Məhkəmə qərarları › İş №2-1(116)-89/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-89/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-89/2025 13.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri Nəsimi küçəsi döngə 1 ev 28-də (keçmiş 12) yerləşən 534,89 kv.m həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə, yəni 106,978 kv.metr sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, dövlət reyestrində çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri Nəsimi küçəsi döngə 1 ev 28-də (keçmiş 12) yerləşən 534,89 kv.m həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə, yəni 106,978 kv.metr sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, dövlət reyestrində çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2772/2023 nömrəli qərardadı ilə X5, X12 və X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçının mərhum anası X14, atası X5, bacıları X12 və X13 ilə ümumi-birgə mülkiyyətlərində ünvan 1 ünvanında 534.89 kvm həyətyanı torpaq sahəsi var. Həyətyanı torpaq sahəsi Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinə A seriyalı 283513 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Göyçay rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(046)-1628/2019 saylı qətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən 534,89 kvm həyətyanı torpaq sahəsinə mərhum X7, X1, iddiaçının və bacıları X12 və X8 hər birinin payının 1/5 hissədə olmaqla, yəni 106.978 kv m. müəyyən edilməsi və mülkiyyətlərinə verilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin icra edilərək mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsə də, sonuncu 10 iyul 2023-cü il tarixli 3-21-3-36/2-2383/2023 saylı məktubla nümayəndəmə torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu, torpaq sahəsi başqa şəxs tərəfindən zəbt olunaraq üzərində qeyri- yaşayış binası tikildiyi üçün ərizənin icrasından imtina olunduğunu bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş və iddiaçının və ailə üzvlərinin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 283513 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Göyçay rayon Məhkəməsinin qanuni qüvvəsini almış 29 dekabr 2019-cu il tarixli 2(046)-1628/2019 saylı qətnaməsinə əsasən ünvan 4 ünvanda yerləşən 534.89 kvm həyətyanı torpaq sahəsinə mərhum X7, X1, onun və bacıları X12 və X8 hər birinin payının 1/5 hissədə olmaqla, yəni 106,978 kv.m. müəyyən edilməsi və mülkiyyətlərinə verilməsi qət edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki,Göyçay şəəhəri, Nəsimi kuçəsı döngə 1 ünvanında yerləşən ******* ha həyətyanı torpaq sahəsi üzərində mübahisə var. Sözügedən torpaq sahəsi "xxxx" MMC tərəfindən zəbt edilmişdir və torpaq sahəsinin üzərində qeyri yaşayış binası tikilmişdir Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dovtət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən idarə dövlət reyesrində daşınmaz əmlaka hüquqların dəqiqliyinə cavabdehdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh orqan məhkəmə baxışı iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli Qətnaməsi

3. A№ 283513 –li Torpaq sahəsinin planı və ölçü sənədi;

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Göyçay şəhəri Nəsimi küçəsi döngə 1 ev 28-də (keçmiş 12) yerləşən 534,89 kv.m həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə, yəni 106,978 kv.metr sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, dövlət reyestrində çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdır ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 13 may 2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. İddiaçının vəkili məhkəmə iclasında iştirak etmiş, iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı naturada göstərdiyi, qeyri yaşayış tikilisi mövcud olan (meyvə tərəvəz topdan satış məntəqəsi) 0.0468 ha torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. İddiaçının naturada göstərdiyi 0.0468 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) AzCad məlumatlarında yaşayış məntqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar (fərdi yaşayış evi) uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlara aid olaraq göstərilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının naturada göstərdiyi 0.0468 ha torpaq sahəsi **********52 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.0479 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən naturada göstərilən 0.0468 ha torpaq sahəsinin idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) AzCad məlumatlarında JN-363A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (**********0294 kadastr nömrəli plan və ölçü sənədi, **********52 reyestr nömrəli çıxarış) ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi 0.0468 ha torpaq sahəsi “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı”nda JN-363A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin elektron baza məlumatlarında təqdim olunan, islahat zamanı həyətyanı torpaq sahəsi mülkiyyətçilərinin adlı siyahısında 363 nömrəli sütunda mülkiyyətçi olaraq X11 və X3 adları qeyd olunmuşdur. Göyşay şəhəri ərazisində həyətyanı torpaq sahələrinə tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr kağız formatında vətəndaşlara təqdim edilməmiş, sonradan elektron baza məlumatlarında şəhadətnamələrin konfiqurasiyasına və yerləşmə vəziyyətinə uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmiş və vətəndaşlara təqdim edilmişdir. JN-363 nömrəli şəhadətnamənin konfiqurasiya və yerləşmə vəziyyətinə uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına **********0294 kadastr nömrəli (blank nömrəsi A280326) Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X11 və X9 0.0479 ha torpaq sahəsini X4 xx.xx.2018-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satmış, X16 0.0479 ha torpaq sahəsini **********52 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırmışdır. Əlavə olaraq bildirilir ki, idarənin elektron baza məlumatlarında təqdim olunan, islahat zamanı həyətyanı torpaq sahəsi mülkiyyətçilərinin adlı siyahısında 785 nömrəli sütunda mülkiyyətçi olaraq X7 və İddiaçı və ailə üzvlərinin adı qeyd edilmişdir. JN-785A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (0.05 ha) kağız formatında vətəndaşlara təqdim edilməmiş, JN-785 nömrəli şəhadətnamənin konfiqurasiya və yerləşmə vəziyyətinə uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına (534.89 kv.m) **********0645 kadastr nömrəli (blank nömrəsi A283513) Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən 0.05 ha torpaq sahəsi (534.89 kv.m) X2 mülkiyyətində olan 0.0479 ha torpaq sahəsindən 1404 metr şimal-şərqdə Göyçay çayının yaxınlığında yerləşir. Göründüyü kimi iddiaçının hüquqi marağı Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə ilə ayrılmış 534.89 kv.m həyətyanı torpaq sahəsinin 1/5 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddiaçının naturada göstərdiyi 0.0468 ha torpaq sahəsi **********52 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.0479 ha torpaq sahəsi ilə üst-üstdə düşür. Bu baxımdan da iddia etdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması həm iddiaçının nail olmaq istədyi hüquqi nəticə, həm də prosessual qənaət prinsipi nəzərə alınmaq məqsədə müvafiq deyildir. İddiaçıya izah edildir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış və onun ilkin qeydiyyatı mübahisələndirilə və ya onların ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün cavabdehə müraciət edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri Nəsimi küçəsi döngə 1 ev 28-də (keçmiş 12) yerləşən 534,89 kv.m həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə, yəni 106,978 kv.metr sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, dövlət reyestrində çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar