuz şəhər "28 May" X14 Aqrar İslahat Komissiyası tərəfindən püşkatma keçirilmiş, bu barədə 29 oktyabr 1998-ci il tarixli 06 №-li Qərar qəbul edilmiş və baxılması üçün aidiyyəti üzrə RAİK-ya göndərilmişdir. RAİK-nın 05.11.1998-ci il tarixli 75 nömrəli Qərarı ilə X24 Komissiyasının həmin qərarı təsdiq edilmiş və özəlləşdiriləcək torpaq paylarının bölünüb rəsmiləşdirilməsinə, eyni vaxtda yerquruluşu işlərinin aparılmasına müvafiq köməklik göstərilməsi səlahiyyətli qurumlardan xahiş edilmişdir. Belələliklə, islahat zamanı Oğuz şəhərində "Torpaq islahatı haqqında" AR Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Göründüyü kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli Qərarı tam qanuni olduğundan ləğv edilə bilməz. Əlavə olaraq qeyd olunur ki, hazırkı iddia tələbinin "Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11,1998-ci il tarixli 75 nömrəli qərarının ləğv edilməsi" hissəsindən başqa digər hissələrindəki tələblərə münasibətdə Cavabdeh qismində hər hansı bir məsuliyyət daşımır. İddiaçıya 18.08.2020-ci il tarixdə yardım məktubu ünvanlanamış və nəzərinə çatdırılmışdır ki, Cavabdeh Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil və torpaq payı alacaq subyektlərin siyahısına kimisə daxil etmək səlahiyyəti yoxdur. İddiaçı yardım məktubunu aldıqdan sonra 03.09.2020-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə barədə ərizə ünvanlayaraq, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini qeyd etmiş və “JN-966A KOD- 405001004 nömrəli şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğv edilməsini” xahiş etmişdir. İddiaçıya yenidən 07.09.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Ərizəsinə onun həmin tələblə cavabdeh orqana müraciət etməsi və müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Belə ki, inzibati orqan olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsini iş üzrə icraatda cavabdeh qismində müəyyən etsə də sonuncu tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmamış və cavabdehin səlahiyyətinə aid olan məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməzdən öncə “JN-955A kod-405001004 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbi ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etməyini təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Həmçinin tələbdə JN-966A kod-405001004 nömrəli şəhadətnamənin ləğvini istəmiş. Halbuki ilk ərizəsində JN-955A kod-405001004 nömrəli şəhadətnamənin ləğvini istəmişdir. Mübahisələndirdiyi şəhadətnamə ləğv olunduqdan sonra o, şəhadətnamə üzrə aparılmış hərəkətlərin (əqd və s.) ləğvini tələb edə bilər. Odur ki, ilk növbədə JN-955A kod-405001004 şəhadətnamənin ləğvi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmək, imtina olunduğu təqdirdə məhkəməyə həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etmək iddiaçıya təklif olunmuşdur. İddiaçı 21.09.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini, üçüncü şəxs qismində X5 qeyd etmiş və “AN seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin ərizəsinə cavabdehin 16.09.2020-ci il tarixli, **********26 nömrəli imtinasını əlavə etmişdir. Cavabdeh orqan imtina məktubunda iddiaçıya bildirmişdir ki, X1 adına verilmiş A-379357 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. İddiaçının dəqiqləşdirmə barədə 21.09.2020-ci il tarixli ərizəsi məhkəmənin 12.10.2020-ci il tarixli, 2-1(116)-856/2020 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edildikdən sonra 12.10.2020-ci il tarixli sərəncam tərəflərə ünvanlanmışdır. Sərəncama əsasən cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə 22.10.2020-ci il tarixli,**********82 nömrəli iddia tələbinə dair etiraz ünvanlamışdır. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi X1 adına verilmiş AN seriyalı 379357 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında üçüncü şəxs iştirak etməmişdir. Üçüncü şəxsə ünvanlanan bildiriş poçt xidməti tərəfindən “köçüb” qeydi ilə geri qaytarılmışdır. Həmçinin ərazi nümayəndəliyi də Jenya Konstantinovnanın qeydiyyatda olduğu ünvanda yaşamadığını və harda yaşaması barədə məlumatın olmadığını qeyd etmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Oğuz rayon AİK-nın 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi X17 və X2 mülkiyyətinə verilmişdir. Bununla bağlı JN-955A KOD-40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş və 6376 nömrə ilə kitabda qeydə alınmışdır. Sergey Ağababayevin vəfatından sonra 26.04.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən mərhumun vərəsəsi həyat yoldaşı X7 (JN-955A KOD-40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad “Lenya” olaraq qeyd edilmişdir) müəyyən edilmiş və mərhumdan miras qalmış 0.06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bununla bağlı X1 adına reyestr nömrəsi **********56 olan 30.04.2019-cu il tarixli çıxarış və A seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan “Cavabdeh başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların Siyahısı”nın surətində 439-cu sırada X17 və X1 adları və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi, 562-ci sırada isə iddiaçı X18, X21 və X12 adları və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İş materiallarında olan “Oğuz rayon “28 May” kooperativi ərazisində torpaq payı alacaq ailələrin püşk ardıcıllığı Siyahısı”nın surətində 955-ci sırada X10 adı cəmi 2 nəfər olmaqla, 1011-ci sırada isə X9 adı cəm 3 nəfər olmaqla və mülkiyyətlərinə 0.06 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İş materiallarında olan X8 19.08.2020-ci il tarixli, 294 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tikinti-texniki ekspertizasının keçirilməsi üçün müraciət etmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Torpağın mülkiyyətə verilməsinə dair JN-955A Kod 40501004 nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin cizgilərinin hazırda X6 verilən plan-ölçü sənədində göstərilən torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşmədiyi müəyyən edilir. X6 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-955A seriyalı kod 40501004 nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin, hazırda həmin şəxsə məxsus A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə yerləşmə mövqeyinə görə eynilik təşkil etmədiyi müəyyən edilir. Qeyd: JN-955A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0,06 ha torpaq sahəsi, həmçinin həmin Şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanmış qeydiyyat nömrəsi ********** olan X6 məxsus 0,06 ha torpaq sahəsinin AN 379357 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 0,06 ha torpaq sahəsi naturaya uyğun hazırlanmamış, həmin 0,06 ha torpaq sahəsi təqdim edilmiş Texniki Pasportlara əsasən və faktiki olaraq bütövlükdə uzun illər ərizəçi İddiaçı ailə üzvlərinin mülkiyyətində və istifadəsində olan tikililərin və torpaq sahəsinin üzərinə işlənmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.04.2021-ci il tarixli **********53 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, təsərrüfatın DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən AN 379357 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə qismən üst-üstə düşür. Üst-üstə düşən hissə Sxem 1-də ştrixlənmişdir. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatları tərtib edilmiş Sxem 2-də göstərilmişdir. Qeyd olunan torpaq sahələri DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən uqodiyası əkin olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir. AN 379357 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətmədə göstərilən torpaq sahəsi üzərində 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ləğvini tələb etdiyi A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 955A seriyalı KOD 40501004 nömrəli şəhadətmədə göstərilən torpaq sahəsi üzərində 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşir. Göründüyü kimi ləğvi tələb olunan sənədin iddiaçının hər-hansı hüququnu pozması müəyyən olunmur. Ümumiyyətlə A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 375 kv.m hissəsi Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətmədə göstərilən torpaq sahəsi üzərində yerləşdiyindən və JN-955A seriyalı KOD 40501004 nömrəli şəhadətmə qüvvədə olduğundan, iddiaçı tərəfindən isə həmin şəhadətnamənin ləğvi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmədiyindən həmin hissədə iddia ilkin sənədin qüvvədə olması səbəbindən mümkün sayıla bilməz. A seriyalı 379357 nömrəli plan-ölçü sənədində göstərilən sənədində göstərilən 600 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi isə 3636 B nömrəli kontura aid bələdiyyə mülkiyyəti kimi göstərilən ərazidə yerləşdiyindən həmin hissədə iddiaçının hər-hansı hüququna müdaxilə olunması müəyyən olunmur. İş materiallarında olan X8 19.08.2020-ci il tarixli, 294 nömrəli ekspert rəyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.04.2021-ci il tarixli **********53 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə uyğun olmadığı üçün, həmçinin həmin rəydə ətraflı məlumat verilmədiyi üçün əsaslı qəbul oluna bilməz. “ övlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” D Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) “AN seriyalı 379357 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X22 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar